XƏBƏRLƏR
-
14.04.2022
Lütfi Zadə adına məntiq olimpiadasının final mərhələsi keçiriləcək
15 may 2022-ci il tarixində Lütfi Zadə adına məntiq olimpiadasının final mərhələsi keçiriləcək. İmtahanın final turunda iştirak etmək üçün şagirdlər 6-13 may tarixləri ərzində buraxılış vərəqəsini əldə edə bilərlər. Buraxılış vərəqəsinin yüklənməsi prosesi qeyd edilən tarixlərdə https://portal.edu.az/ platforması vasitəsilə həyata keçiriləcək. -
14.04.2022
15 may tarixində Fənn müsabiqələrinin final mərhələsi keçiriləcək
İmtahanın final turunda iştirak etmək üçün şagirdlər 6-13 may tarixləri ərzində buraxılış vərəqəsini əldə edə bilərlər. Buraxılış vərəqəsinin yüklənməsi prosesi qeyd edilən tarixlərdə https://portal.edu.az/ platforması vasitəsilə həyata keçiriləcəkdir. Buraxılış vərəqəsi əldə etməkdə problem yaşayan şagirdlərin təhsil aldıqları ümumtəhsil müəssisələri və ya yerli təhsil idarəetmə orqanlarına müraciət etmələri xahiş olunur. -
14.04.2022
"İrəvan Müəllimlər Seminariyası" mövzusunda elmi konfrans keçiriləcək
28 aprel 2022-ci il tarixində Bakı şəhərində Azərbaycan Respublikasının Təhsil Nazirliyinin, Azərbaycan Respublikasının Təhsil İnstitutunun və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə "İrəvan Müəllimlər Seminariyası" mövzusunda elmi konfrans keçiriləcək. -
14.04.2022
"İrəvan Müəllimlər Seminariyası" mövzusunda elmi konfrans keçiriləcək
28 aprel 2022-ci il tarixində Bakı şəhərində Azərbaycan Respublikasının Təhsil Nazirliyinin, Azərbaycan Respublikasının Təhsil İnstitutunun və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə "İrəvan Müəllimlər Seminariyası" mövzusunda elmi konfrans keçiriləcək. -
13.04.2022
ARTİ- nin dəstəyi ilə cəbhəyanı bölgələrin məktəbləri üçün keçirilən təlimlər davam edir
ARTİ BMT-nin Uşaq Fondu (UNICEF) ilə birgə Norveç Xarici İşlər Nazirliyi tərəfindən maliyyələşdirilən "Fövqəladə vəziyyət şəraitində uşaqlara və yeniyetmələrə məktəb əsaslı psixososial dəstəyin göstərilməsi-II mərhələ" adlı layihənin icrasını davam etdirir. Layihə çərçivəsində hərbi münaqişədən təsirlənmiş uşaq və yeniyetmələrə müharibədən sonrakı dövrdə qarşılaşdıqları stres və çətinlikləri aradan qaldırmaq, psixoloji dəstək vermək, o cümlədən onların sosial-emosional bacarıqlarını tə -
13.04.2022
Musiqi fənnini tədris edən müəllimlər üçün "Refleksiv müəllim" vebinarı keçiriləcək
ARTİ-nin Metodik dəstək və peşəkar inkişaf mərkəzinin "Refleksiv müəllim" layihəsi əsasında 14 aprel 2022-cil il tarixində saat 15:00-da musiqi fənnini tədris edən müəllimlər üçün "Refleksiv müəllim" vebinarı keçiriləcək. Qeyd edək ki, vebinar onlayn şəkildə keçirilir və 1,5 saat davam edir. -
13.04.2022
"Mövcud qiymətləndirmə sənədinə baxış: təkmilləşdirilməli məqamlar" mövzusunda vebinar keçiriləcək
ARTİ 25 aprel 15:00-da "Mövcud qiymətləndirmə sənədinə baxış: təkmilləşdirilməli məqamlar" mövzusunda vebinar keçirəcək. Vebinarda spiker qismində ARTİ-nin Şagird nailiyyətlərinin qiymətləndirilməsi şöbəsinin müdiri İlahə Tağıyeva çıxış edəcək. Vebinar ümumtəhsil müəssisələrinin fənn müəllimləri üçün nəzərdə tutulub. -
12.04.2022
"SABAH Magistratura" proqramı ilə əlaqədar infosessiya keçirilib
ARTİ tərəfindən 11 aprel 2022-ci il tarixində Azərbaycan Texniki Universitetinin IV kurs tələbələrinə "SABAH Magistratura" proqramı ilə əlaqədar infosessiya keçirilib. Tədbiri AzTU-nun rektorunun elmi-məsələlər üzrə müşaviri Fariz Məmmədov giriş sözü ilə açıb. Proqram haqqında məlumat verən F. Məmmədov proqramın icra olunmasında fərqli yanaşma tədbiq edilməsini və tədrisin təşkili prosesinin ARTİ-yə həvalə olunduğunu vurğulayıb. -
12.04.2022
Həyat bilgisi fənnini tədris edən müəllimlər üçün "Refleksiv müəllim" vebinarı keçirilib
11 aprel 2022-ci il tarixində ARTİ-nin Metodik dəstək və peşəkar inkişaf mərkəzi tərəfindən həyat bilgisi fənnini tədris edən müəllimlər üçün "Refleksiv müəllim" vebinarı keçirilib. İştirakçılara Ş.Əfəndizadə adına 13 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Sadıqova Təhminənin təqdimatı əsasında I sinif həyat bilgisi dərsliyində olan "Təhlükəli avadanlıqlar" mövzusu üzrə dərs icmalı təqdim edilib.