XƏBƏRLƏR
-
08.06.2022
ARTİ MDPİM tərəfindən təşkil edilən "Refleksiv müəllim" seminarları davam edir
ARTİ MDPIM tərəfindən təşkil edilən "Refleksiv müəllim" seminarının budəfəki görüşü M.N.Tusi adına 173 nömrəli tam orta məktəbdə keçirilib. 6 iyun tarixində riyaziyyat fənnini tədris edən müəllimlər üçün təşkil edilən seminarda məktəbin riyaziyyat müəllimi Sevil Vəliyeva dərs icmalı təqdim edib. İcmalın mövzusu V sinif dərsliyində olan "Faiz, onluq kəsr, adi kəsr" mövzusu üzrə olub. -
08.06.2022
Biologiya fənni üzrə kurikulumun müzakirəsi təşkil olunub
ARTİ fənn kurikulumlarının təkmilləşdirilməsi prosesi çərçivəsində müzakirələri davam etdirir. Bu istiqamətdə növbəti görüş Bakı məktəblərində biologiya fənnini tədris edən qabaqcıl müəllimlərlə baş tutub. Görüşdə Sinqapurun Alston təhsil şirkətinin mütəxəssislərinin mentorluğu ilə təkmilləşdirilmiş biologiya fənni üzrə məzmun standartlarının müzakirəsi olub -
08.06.2022
Məktəblərdə uşaq müdafiəsi və təhlükəsizliyi mövzusunda maarifləndirici tədbirlər keçirilib
Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə BMT-nin Uşaq Fondunun (UNICEF) birgə fəaliyyət planı əsasında ARTİ və Bakı şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən həyata keçirilən "Təhsil sistemində uşaq müdafiəsi və təhlükəsizliyi" adlı pilot layihə çərçivəsində maarifləndirici tədbirlər baş tutub. -
07.06.2022
ARTİ MDPİM tərəfindən təşkil edilən "Refleksiv müəllim" seminarları davam edir
ARTİ MDPİM tərəfindən təşkil edilən "Refleksiv müəllim" seminarı bu dəfə metodik dəstək göstərilən 38 nömrəli tam orta məktəbdə təşkil edilib. 3 iyun tarixində ingilis dili fənnini tədris edən müəllimlər üçün keçirilən seminarda məktəbin ingilis dili müəllimi Sona Abbasova VI sinif dərsliyində olan "Story Time" mövzusu üzrə dərs icmalı təqdim edib. -
07.06.2022
Lisey və gimnaziyalara mərkəzləşmiş qaydada qəbul həyata keçiriləcək
Şagirdlərin elektron yerdəyişməsi portalı vasitəsi ilə (https://sy.edu.az) mərkəzləşmiş qaydada həyata keçiriləcək lisey və gimnaziyalara ərizə qəbulu 9 iyun 17:00-da başa çatacaq. Bu mərhələdə sorğu yerləşdirilməli və buraxılış vərəqi əldə edilməlidir. Qeyd edək ki, qeydiyyat buraxılış vərəqi əldə edildikdən sonra tamamlanmış hesab edilir. -
07.06.2022
"AzTU-da prioritet mühəndislik ixtisasları üzrə elmi potensialın gücləndirilməsi və yüksək ixtisaslı kadr hazırlığının təmin olunması mexanizminin yaradılması" layihəsi çərçivəsində təlimlər başa çatıb
Təhsil Nazirliyinin maliyyə dəstəyi ilə Azərbaycan Texniki Universiteti tərəfindən icra edilən "AzTU-da prioritet mühəndislik ixtisasları üzrə professor-müəllim heyətinin akademik mobilliyinin səmərəli təşkili ilə elmi potensialın gücləndirilməsi və yüksək ixtisaslı kadr hazırlığının təmin olunması mexanizminin yaradılması" layihəsi çərçivəsində ARTİ-nin təşkilatçılığı ilə 16 may – 3 iyun tarixlərində keçirilən təlimlər başa çatıb. -
07.06.2022
"Fövqəladə vəziyyət şəraitində uşaqlara və yeniyetmələrə məktəb əsaslı psixososial dəstəyin göstərilməsi-II mərhələ" adlı layihə çərçivəsində həyata keçirilən təlimlər
27 sentyabr –10 noyabr 2020-ci il tarixində baş verən Dağlıq Qarabağ münaqişəsi və COVID-19 pandemiyasından təsirlənən əhali arasında ən həssas kateqoriyaya uşaq və yeniyetmələr daxil idi. -
07.06.2022
2022-ci ilin yaz sessiyasında ixtisas fənnindən doktorluq imtahanları keçirilib
7 iyun 2022-ci il tarixində ARTİ-də təhsil alan doktorant və dissertantlar üçün doktorluq imtahanlarının yaz sessiyası keçirilib. İmtahanlar ARTİ rəhbərliyinin təmsil olunduğu komissiya tərəfindən təşkil olunub. -
07.06.2022
ARTİ MDPİM 35 nömrəli tam orta məktəbdə Məktəbin inkişaf planını (MİP) təqdim edib
Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) 24 dekabr 2021-ci il tarixində 35 nömrəli tam orta məktəbdə 4 istiqamət üzrə inspeksiya keçirib. İnspeksiya hesabatı əsasında məktəbə metodik dəstəyin göstərilməsi, həmçinin Məktəbin inkişaf planının (MİP) hazırlanması nəzərdə tutulub. -
06.06.2022
"Duzluluq məsələlərinin izahı" mövzusunda vebinar keçiriləcək
ARTİ müəllimlərin sertifikasiyası imtahanlarının qiymətləndirmə çərçivəsini izah edən vebinarları davam etdirir. Növbəti vebinar 8 iyun tarixində saat 17:00-da kimya fənni üzrə "Duzluluq məsələlərinin izahı" mövzusunda keçiriləcək. -
06.06.2022
"Ümumi təhsil müəssisələrində peşəyönümü xidmətinin təşkili" adlı layihə üzrə təlimlərin üçüncü mərhələsinə başlanılıb
ARTİ MDPİM tərəfindən həyata keçirilən "Ümumi təhsil müəssisələrində peşəyönümü xidmətinin təşkili" adlı layihə üzrə təlimlərin üçüncü mərhələsinə başlanılıb. Bu mərhələdə peşəyönümü koordinatorları layihə çərçivəsində görülən işlərlə bağlı təqdimatlar edir, eyni zamanda proses zamanı qarşılaşdıqları çətinlikləri və növbəti tədris ili üçün fəaliyyət istiqamətlərini müzakirə edirlər. -
06.06.2022
"Süni intellekt və data elmi" təlim layihəsi davam edir
Təhsil Nazirliyinin maliyyə dəstəyi ilə ARTİ tərəfindən təşkil olunan "Süni intellekt və data elmi" intensiv təlim proqramı layihəsi davam edir. Sözügedən layihə 4 may 2022-ci il tarixindən etibarən 40 nəfər iştirakçı ilə start götürüb və ötən həftələr ərzində iştirakçılar statistika, "Python", "SQL" və "Tableau" mövzularında nəzəri və praktiki biliklərə yiyələniblər. -
06.06.2022
"Şagirdlərə öyrənmə ehtiyaclarına uyğun dəstəyin göstərilməsi və təhsilverənlərin peşəkar inkişafının təmin edilməsi çərçivəsində fərdi məsləhət xidməti (mentorluq)" adlı layihə həyata keçirilib
Azərbaycan Respublikası Təhsil Nazirliyi, ARTİ və BMT-nin Uşaq Fondu UNİCEF-in dəstəyi ilə ötən ilin sentyabr ayından cari ilin may ayınadək ölkəmizin 6 bölgəsi (Gəncə şəhəri, Qobustan, Ağsu, Hacıqabul, Goranboy, Beyləqan rayonları) üzrə "Şagirdlərə öyrənmə ehtiyaclarına uyğun dəstəyin göstərilməsi və təhsilverənlərin peşəkar inkişafının təmin edilməsi çərçivəsində fərdi məsləhət xidməti (mentorluq)" adlı layihə həyata keçirilib.