XƏBƏRLƏR
-
06.05.2022
ARTİ MDPİM tərəfindən təcrübəçi tələbələr üçün təşkil edilən təlim və seminarlar davam edir
26 aprel 2022-ci il tarixində MDPİM-də Qərbi Kaspi Universitetinin təcrübəçi tələbələrinin inkişafına yönələn "Esse yazmağın qısa yolu" adlı vörkşop keçirilib. Təlim zamanı iştirakçılara əvvəlcə esse haqqında qısa məlumat verilib, sonra Nizami Gəncəvinin "Leyli və Məcnun" poemasından seçilmiş nümunə əsasında onlara şairin poemanı yazma səbəbi haqqında esse yazmaq tapşırılıb. -
06.05.2022
Respublika fənn müsabiqələrinin və Lütfi Zadə adına məntiq olimpiadasının final turu 15 may tarixində keçiriləcək
İmtahanın final turunda iştirak etmək üçün şagirdlər 6-13 may tarixləri ərzində buraxılış vərəqəsini əldə edə bilərlər. Buraxılış vərəqəsinin yüklənməsi prosesi qeyd edilən tarixlərdə https://portal.edu.az/ platforması vasitəsilə həyata keçiriləcək. -
06.05.2022
Partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə üzrə "Metodiki Tövsiyələr" nəşrinin təqdimatı keçirilib
6 may tarixində Azərbaycan Respublikası Təhsil Nazirliyi və ARTİ-nin birgə təşkilatçılığı ilə hazırlanan "Təhsil müəssisələrinin müəllim-şagird (tələbə) heyətinin mina və partlayıcı hərbi sursatların təhlükəsinə qarşı maarifləndirilməsinə dair "Metodiki Tövsiyələr" nəşrinin təqdimatı keçirilib. -
05.05.2022
"Ədədlər və əməllər, cəbr və funksiyalar məzmun xətti üzrə məsələlərin həlli" mövzusunda vebinar keçiriləcək
ARTİ müəllimlərin sertifikasiyası imtahanlarının qiymətləndirmə çərçivəsini izah edən vebinarları davam etdirir. Növbəti vebinar 5 may tarixində saat 17:00-da riyaziyyat fənni üzrə "Ədədlər və əməllər, cəbr və funksiyalar məzmun xətti üzrə məsələlərin həlli" mövzusunda keçiriləcək. -
05.05.2022
"AZERCELL CUP" müsabiqəsinin qalibləri ilə görüş keçirilib
27 aprel 2022-ci il tarixində "Azercell Telekom" MMC və Azərbaycan Respublikasının Təhsil Nazirliyinin birgə əməkdaşlığı çərçivəsində təşkil edilən "AZERCELL CUP" müsabiqəsinin qalibləri ilə görüş keçirilib. 5-7-ci sinif şagirdlərinin qatıldığı 300-dən çox iştirakçı olan müsabiqədə informatika fənni üzrə xüsusi bilikləri ilə fərqlənərək 1-ci, 2-ci və 3-cü yeri qazanan 21 iştirakçıya lider mobil operator tərəfindən sertifikatlar və dəyərli hədiyyələr təqdim edilib. -
05.05.2022
"Peşəkar ol" layihəsi üzrə təlimlərdə iştirak edən şəxslərə sertifikatlar təqdim edilib
ARTİ-nin Metodik dəstək və peşəkar inkişaf mərkəzi tərəfindən "Peşəkar ol" layihəsi üzrə təlimlərdə iştirak edən şəxslərə sertifikatlar təqdim edilib. 12 akademik saatı əhatə edən təlimlər "Məktəbdaxili qiymətləndirmənin təşkili metodikası", "Sinfin idarə edilməsi", "Məktəbdə sağlam sosial-emosional mühitin formalaşdırılması", "Rabitəli nitqin inkişafı", "Müəllimin etik davranış qaydaları" ilə bağlı mövzuları əhatə edib. -
04.05.2022
Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin nəticələri elan edildi
24 aprel 2022-ci il tarixində Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsi (KBRM) təşkil edilib. Müsabiqə 84 mərkəzdə 10000-ə yaxın şagirdin iştirakı ilə keçirilib. Şagirdlər imtahanın nəticələrini ttm.edu.az saytı vasitəsilə şəxsi kabinetindən əldə edə bilərlər. -
04.05.2022
Elektron qeydiyyat mərhələsi başa çatdı
25 apreldən etibarən start verilən dövlət ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin elektron sənəd qəbulu mərhələsi başa çatıb. Müsabiqədə iştirak etmək üçün ümumilikdə 6407 nəfər qeydiyyatdan keçərək elektron ərizəsini təsdiqləyib. Namizədlərin elektron ərizəsi emal olunduqdan sonra onların şəxsi səhifəsinə müvafiq məlumat göndəriləcək. -
04.05.2022
Azərbaycan Kibertəhlükəsizlik Təşkilatlar Assosiyasiyası ilə şəbəkələşmə tədbiri keçirilib
ARTİ tərəfindən "Kibertəhlükəsizlik" təlim layihəsi çərçivəsində Azərbaycan Kibertəhlükəsizlik Təşkilatlar Assosiyasiyası (AKTA) ilə şəbəkələşmə tədbiri keçirilib. Tədbirdə ARTİ-nin əməkdaşı Müşərrəf Məmmədova "Kibertəhlükəsizlik" təlim layihəsi haqqında ətraflı məlumat verib. ARTİ tərəfindən "Kibertəhlükəsizlik" təlim layihəsi çərçivəsində Azərbaycan Kibertəhlükəsizlik Təşkilatlar Assosiyasiyası (AKTA) ilə şəbəkələşmə tədbiri keçirilib. Tədbirdə ARTİ-nin əmə -
04.05.2022
ARTİ BDU-nun "SABAH Magistratura" proqramında təhsil alan tələbələr üçün Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinə təlim səfəri təşkil edib
ARTİ BDU-nun "SABAH Magistratura" proqramında təhsil alan tələbələr üçün Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinə təlim səfəri təşkil edib 29 aprel 2022-ci il tarixində ARTİ-nin təşkilatçılığı ilə BDU-nun "SABAH Magistratura" proqramının "Kompüter elmləri və texnologiyaları" ixtisaslaşması üzrə təhsil alan bir qrup tələbəsi Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinə (TSİİ) təlim səfəri edib. -
04.05.2022
"MathCamp 2022" və "IT Camp Hackathon 2022" - "Yaz düşərgəsi"nin bağlanış mərasimi keçirilib
ARTİ və Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Bir Könüllü" Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin təşkilatçılığı ilə 29 aprel-3 may tarixlərində Quba rayonunda təşkil edilən "MathCamp 2022" və "IT Camp Hackathon 2022" - "Yaz düşərgəsi"nin bağlanış mərasimi keçirilib. -
03.05.2022
Yaz düşərgəsinin növbəti günü
ARTİ və "Bir Könüllü" Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin birgə təşkilatçılığı ilə 29 aprel 2022-ci il tarixində Quba rayonunda keçirilən düşərgə çərçivəsində təcrübəli müəllimlər və mentorlar tərəfindən xüsusi hazırlanmış müxtəlif mövzulu təlimlər həyata keçirilmişdir. -
30.04.2022
Yaz düşərgələrinin açılış mərasimi keçirilib
ARTİ və "Bir Könüllü" Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin birgə təşkilatçılığı ilə 29 aprel 2022-ci il tarixində Quba rayonunda tələbələrə "MathCamp 2022" riyaziyyat üzrə tələbələrin yaz düşərgəsi və "IT Camp Hackathon 2022" düşərgəsinin açılış mərasimi keçirilib.