XƏBƏRLƏR
-
26.05.2022
"Azərbaycanın TIMSS 2019 beynəlxalq qiymətləndirmə tədqiqatı üzrə nəticələrinin məzmun və idrak sahələri baxımından təhlili"nə dair təqdimat və müzakirə həyata keçirilib
26 may tarixində ARTİ-də "Azərbaycanın TIMSS 2019 beynəlxalq qiymətləndirmə tədqiqatı üzrə nəticələrinin məzmun və idrak sahələri baxımından təhlili"nə dair təqdimat və müzakirə həyata keçirilib. Təqdimat ARTİ-nin direktor müavini Ülkər Babayeva, Milli və beynəlxalq qiymətləndirmə tədqiqatları şöbəsinin əməkdaşları Zinyət Əmirova və Şirin Məmmədov tərəfindən olunub. -
25.05.2022
18, 178 və 35 nömrəli tam orta məktəblərdə dərsdinləmələr aparılıb
ARTİ MDPİM məktəb əsaslı metodik xidmətin göstərilməsi istiqamətində işləri davam etdirir. May ayı ərzində 18, 178 və 35 nömrəli tam orta məktəblərdə dərsdinləmələr aparılıb və dərsdinləmələrin nəticələrinə dair məktəb heyəti ilə birlikdə geniş müzakirələr təşkil edilib. Müzakirələr zamanı müşahidə olunan nöqsanlarla bağlı ilkin metodik tövsiyələr verilib və məktəb kollektivinin sualları cavablandırılıb. -
25.05.2022
"Gender yönümlü pedaqogika: Azərbaycanda həyata keçirilən təşəbbüslər " mövzusunda məruzə dinlənilib
25 may tarixində UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası, Azərbaycanın Efiopiyadakı səfirliyi və UNESCO-nun Efiopiyadakı ofisinin birgə təşkilatçılığı ilə "Gender üzrə bərabərsizliyin tədris-təlim prosesində aradan qaldırılması-Azərbaycan nümunəsi" mövzusunda vebinar keçirilib. -
24.05.2022
AzTU-nun "SABAH Magistratura" tələbələri Ələt qəsəbəsində yerləşən Bakı Limanında olublar
ARTİ və "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin (Bakı Limanı) birgə təşkilatçılığı ilə AzTU-nun "SABAH Magistratura" proqramının "Logistika və nəqliyyat" ixtisaslaşması üzrə təhsil alan tələbələri Ələt qəsəbəsində yerləşən limana təlim səfərində iştirak ediblər. -
24.05.2022
ARTİ-nin təşkilatçılığı ilə AzTU tərəfindən yeni layihə çərçivəsində təlimlərə start verilib
ARTİ-nin təşkilatçılığı ilə Təhsil Nazirliyinin maliyyələşdirdiyi və AzTU tərəfindən icra edilən "AzTU-da prioritet mühəndislik ixtisasları üzrə professor-müəllim heyətinin akademik mobilliyininin səmərəli təşkili ilə elmi potensialın gücləndirilməsi və yüksək ixtisaslı kadr hazırlığının təmin olunması mexanizminin yaradılması" layihəsi çərçivəsində təlimlərə start verilib. -
23.05.2022
"Məktəbəqədər təhsildə uşaqların sosial və emosional bacarıqlarının inkişafı və valideynlərin cəlb olunması" adlı vebinar keçiriləcək
25 may tarixində saat 15:00-da "Məktəbəqədər təhsildə uşaqların sosial və emosional bacarıqlarının inkişafı və valideynlərin cəlb olunması" adlı vebinar keçiriləcək. Vebinarda spiker qismində Beynəlxalq Montessori Mərkəzinin Təhsil şöbəsinin müdiri Preeti Patel çıxış edəcək. -
23.05.2022
"Python proqramlaşdırma dilində proqramın yazılması və yazılmış proqramın təhlili" mövzusunda vebinar keçiriləcək
ARTİ müəllimlərin sertifikasiyası imtahanlarının qiymətləndirmə çərçivəsini izah edən vebinarları davam etdirir. Növbəti vebinar 24 may tarixində saat 17:00-da informatika fənni üzrə "Python proqramlaşdırma dilində proqramın yazılması və yazılmış proqramın təhlili" mövzusunda keçiriləcək. -
23.05.2022
ICILS 2023 beynəlxalq qiymətləndirmə tədqiqatının sınaq mərhələsinin keçirilməsinə başlanılıb
Azərbaycan ilk dəfə olaraq Beynəlxalq Kompüter və İnformasiya Savadlılığı Tədqiqatında (ICILS) iştirak edir. 23 maydan başlayan qiymətləndirmə Təhsil Nazirliyi və ARTİ tərəfindən həyata keçirilir. Respublika üzrə 28 məktəbin 41 sinfindən 954 nəfər VIII sinif şagirdi tədqiqatda iştirak üçün seçilib. Şagirdlər iki hissədən (bilik testləri və sorğu) ibarət sessiyada iştirak edəcəklər. Məktəb direktorları və müəllimlər arasında da sorğu aparılacaq. -
23.05.2022
Vakansiya seçimi mərhələsi başa çatıb
Dövlət ümumtəhsil müəssisələrində işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vakansiya seçimi mərhələsi başa çatıb. 18-23 may tarixlərində keçirilən müsabiqənin vakansiya seçimi mərhələsində 2090 nəfər namizəd vakant yer seçərək elektron ərizəsini təsdiqləyib. -
23.05.2022
ADPU-nun "SABAH Magistratura" tələbələri Şirvan STEAM Mərkəzində olublar
ARTİ-nin təşkilatçılığı ilə ADPU-nun "SABAH Magistratura" proqramının "Təlim və tədrisin təşkili və metodikası" ixtisaslaşması üzrə təhsil alan tələbələri 21 may tarixində Şirvan STEAM Mərkəzinə təlim səfərində iştirak ediblər. -
21.05.2022
Əməkdaşlığa dair Anlaşma Memorandumu imzalandı
Mələk investorları bir araya gətirən "Technovate Mələk İnvestorlar Klubu" ilə "SABAH.lab" Akselerasiya Mərkəzi arasında Əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Tərəflər olaraq "SABAH.lab" Akselerasiya Mərkəzinin Baş icraçı direktoru Rəhim Bayramlı və "Technovate Mələk İnvestorlar Klubu"nun rəhbəri Orxan Bağırov çıxış ediblər. -
20.05.2022
MİQ və Sertifikasiyaya hazırlaşanlar üçün fizika fənni üzrə seminar təşkil edilib
MİQ və Sertifikasiyaya hazırlaşanlara dəstək məqsədilə 18 may tarixində fizika fənni üzrə seminar təşkil edilib. 240 nömrəli tam orta məktəbdə keçirilən seminarda ARTİ MDPİM-in rəhbəri Nəzakət Mehdiyeva giriş nitqi ilə çıxış edərək iştirakçıları salamlayıb, onlara öz tövsiyələrini verib və qarşıdan gələn imtahanlarda uğurlar arzulayıb.