XƏBƏRLƏR
-
22.02.2022
Ali məktəblərdə pedaqoji fəaliyyət göstərmək istəyən şəxslər üçün təlimlər keçiriləcək
ARTİ ali məktəblərdə pedaqoji fəaliyyət ilə məşğul olmaq istəyən, sənayedə və iş dünyasının müxtəlif sahələrində çalışan şəxslərin bu sahədə bilik və bacarıqlarını artırmaq məqsədilə təlimlər təşkil edir. -
21.02.2022
İnfo Cup proqramlaşdırma müsabiqəsində məktəblilərimiz medal qazanıblar
10-18 fevral 2022-ci il tarixlərində Rumıniyada onlayn formatda təşkil edilən məktəblilərin 6-cı İnfo cup proqramlaşdırma müsabiqəsi keçirilib. 14 ölkədən 150 dən çox şagirdin proqramlaşdırma üzrə biliklərini sınadığı olimpiadada məktəblilərimiz uğurla çıxış edərək 2 gümüş, 1 bürünc medal qazanıblar. -
17.02.2022
18-ci Beynəlxalq Jautikov Olimpiadası təşkil olunur
Qazaxıstanda 15-23 fevral 2022-ci il tarixlərində 18-ci Beynəlxalq Jautikov Olimpiadası (https://izho.kz/) təşkil olunur. Sözügedən olimpiadada ölkəmizi məktəblilər 5 komanda ( 35 iştirakçı) ilə təmsil edirlər. Hər komandada 3 nəfər riyaziyyat, 2 nəfər fizika, 2 nəfər isə informatika fənnindən iştirak edir. -
16.02.2022
Müəllimlərin işə qəbulu (MİQ) ilə bağlı yeniliklər!
Növbəti tədris ili üzrə keçiriləcək dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu qaydalarında bəzi dəyişikliklər edilmişdir. Müəllimlərin işə qəbulu prosesi ilə bağlı mövcud vəziyyət və beynəlxalq təcrübə təhlil olunmuş, vətəndaş müraciətləri, mütəxəssislərin rəyləri nəzərə alınmaqla yeni yanaşmanın tətbiqinə qərar verilmişdir. -
16.02.2022
Benjamin Blum "İdrak taksonomiyası" və təlimdə tətbiqi mövzusunda vebinar
17 fevral saat 17:00-da Benjamin Blum "İdrak taksonomiyası" və təlimdə tətbiqi mövzusunda vebinar keçiriləcək. Vebinarda spiker qismində 20 nömrəli məktəb-liseyin Azərbaycan dili və ədəbiyyat müəllimi, dərslik müəllifi, "Qabaqcıl təhsil işçisi" döş nişanı və "Tərəqqi" medalına layiq görülmüş Aynur Rüstəmova çıxış edəcək. -
16.02.2022
12 fevral tarixində 154, 227 və 301 nömrəli tam orta məktəblərin pedaqoji heyəti üçün təlimlər keçirilib
12 fevral tarixində məktəblərin pedaqoji heyəti üçün təlimlər keçirilib. Keçirilən təlimlərin məqsədi orta məktəblərdə aparılan dərsdinləmələr nəticəsində aşkarlanan çatışmazlıqların aradan qaldırılması üçündür. Təlimdə Azərbaycan dili, riyaziyyat, xarici dil və ibtidai sinif müəllimləri iştirak edib. 12 fevral tarixində məktəblərin pedaqoji heyəti üçün təlimlər keçirilib. Keçirilən təlimlərin məqsədi orta məktəblərdə aparılan dərsdinləmələr nəticəsində aşkarlanan çatışmazlıqların aradan qald -
15.02.2022
"Kibertəhlükəsizlik" təlim layihəsinin növbəti fazasına start verilib
Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) kibertəhlükəsizlik, kibercinayətkarlıqla mübarizə haqqında bilik və bacarıqların inkişaf etdirilməsinə yönəlmiş "Kibertəhlükəsizlik" təlim layihəsinin növbəti fazasına start verilib. Təlim zamanı tələbələrə "Kibertəhlükəsizliyə giriş", "İnsidentlərin idarə olunması və cavab tədbirləri", "Nüfuzetmə testləri", "Veb aplikasiyaların nüfuzetmə testləşdirilməsi" modulları tədris olunacaq. -
15.02.2022
Münaqişənin təsirinə məruz qalmış bölgələrdə yaşayan şagirdləri partlayıcı sursatlar və minaların riskləri barədə biliklərinin artırılması məqsədilə müəllimlər üçün təlimlər təşkil olunur
Azərbaycan Respublikası Təhsil Nazirliyi, BMT-nin Uşaq Fondu (UNICEF) və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) arasında imzalanmış "Partlayıcı Sursatların Təhlükəsi barədə Ailə və Uşaqların Maarifləndirilməsinə dair 2021-2022-ci illər üçün Birgə Fəaliyyət Planı"na əsasən Avropa İttifaqının humanitar maliyyə dəstəyi ilə ARTİ tərəfindən həyata keçirilən "Müəllimlər üçün Partlayıcı Sursatların Təhlükəsinə dair Maarifləndirmə (PSTM) üzrə təlim proqramı" adlı -
15.02.2022
"Ümumi təhsil müəssisələrində peşəyönümü xidmətinin təşkili" adlı layihə üzrə təlimlərin ikinci mərhələsinə başlanılıb
2022-ci ilin fevral ayından etibarən ARTİ-nin Metodik dəstək və peşəkar inkişaf mərkəzi tərəfindən həyata keçirilən "Ümumi təhsil müəssisələrində peşəyönümü xidmətinin təşkili" adlı layihə üzrə təlimlərin ikinci mərhələsinə başlanılıb. Təlimlər əyani şəkildə Bakı şəhəri ilə yanaşı, ölkənin bütün şəhər və rayonlarında təşkil edilir. -
15.02.2022
ARTİ orta məktəblərin rəhbər heyəti və pedaqoji işçiləri ilə görüş keçirib
Metodik dəstək və peşəkar inkişaf mərkəzinin əməkdaşları 3 fevral 2022-ci il tarixində Albert Aqarunov adına 154 saylı, 10 fevral 2022-ci il tarixində Xavər Vəliyev adına 75 saylı və 11 fevral 2022-ci il tarixində Aytəkin Məmmədov adına 38 saylı tam orta məktəblərin rəhbər və pedaqoji işçiləri ilə görüş keçiriblər. -
14.02.2022
Qış düşərgəsinin 6-cı, 7-ci günləri intellektual oyun və seminarlarla xüsusilə əyləncəli keçir
Lisey, gimnaziya və özəl ümumtəhsil müəssisələri ilə iş sektorunun müdiri Fuad Qarayev "Riyaziyyat üzrə olimpiada hərəkatı" mövzusundakı çıxışında son illər olimpiada qaliblərinə təqdim edilən imkanların yüksək qiymətləndirildiyini qeyd etdi.