XƏBƏRLƏR
-
06.07.2022
PISA beynəlxalq qiymətləndirmə tədqiqatının əsas mərhələsində iştirak yekunlaşıb
Təhsil Nazirliyi və ARTİ tərəfindən həyata keçirilən PISA 2022 qiymətləndirmə tədqiqatının əsas mərhələsi yekunlaşıb. Bakı üzrə 178 ümumtəhsil müəssisəsindən həm Azərbaycan bölməsi, həm də rus bölməsi üzrə 7912 şagird qiymətləndirmədə iştirak edib. İştirakçıların 47%-i qız, 53%-i oğlan olub. PISA-da 15 yaşlılar iştirak etdiyi üçün bu şagirdlər müxtəlif sinifləri təmsil ediblər. -
06.07.2022
İbtidai sinif müəllimləri üçün təşkil edilən təlimlər başa çatıb
ARTİ MDPİM tərəfindən MİP təqdim olunmuş 10 tam orta məktəbin ibtidai sinif müəllimləri üçün təşkil edilən təlimlər 30 iyun tarixində başa çatıb. Təlimlər 16-30 iyun tarixində müxtəlif məzmunda olmaqla, 38, 75, 173, 227, 301, 178, 154, 35, 18, 51 nömrəli tam orta məktəblərin ibtidai sinif müəllimləri üçün keçirilib. -
06.07.2022
ARTİ vakansiya elan edir
Layihənin məqsədi inklüziv sinif təşkil edilən ümumtəhsil müəssisələrinin şəbəkəsini genişləndirmək, Azərbaycanda əlilliyi olan uşaqların təhsil hüququnun təminatına dəstək vermək, inklüziv təhsilin keyfiyyətini yüksəltmək və məktəblərdə kadr potensialını gücləndirməkdir. -
06.07.2022
ARTİ-nin rəhbər heyəti "British Council" təşkilatının nümayəndələri ilə görüşüb
6 iyul tarixində ARTİ-nin rəhbər heyəti "British Council" təşkilatının nümayəndələri ilə görüşüb. Təşkilatlar arasında gələcək əməkdaşlığa dair müzakirələrin aparıldığı görüşdə şagird və müəllimlərin ingilis dili səviyyəsinin müəyyən edilməsi, şagirdlərin öyrənməsini yaxşılaşdırmağa hədəflənən müəllimlərin peşəkar inkişaf proqramları, birgə tədqiqatlar müzakirə olunub. -
05.07.2022
Avropa Coğrafiya Olimpiadasında qazanılan uğur
Serbiyanın paytaxtı Belqrad şəhərində 24-30 iyun 2022-ci il tarixlərində virtual formatda keçirilən 7-ci Avropa Coğrafiya Olimpiadasında iştirak edən şagirdlərimiz uğur qazanıblar. 11 ölkədən məktəblilərin qatıldığı müsabiqədə Tərtər rayonu, Həbib Hüseynov Mamırlı kənd tam orta məktəbin XI sinif şagirdi Murad Qarayev bürünc medala layiq görülüb. -
05.07.2022
"Məsələ həlli. Cəbr və funksiyalar" mövzusunda vebinar keçiriləcək
ARTİ müəllimlərin sertifikasiyası imtahanlarının qiymətləndirmə çərçivəsini izah edən vebinarları davam etdirir. Növbəti vebinar 7 iyul tarixində saat 17:00-da ibtidai sinif rus bölməsi üzrə "Məsələ həlli. Cəbr və funksiyalar" mövzusunda keçiriləcək. -
04.07.2022
"Yeniyetmələrin 26-cı Balkan Riyaziyyat Olimpiadası"nda məktəblilərimiz uğurla çıxış ediblər
28 iyun-3 iyul tarixlərində Bosniya və Herseqovinanın Sarayevo şəhərində Yeniyetmələrin 26-cı Balkan Riyaziyyat Olimpiadası təşkil edilib. Sözgedən yarışda məktəblilərimiz uğurla çıxış edərək 2 gümüş, 3 bürünc medal qazanıblar. -
04.07.2022
"Təhsilverənlərin sertifikatlaşdırılmasının qiymətləndirmə çərçivəsi"nin izahı mövzusunda vebinar keçiriləcək
ARTİ müəllimlərin sertifikasiyası imtahanlarının qiymətləndirmə çərçivəsini izah edən vebinarları davam etdirir. Növbəti vebinar 6 iyul tarixində saat 17:00-da İbtidai sinif müəllimləri üçün "Təhsilverənlərin sertifikatlaşdırılmasının qiymətləndirmə çərçivəsi"nin izahı mövzusunda keçiriləcək. -
04.07.2022
"CyberCamp 2022" yay düşərgəsində iştirak üçün qeydiyyatdan keçən iştirakçılar test imtahanında iştirak edib
"Bir Könüllü" Tələbələrin Əməkdaşlığı İctimai Birliyi və ARTİ-nin birgə təşkilatçılığı ilə Quba rayonunda "CyberCamp 2022" yay düşərgəsində iştirak üçün qeydiyyatdan keçən iştirakçıların ilkin biliklərinin yoxlanılması məqsədilə 2 iyul tarixində test imtahanı təşkil olunub. -
01.07.2022
"Təchizat zəncirlərində qeyri-müəyyən gələcəyin idarə edilməsi" adlı vebinar keçirilib
"İş dünyası və ali təhsildə trendlər" vebinarlar silsiləsi və AzTU-da "Sabah magistratura" proqramı çərçivəsində ARTİ-nin təşkilatçılığı ilə "Təchizat zəncirlərində qeyri-müəyyən gələcəyin idarə edilməsi" adlı vebinar baş tutub. -
30.06.2022
"Leksika. Sözün tərkibi və sözlərin quruluşu " mövzusunda vebinar keçiriləcək
ARTİ müəllimlərin sertifikasiyası imtahanlarının qiymətləndirmə çərçivəsini izah edən vebinarları davam etdirir. Növbəti vebinar 5 iyul tarixində saat 17:00-da ibtidai sinif rus bölməsi üzrə "Leksika. Sözün tərkibi və sözlərin quruluşu " mövzusunda keçiriləcək. -
30.06.2022
Bakıda Beynəlxalq ingilis dili təlimi konfransı başa çatıb
Azərbaycanlı orta məktəb ingilis dili müəllimləri üçün nəzərdə tutulan 3 günlük "İngilis dilinin tədrisində mükəmməllik" təlimi 30 iyun tarixində başa çatıb. Konfransın məqsədi azərbaycanlı müəllimlərin tələbələrinin yüksək nəticələr əldə etməsinə yardımçı olmaları, Bakı və Azərbaycan regionlarından olan müəllimlər, peşəkarlar və ekspertlər üçün ingilis dili tədrisində ən son yeniliklər haqqında müzakirə etmək imkanının yaradılmasıdır.