XƏBƏRLƏR
-
16.09.2022
"İnnovativ Məktəb" layihəsi çərçivəsində keçirilən təlim başa çatıb
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 2022-ci il üçün Fəaliyyət Planına uyğun olaraq "İnnovativ Məktəb" layihəsi çərçivəsində keçirilən təlimdə Bakı şəhəri, eləcə də regionlarda yerləşən məktəblərin rəhbərliyi və müəllim heyəti iştirak edib. -
16.09.2022
"Süni intellekt və data elmi" intensiv təlim proqramı layihəsinin iştirakçılarına karyera inkişafı istiqamətində seminarlar keçirilib
13 və 14 sentyabr tarixlərində Elm və Təhsil Nazirliyinin maliyyə dəstəyi, Təhsil İnstitutunun təşkilatçılığı ilə keçirilən "Süni intellekt və data elmi" layihəsi çərçivəsində Dövlət Məşğulluq Agentliyinin əməkdaşları tərəfindən "Karyera planlamasında haradan başlamalıyıq?" və " Effektiv müsahibə texnikaları" adlı seminarlar keçirilib. -
16.09.2022
Doktorantların və gənc tədqiqatçıların XXV Respublika elmi konfransı – NASCO haqqında məqalə
"Azərbaycan müəllimi" qəzetinin növbəti buraxılışında Elmi-pedaqoji tədqiqatlar mərkəzinin direktoru İlham Cavadovun Doktorantların və gənc tədqiqatçıların XXV Respublika elmi konfransı – NASCO haqqında məqaləsi dərc olunub. -
16.09.2022
Abşeron rayonu Masazır kənd 5 nömrəli məktəbində ilk tədris günü
15 sentyabr tarixində Abşeron rayonu Masazır kənd 5 nömrəli məktəbində yeni tədris ilinin başlanması münasibəti ilə ARTİ-nin direktor müavini Ənvər Abbasov çıxış edərək ümumi təhsilin inkişafı ilə bağlı uğurlardan və qarşıda duran vəzifələrdən bəhs etmişdir. Bununla bərabər ermənilərin törətdikləri təxribatdan və bunun nəticəsində şəhid olmuş əsgər və zabitlərimizi çıxışında vurğulamışdır. -
15.09.2022
BMTƏF və Aİ-nin dəstəyi ilə həyata keçirilən "Ümumi təhsildə gender yönümlü yanaşmanın təşviqi" layihəsi çərçivəsində təlimçilər üçün təlimlər keçirilib
BMT-nin Əhali Fondu (UNFPA) və Avropa İttifaqının (Aİ) dəstəyi ilə Azərbaycan Respublikasının Təhsil İnstitutunun (ARTİ) həyata keçirdiyi "Ümumi təhsildə gender yönümlü yanaşmanın təşviqi" layihəsi çərçivəsində ARTİ tərəfindən ümumi təhsil pilləsinin məzmununda və tədris-təlim prosesində gender bərabərliyini təmin edən müvafiq təlim proqramları tərtib olunub və həmin proqramlar əsasında məktəblərdə genderə həssas öyrənmə mühiti yaratmaq məqsədilə peşəkar təlimçilər hazırlanıb. -
15.09.2022
Doktorantlar və gənc tədqiqatçılar üçün növbəti onlayn infosessiya təşkil olunub
14 sentyabr tarixində doktorantların və gənc tədqiqatçıların XXV Respublika elmi konfransı - NASCO- ilə bağlı yaranan sualları cavablandırmaq və ictimaiyyəti məlumatlandırmaq məqsədi ilə infosessiya keçirilmişdir. -
14.09.2022
"Şagirdlərdə oxuyub-anlama bacarıqlarının inkişaf etdirilməsi metodikası" üzrə ixtisasartırma proqramı çərçivəsində təlimçi hazırlığı təlimləri keçirilib
8-12 sentyabr tarixlərində ARTİ MDPİM tərəfindən "Şagirdlərdə oxuyub-anlama bacarıqlarının inkişaf etdirilməsi metodikası" üzrə ixtisasartırma proqramı çərçivəsində təlimçi hazırlığı təlimləri keçirilib. -
13.09.2022
"Refleksiv müəllim" layihəsi üzrə seminarların keçirilməsi prosesi davam edir
12 sentyabr tarixində Aytəkin Məmmədov adına 38 nömrəli tam orta məktəbdə riyaziyyat fənni üzrə seminar təşkil edilib. Seminarda məktəbin riyaziyyat müəllimi Mənsurə Kərimova 7-ci sinif dərsliyində olan "Çoxluqlar" mövzusu üzrə dərs icmalı təqdim edib. -
12.09.2022
"İnklüziv cəmiyyətin formalaşması istiqamətində gənclərin rolu" mövzusunda panel müzakirəsi keçirilib
8 sentyabr tarixində Azərbaycan Respublikası Gənclər Fondunun Şamaxıda "Yay Festivalı 2022" çərçivəsində davam edən "Həmrəylik" düşərgəsində təşkil olunmuş "İnklüziv cəmiyyətin formalaşması istiqamətində gənclərin rolu" mövzusunda panel müzakirəsi keçirilib.Müzakirəyə düşərgədəki 100-ə qədər müxtəlif ali məktəblərdən olan tələbə-gənclər dəvət olunub. -
12.09.2022
Doktoranturaya qəbul imtahanlarının sonuncu mərhələsi olan ixtisas fənnindən imtahanlar keçirilib
12 sentyabr tarixində ARTİ-də 2022-ci il doktoranturaya qəbul imtahanlarının sonuncu mərhələsi olan ixtisas fənnindən imtahanlar keçirilib. İmtahanlarda xarici dil və fəlsəfə fənlərindən 17 nəfər iddiaçı yüksək qiymətlər alaraq ixtisas imtahanı mərhələsinə iştirak hüququ qazanıb.