XƏBƏRLƏR
-
30.06.2022
RFO qaliblərinin mükafatlandırılması mərasimi keçirilib
İyunun 30-da Respublika Fənn Olimpiadaları qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Tədbir Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. -
30.06.2022
Bir sıra dərslik komplekti gender nöqteyi-nəzərindən təhlil edilib
ARTİ və BMT-nin Əhali Fondunun (BMTƏF) birgə həyata keçirdiyi "Ümumi təhsildə gender yönümlü yanaşmanın təşviqi" adlı layihə çərçivəsində ARTİ tərəfindən hazırlanan və hazırda ümumi təhsil pilləsində tətbiq olunan bir sıra dərslik komplektinin məzmunu genderə həssas prizmadan təhlil edilib. -
29.06.2022
Logistika və təchizat zənciri sahəsi üzrə proqramlara əsaslanan təlimlər yekunlaşıb
ARTİ AzTu-nun "Logistika və nəqliyyat" ixtisaslaşması üzrə "SABAH Magistratura" proqramı çərçivəsində müəllimlərin tədris prosesində tətbiq edə biləcəkləri logistika və təchizat zənciri sahəsi üzrə proqramlara əsaslanan təlimləri yekunlaşıb. -
29.06.2022
ARTİ və TED Universiteti arasında Anlaşma Memorandumu imzalanıb
29 iyun tarixində ARTİ və TED Universiteti arasında Anlaşma Memorandumu imzalanıb. ARTİ-nin direktoru Rüfət Əzizov institutun fəaliyyəti haqqında, xüsusilə dərsliklər, təhsilin bütün pillə və səviyyələri ilə bağlı pedaqoji savadlılığı həyata keçirmək məqsədilə təşkil olunan təlimlər, məktəblərdə müəllimlərə keçirilən metodik dəstək proqramları haqqında geniş məlumat verib. -
28.06.2022
Gəncədə sertifikasiya imtahanı ilə əlaqədar ibtidai sinif müəllimləri ilə görüş keçirilib
27 iyun 2022-ci il tarixində Gəncədə 10 nömrəli tam orta məktəbdə sertifikasiya imtahanı ilə əlaqədar ibtidai sinif müəllimləri ilə görüş keçirilib. Görüşün məqsədi sertifikasiya imtahanının qiymətləndirmə çərçivəsini müəllimlərə izah etmək və onları narahat edən məqamlara aydınlıq gətirməkdən ibarət olub. -
28.06.2022
"Pedaqoji kadrların ixtisasartırma təlimini həyata keçirən kadrların təkmilləşdirilməsi proqramı" çərçivəsində təlimçi hazırlığı keçirilib
21-24 iyun tarixlərində ARTİ MDPİM-də "Pedaqoji kadrların ixtisasartırma təlimini həyata keçirən kadrların təkmilləşdirilməsi proqramı" çərçivəsində təlimçi hazırlığı keçirilib. Qeyd olunan təlimlərin keçirilməsində məqsəd müxtəlif ixtisasartırma proqramlarında təlimçi kimi fəaliyyət göstərən kadrların təkmilləşdirilməsidir. -
24.06.2022
Lisey və gimnaziyalara qəbul imtahanının siniflər üzrə nəticələri gün ərzində elan olunacaq
Mərkəzləşdirilmiş qaydada qəbul həyata keçirilən lisey və gimnaziyalara qəbul imtahanın siniflər üzrə nəticələri gün ərzində müəyyən fasilələrlə elan olunacaq! Bu zaman şəxsi kabinetdə qeyd olunan əlaqə nömrəsinə sms bildiriş göndəriləcək. -
24.06.2022
"Təhsil sistemində uşaq müdafiəsi və təhlükəsizliyi" adlı pilot layihə
Uşaq müdafiəsi və təhlükəsizliyi anlayışı nədir? Uşaq müdafiəsi və təhlükəsizliyi ilə bağlı narahatlıqlar yarandıqda hansı addımlar atılmalıdır? Uşaq müdafiəsi və təhlükəsizliyi sahəsində təhsilverən və təhsilalanların rolu və öhdəlikləri nədən ibarətdir? Bakı şəhəri üzrə 25 məktəbin pedaqoji heyəti, şagird və onların valideynləri bu kimi sualların cavablarını keçirilən maarifləndirici görüşlər zamanı əldə ediblər.