XƏBƏRLƏR
-
02.03.2022
"Ümumi təhsil müəssisələrində peşəyönümü xidmətinin təşkili" adlı layihə üzrə təlimlər davam edir
"Ümumi təhsil müəssisələrində peşəyönümü xidmətinin təşkili" adlı layihə üzrə təlimlərin 2-ci mərhələsi davam edir. Peşə təhsili müəssisələrində təşkil olunan təlimlər hal-hazırda ölkənin bütün şəhər və rayonlarında əyani şəkildə həyata keçirilir. Bu layihə ARTİ-nin Metodik dəstək və peşəkar inkişaf mərkəzi tərəfindən həyata keçirilir. -
27.02.2022
Bu gün Respublika Fənn Olimpiadalarının (RFO) yarımfinal turu keçirilib
Fevralın 27-də cari tədris ili üçün RFO-nun respublika mərhələsinin yarımfinal turu keçirilib. Yarımfinal turu 7 fənn üzrə Bakı şəhərində 6, Naxçıvan Muxtar Respublikasında 1 və bölgələrdə 18 mərkəz olmaqla ümumilikdə 25 mərkəzdə təşkil edilib. -
25.02.2022
Quba rayonunda "Mühəndislik düşərgəsi" təşkil ediləcək
Quba rayonunda ARTİ-nin təşkilatçılığı ilə 22-26 mart tarixlərində tələbələrin "Mühəndislik düşərgəsi" təşkil ediləcək. Mühəndislik kampında ali təhsil müəssisələrinin mühəndislik ixtisaslarında bakalavriat səviyyəsi üzrə təhsil alan III-IV kurs tələbələri və magistratura səviyyəsi üzrə təhsil alan tələbələr iştirak edə bilər. -
25.02.2022
ARTİ ilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanı arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb
ARTİ-nin direktoru Rüfət Əzizov və AzTU-nun rektoru Vilayət Vəliyevin təmsil olunduğu nümayəndə heyəti 24 fevral 2022-ci il tarixində Bakı Beynəlxalq Dəniz Ticarət Limanında səfərdə olublar. Səfər çərçivəsində ARTİ ilə Bakı Limanı arasında AzTU-da təhsil alan "SABAH magistratura" proqramının tələbələrinin limanın Təlim Mərkəzində dəniz nəqliyyatı və liman logistikasını əhatə edən müxtəlif mövzularda təlim proqramlarına və istehsalat təcrübəsinə cəlb olunması ilə bağlı Anlaşma Memorandu -
25.02.2022
ARTİ "Kibertəhlükəsizlik" təlimlərini uğurla davam etdirir
14 fevral tarixindən oflayn şəkildə keçirilən təlimlərdə tələbələrə "Kibertəhlükəsizliyə giriş", "İnsidentlərin idarə olunması və cavab tədbirləri", "Nüfuzetmə testləri", "Veb aplikasiyaların nüfuzetmə testləşdirilməsi" modulları tədris olunmağa davam edir. -
24.02.2022
İnklüziv sinif təşkil edilən məktəblərdə monitorinq aparılıb
2021-ci ildə ARTİ tərəfindən Azərbaycan Respublikasının Təhsil Nazirliyi və BMT-nin Uşaq Fondu (UNICEF) ilə birgə icra olunan "İnklüziv sinif təşkil edilən ümumi təhsil müəssisələrinin şəbəkəsinin genişləndirilməsi" adlı layihə çərçivəsində Bakı şəhəri və bölgələrdə seçilən 8 ümumi təhsil müəssisəsində təşkil edilən inklüziv siniflərdə monitorinqlərin aparılması davam etdirilir. -
24.02.2022
Fizika, riyaziyyat və informatika fənləri üzrə XVIII Beynəlxalq Jautikov Olimpiadasında (IZhO)uğur qazanan məktəblilərimiz
16-17 fevral 2022-ci il tarixlərində Qazaxıstanın Almatı şəhərində fizika, riyaziyyat və informatika fənləri üzrə onlayn XVIII Beynəlxalq Jautikov Olimpiadası (IZhO) keçirilib.