XƏBƏRLƏR
-
14.07.2022
"SABAH.lab"ın məqsədi və fəaliyyət istiqaməti
"SABAH.lab" Azərbaycan Respublikası Təhsil Nazirliyi və ARTİ-nin təşəbbüsü ilə yaradılan və fəaliyyət göstərən startap akselerasiya mərkəzidir. Mərkəzin əsas məqsədi startap ekosistemini inkişaf etdirərək iqtisadi inkişafa töhfə vermək və regionun innovasiya mərkəzinə çevrilməkdir. Artıq 1 ilə yaxındır ki, "SABAH.lab" bu məqsədə çatmaq üçün əzmlə çalışır. "SABAH.lab"ın digər rəsmi tərəfdaşı İspaniyanın və ümumilikdə Avropanın ən nüfuzlu biznes məktəbi olan IE Bi -
13.07.2022
"SABAH.lab" Akselerasiya Mərkəzi ən böyük yerli startap və innovasiyalar tədbiri olan "Baku ID" tədbirini keçirəcək
18 iyul tarixində "SABAH.lab" Akselerasiya Mərkəzi Kapital Bank-ın baş sponsorluğu ilə ən böyük yerli startap və innovasiyalar tədbiri olan "Baku ID" tədbirini keçirəcək. Tədbirin əsas məqsədi həm ən güclü yerli startap layihələri ekosistemin tanınmış yerli və beynəlxalq investorları, ekspertləri və mentorlarına təqdim etmək və innovasiyalar ekosisteminin gələcəyini bu ekosistemə töhvə verən hər kəslə müzakirə etməkdir. -
08.07.2022
"SABAH Magistratura" proqramında təhsil alan tələbələr Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə tanışlıq səfəri
7 iyul 2022-ci il tarixində ARTİ tərəfindən ADPU-nun "SABAH Magistratura" proqramının "Təlim və tədrisin təşkili və metodikası" ixtisaslaşması üzrə təhsil alan bir qrup tələbələri üçün Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi tanışlıq səfəri təşkil olunub. -
08.07.2022
tehsilim.edu.az sərbəst öyrənmə portalında 5 e-kurs istifadəyə verilib
tehsilim.edu.az sərbəst öyrənmə portalında yer alan tədqiqat, biznes və innovasiyalarla bağlı 5 e-kurs istifadəyə verilib. Sözügedən e-kurslara Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və ARTİ tərəfindən həyata keçirilən "Azərbaycanın ali təhsil sistemində tədqiqat, ixtira və innovasiyaların gücləndirilməsi" layihəsi çərçivəsində hazırlanan "Elmi işlərin yazılması və nəşri", "Tədqiqat metodologiyası, təcrübələr və layihələr" -
07.07.2022
ARTİ rəhbərliyi və ABŞ səfirliyinin nümayəndələri arasında görüş keçirilib
6 iyul tarixində ARTİ rəhbərliyi və ABŞ səfirliyinin nümayəndələri arasında görüş keçirilib. Görüş zamanı hər iki qurum arasında ingilis dili fənn kurikulumunun təkmilləşdirilməsində əməkdaşlığın həyata keçirilməsi və müəllimlərin ingilis dili tədrisi ilə bağlı ehtiyaclarına uyğun təlimlərin təşkil olunması əsas müzakirə predmeti olub. -
06.07.2022
"Altstandartlardan təlim nəticələrinin çıxarılması" mövzusunda vebinar keçiriləcək
ARTİ müəllimlərin sertifikasiyası imtahanlarının qiymətləndirmə çərçivəsini izah edən vebinarları davam etdirir. Növbəti vebinar 8 iyul 2022-ci il tarixində, saat 15:00-da "Altstandartlardan təlim nəticələrinin çıxarılması" mövzusunda keçiriləcək. Vebinarda spiker qismində MDPİM-in Əlaqələndirmə şöbəsinin müdiri Aynur Rüstəmova çıxış edəcək.