XƏBƏRLƏR
-
05.04.2022
Beynəlxalq olimpiadalarda yüksək nəticə göstərən tələbələrlə görüş keçirilib
ARTİ rəhbərliyi 4 aprel 2022-ci il tarixində beynəlxalq olimpiadalarda yüksək nəticə göstərən tələbələrlə görüş keçirib. Görüşdə ARTİ-nin direktoru Rüfət Əzizov çıxış edərək olimpiada və müsabiqələrin məktəblilər üçün olan əhəmiyyətindən danışıb. O, həmçinin qeyd edib ki, qaliblər gələcəkdə müəyyən tezislər üzərində çalışaraq akademik və tətbiqi nöqteyi-nəzərdən yeni nəsil olimpiadaçılara töhfə verə biləcəklər. R.Əzizov qlobal trendlərə istinad edərək son illərin ən aktual sahələrindən bəhs edib -
04.04.2022
ARTİ-də açıq qapı günü keçirilib
1 aprel 2022-ci il tarixində ARTİ-də doktorantura və dissertanturaya sənəd qəbulunda iştirak etmək istəyən iddiaçılar üçün açıq qapı günü keçirilib. Görüşdə ARTİ-nin direktoru Rüfət Əzizov institut barədə, institutun profili, gördüyü işlər, layihələr haqqında məlumat verib və bildirib ki, institut açıq qapı günlərini doktoranturaya sənəd qəbulu prosesi davam etdiyi günlərdə yenidən təkrarlamağı düşünür. -
03.04.2022
Respublika fənn müsabiqələrinin rayon (şəhər) mərhələsi keçirilir
3 aprel 2022-ci il tarixində ümumtəhsil məktəblərinin 6-7-ci sinif şagirdləri arasında Respublika fənn müsabiqələrinin rayon (şəhər) mərhələsi keçirilir. Fizika, kimya, biologiya, riyaziyyat və informatika fənləri üzrə keçirilən fənn müsabiqələrinin ilk mərhələsində 25000-ə yaxın şagird iştirak edib. Fizika, kimya, biologiya, riyaziyyat və informatika fənləri üzrə keçirilən fənn müsabiqələrinin ilk mərhələsində 25000-ə yaxın şagird iştirak edib. -
02.04.2022
Lütfi Zadə adına məntiq olimpiadasının rayon (şəhər) mərhələsi keçirilir
2 aprel 2022-ci il tarixində Lütfi Zadə adına məntiq olimpiadasının rayon (şəhər) mərhələsi keçirilir. Ölkə üzrə ümumilikdə 74 mərkəzdə Lütfi Zadə adına məntiq olimpiadasının rayon (şəhər) mərhələsi keçirilib. Olimpiadada 13000-ə yaxın şagird iştirak edib. -
01.04.2022
"Ali təhsil müəssisələrində pedaqoji fəaliyyətə giriş" təlimləri başladı
ARTİ ali məktəblərdə pedaqoji fəaliyyət ilə məşğul olmaq istəyən, sənayedə və iş dünyasının müxtəlif sahələrində çalışan şəxslər üçün təlimlərə start verib. Bu sahədə bilik və bacarıqların artırılması məqsədilə təşkil olunan təlimlərin əsas mövzuları pedaqoji fəaliyyətdə ilk addım, tədrisin planlaması və tətbiqi, ali təhsilin normativ-hüquqi tənzimlənməsi, təhsil prosesində müasir rəqəmsal texnologiyaların tətbiqi, elmi rəhbərlik, tədrisin idarə edilməsi və peşə etikasıdır. -
01.04.2022
"Azərbaycan dili fənninin tədrisi metodikası" mövzusunda təlim keçirilib
ARTİ-nin Metodik dəstək və peşəkar inkişaf mərkəzi tərəfindən 38 və 227 nömrəli tam orta məktəblərdə "Azərbaycan dili fənninin tədrisi metodikası" mövzusunda təlim keçirilib. Təlimdə Azərbaycan dili və ibtidai sinif müəllimləri iştirak edib. -
31.03.2022
UNICEF ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən layihənin 3-cü mərhələsinə start verilib
ARTİ tərəfindən icra olunan Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə BMT-nin Uşaq Fondu (UNICEF) arasındakı mövcud əməkdaşlıq çərçivəsində "Şagirdlərə öyrənmə ehtiyaclarına uyğun dəstəyin göstərilməsi və təhsilverənlərin peşəkar inkişafının təmin edilməsi çərçivəsində fərdi məsləhət xidməti (mentorluq)" layihəsinin 3-cü mərhələsi davam edir. -
31.03.2022
"Ümumi təhsildə gender yönümlü yanaşmanın təşviqi" adlı layihənin icrasına start verilib
Avropa İttifaqı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə ARTİ və BMT-nin Əhali Fondunun birgə həyata keçirdiyi "Ümumi təhsildə gender yönümlü yanaşmanın təşviqi" adlı layihənin icrasına başlanılıb. İki mərhələdən ibarət olan layihənin əsas məqsədi ümumi təhsil pilləsinin məzmununda və tədris-təlim prosesində gender bərabərliyini təmin etməkdir. -
31.03.2022
TALIS beynəlxalq qiymətləndirmə tədqiqatının pilot mərhələsi keçirilib
Azərbaycan TALIS beynəlxalq qiymətləndirmə tədqiqatının pilot mərhəsində iştirak edib. Pilot mərhələnin əsas məqsədi tədqiqatın sınaq mərhələsində istifadə olunacaq sualların respondentlər tərəfindən anlaşıla bilən olub-olmadığını yoxlamaqdır. -
30.03.2022
MDPİM müəllimlərə metodik dəstəyin göstərilməsi istiqamətində işləri davam etdirir
ARTİ-nin Metodik dəstək və peşəkar inkişaf mərkəzi müəllimlərə metodik dəstəyin göstərilməsi istiqamətində işləri davam etdirir. 227, 75 və 154 nömrəli tam orta məktəblərdə müəllimlər üçün "Şagirdlərə diferensial yanaşma və təfəkkür yönümlü tapşırıqların hazırlanması" mövzusunda təlim təşkil olunub. -
30.03.2022
"Süni intellekt və data elmi" intensiv təlim proqramına qeydiyyat bitir
Rəqəmsallaşan dünyada süni intellekt və data elminə ehtiyac və maraq günü-gündən artmaqdadır. Bu gün verilənlərin toplanması, analiz edilməsi və emalı kimi bacarıqlar həm dövlət, həm də özəl qurumlarda ən çox tələb olunan bacarıqlar arasındadır.