XƏBƏRLƏR
-
03.06.2022
Müəllimlərin işə qəbulu müsabiqəsinə start verilir
Bu gündən etibarən 2022-2023-cü tədris ili üçün keçiriləcək dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsinə start verilir. Namizədlər 10 iyun saat 11:00-dək www.miq.edu.az linkinə daxil olaraq qeydiyyatdan keçə bilərlər. -
03.06.2022
"Formativ qiymətləndirmədə rəqəmsal və ənənəvi alətlərin istifadəsi" adlı vebinar keçiriləcək
10 iyun tarixində saat 15:00-da "Formativ qiymətləndirmədə rəqəmsal və ənənəvi alətlərin istifadəsi" adlı vebinar keçiriləcək. Vebinarda spiker qismində Bilkənt Universitetinin Təhsil fakültəsinin assistent professoru İlker Kalender çıxış edəcək. -
02.06.2022
"Qeyri–üzvi kimyadan müxtəlif növ tapşırıqların izahı" mövzusunda vebinar keçiriləcək
ARTİ müəllimlərin sertifikasiyası imtahanlarının qiymətləndirmə çərçivəsini izah edən vebinarları davam etdirir. Növbəti vebinar 3 iyun tarixində saat 17:00-da kimya fənni üzrə "Qeyri–üzvi kimyadan müxtəlif növ tapşırıqların izahı" mövzusunda keçiriləcək. -
02.06.2022
Riyaziyyat fənni üzrə təşkil ediləcək seminarda iştirak etmək istəyən şəxslərin nəzərinə!
ARTİ müəllimlərin işə qəbulu müsabiqəsinə və sertifikasiya imtahanına hazırlaşan namizədlərə dəstək məqsədilə təşkil edilən seminarları davam etdirir. Budəfəki seminar riyaziyyat fənnindən imtahana hazırlaşan şəxslər üçün nəzərdə tutulub. -
02.06.2022
ARTİ-nin Metodik dəstək və peşəkar inkişaf mərkəzi tərəfindən təşkil edilən "Refleksiv müəllim" seminarları davam edir
1 iyun tarixində 227 nömrəli tam orta məktəbdə Azərbaycan dili və ədəbiyyat fənnini tədris edən müəllimlər üçün seminar keçirilib. Görüşdə məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Zülfiyyə Hüseynova "Fərhəng Hüseynov" mövzusu üzrə dərs icmalı təqdim edib. -
01.06.2022
Müəllimlərin işə qəbulu müsabiqəsində iştirak etmək istəyən şəxslərin nəzərinə!
2022-2023-cü tədris ili üçün keçiriləcək dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsinə start verilir. Müsabiqənin elektron sənəd qəbulu mərhələsi 3-10 iyun tarixlərini əhatə edəcək. Müsabiqədə iştirak etmək istəyən namizədlər 3 iyun saat 11:00-dan etibarən 10 iyun saat 11:00-dək www.miq.edu.az linkinə daxil olaraq qeydiyyatdan keçə bilərlər. -
31.05.2022
Ali məktəblərdə pedaqoji fəaliyyət göstərmək istəyən şəxslər üçün yenidən təlimlər keçiriləcək
ARTİ ali məktəblərdə pedaqoji fəaliyyət ilə məşğul olmaq istəyən, sənayedə və iş dünyasının müxtəlif sahələrində çalışan şəxslərin bu sahədə bilik və bacarıqlarını artırmaq məqsədilə təlimlər təşkil edir. -
31.05.2022
"Məktəbəqədər təhsilin yeni məzmunu və təşkili məsələləri" mövzusunda tədbir keçirilib
ARTİ-nin Məktəbəqədər təhsilin inkişafı şöbəsinin əməkdaşları tərəfindən Nərimanov rayonunun 168 saylı körpələr evi və uşaq bağçasında "Məktəbəqədər təhsilin yeni məzmunu və təşkili məsələləri" mövzusunda tədbir keçirilib. Tədbirdə Nərimanov rayonunun digər uşaq bağçalarının tərbiyəçi-müəllimləri də iştirak ediblər. -
27.05.2022
ARTİ-də kimya fənninin yeni məzmun standartları müzakirə edilib
ARTİ kimya fənni üzrə hazırlanmış yeni məzmun standartlarının ictimai müzakirəsinə başlayıb. Qeyd edək ki, kimya fənninin kurikulumunun təkmilləşdirilməsində Sinqapurun Alston Təhsil şirkətinin mütəxəssislərinin mentorluğundan istifadə edilib. Bu istiqamətdə ilk görüş Bakı məktəblərində kimya fənnini tədris edən qabaqcıl müəllimlərin iştirakı ilə keçirilib. -
26.05.2022
BDU-nun "SABAH Magistratura" tələbələri Elektron Hökümətin İnkişafı Mərkəzində olublar
ARTİ-nin təşkilatçılığı ilə BDU-nun "SABAH Magistratura" proqramının "Kompüter elmləri və texnologiyaları" ixtisaslaşması üzrə təhsil alan bir qrup tələbəsi 25 may tarixində Elektron Hökümətin İnkişafı Mərkəzinə (EHİM) səfər edib.