XƏBƏRLƏR
-
04.08.2022
ARTİ və Yeni Azərbaycan Partiyasının birgə iştirakı ilə görüş keçirilib
Görüşdə çıxış edən YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xüsusi diqqət və qayğısı nəticəsində digər sahələrdə olduğu kimi təhsil sahəsində aparılan islahatlar öz nəticələrini verir. -
29.07.2022
Lənkəranda start verilən Beynəlxalq Qiymətləndirmə Düşərgəsi öz işini davam etdirir
Düşərgənin 2-ci günündə müəllimlər Azərbaycanın iştirak etdiyi beynəlxalq qiymətləndirmə tədqiqatları barədə ətraflı məlumat alır, tədqiqat metodologiyaları və nümunə suallarla tanış olurlar. İştirakçılar şagirdlərin oxu, riyaziyyat və təbiət elmləri üzrə bilik və bacarıqlarını müəyyənləşdirən tapşırıq nümunələri hazırlayır və onların məktəbdaxili qiymətləndirmədə rolunu müzakirə edirlər. -
29.07.2022
MİQ üzrə müsabiqənin test imtahanı mərhələsinin nəticələri açıqlanıb!
14-22 iyul tarixlərində keçirilən test imtahanlarının nəticələri namizədlərin şəxsi səhifələrinə göndərilib. Qeyd edək ki, ümumtəhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin bütün fənlər üzrə minimum tələbi 40 bal müəyyən olunub. -
28.07.2022
Ali məktəblərdə pedaqoji fəaliyyət göstərmək istəyən şəxslər üçün yenidən təlimlər keçiriləcək
ARTİ ali məktəblərdə pedaqoji fəaliyyət ilə məşğul olmaq istəyən, sənayedə və iş dünyasının müxtəlif sahələrində çalışan şəxslərin bu sahədə bilik və bacarıqlarını artırmaq məqsədilə təlimlər təşkil edir. -
27.07.2022
BDU tələbələri "SABAH Magistratura" layihəsi çərçivəsində İsrailin Holon Texnologiyalar İnstitutunda "Yay məktəbi"ndə iştirak ediblər
BDU-nun 5 tələbəsi "SABAH Magistratura" layihəsi çərçivəsində İsrailin Holon Texnologiyalar İnstitutunda 1 həftə "Yay məktəbi"ndə iştirak edib. Tələbələr 1 həftə ərzində dərslərdə iştirak edib, laboratoriyaları izləyiblər. Həmçinin, onlar İsraildə səfərdə olduğu zaman HİT-in prezidenti professor Eduard Yakubovla görüşüb. E. Yakubov tələbələrə sertifikat təqdim edib. -
22.07.2022
MİQ müsabiqəsinin test imtahanı mərhələsində biologiya, fizika və tarix fənləri yüksək bal toplayan namizədlər
2022-2023-cü tədris ili üzrə MİQ müsabiqəsinin 21 iyul tarixində keçirilmiş test imtahanı mərhələsində biologiya, fizika və tarix fənlərindən yüksək bal toplayan namizədləri təqdim edirik. -
22.07.2022
Doktorantların və gənc tədqiqatçıların XXV Respublika elmi konfransı keçiriləcək
Azərbaycan Respublikasının Təhsil İnstitutu 2022-ci il noyabrın 23-24-də doktorantların və gənc tədqiqatçıların XXV Respublika elmi konfransını keçirir. NASCO'nun keçirilməsində əsas məqsəd doktorantların və gənc tədqiqatçıların apardıqları elmi-tədqiqat işlərinin nəticələrinin müzakirəsini təşkil etmək, habelə onların elmi yaradıcılığını stimullaşdırmaqdır. -
21.07.2022
MİQ müsabiqəsinin ibtidai sinif, musiqi və təsviri incəsənət fənləri üzrə test imtahanı mərhələsində yüksək bal toplayan namizədlər
20 iyul tarixində MİQ müsabiqəsinin ibtidai sinif, musiqi və təsviri incəsənət fənləri üzrə test imtahanı mərhələsində yüksək bal toplayan namizədləri təqdim edirik.