XƏBƏRLƏR
-
10.03.2022
Respublika fənn müsabiqələrinin rayon (şəhər) mərhələsi keçiriləcək
3 aprel 2022-ci il tarixində ümumtəhsil müəssisələrinin VI-VII sinif şagirdləri arasında Respublika fənn müsabiqələrinin rayon (şəhər) mərhələsi keçiriləcək. Müsabiqə fizika, kimya, biologiya, riyaziyyat və informatika fənləri üzrə keçiriləcək. -
10.03.2022
MDPİM və Qərbi Kaspi Universitetinin müəllim, tələbələri arasında görüş keçirilib
ARTİ-nin Metodik dəstək və peşəkar inkişaf mərkəzi ilə Azərbaycanın ilk özəl ali təhsil müəssisələrindən biri olan Qərbi Kaspi Universitetinin müəllim və tələbələri arasında görüş keçirilib. Görüşdə universitetin "Filologiya və Tərcümə Məktəbi" ixtisası üzrə tələbələrlə MDPİM əmkdaşlarının birgə həyata keçirəcəyi fəaliyyətlər müzakirə edilib. -
09.03.2022
RFO-nun informatika fənni üzrə keçirilən yarımfinal turunun nəticələri elan olunub
8 mart 2022-ci il tarixində ölkə üzrə 5 mərkəzdə RFO-nun informatika fənni üzrə keçirilən yarımfinal turunun nəticələri elan olunub. Bakı şəhəri üzrə 2 (Ada Universiteti və Bakı Mühəndislik Universiteti), bölgələr üzrə isə 3 mərkəzdə (Gəncə şəhəri fizika, riyaziyyat və informatika təmayüllü respublika liseyi, Quba rayonu fizika, riyaziyyat və informatika təmayüllü respublika liseyi və Şirvan şəhəri kimya biologiya təmayüllü respublika liseyi) keçirilən yarımfinal tur aşağı yaş qrupu üzrə saat 1 -
09.03.2022
Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsi keçiriləcək
10 aprel 2022-ci il tarixində Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsi (KBRM) keçiriləcək. Müsabiqəyə qeydiyyat 9 mart 2022-ci il tarixində saat 12:00-dan etibarən ttm.edu.az saytı üzərindən olacaq. Şagirdlər qeydiyyatdan keçərək buraxılış vərəqəsini əldə edə bilərlər. -
09.03.2022
Lütfi Zadə adına məntiq olimpiadası keçiriləcək
2 aprel 2022-ci il tarixində Lütfi Zadə adına məntiq olimpiadasının rayon (şəhər) mərhələsi keçiriləcək. Müsabiqəyə qeydiyyat 9 mart 2022-ci il tarixində saat 12:00-dan etibarən portal.edu.az platforması üzərindən olacaq. Şagirdlər qeydiyyatdan keçərək buraxılış vərəqəsini əldə edə bilərlər. Qeydiyyat 14 mart 2022 tarixində saat 18:00-da yekunlaşacaq. -
09.03.2022
Müəllimlərin iş yerinin daimiləşdirilməsi üzrə müsabiqənin qeydiyyat mərhələsi başa çatıb
1 mart tarixindən etibarən start verilən müəllimlərin iş yerinin daimiləşdirilməsi üzrə müsabiqənin elektron qeydiyyat mərhələsi başa çatıb. 2021-2022-ci tədris ili üzrə müddətli müqavilə əsasında işə qəbul olan namizədlərlə müddətsiz əmək müqaviləsinin bağlanılması məqsədi ilə həyata keçirilən müsabiqənin elektron sənəd qəbulu 1-7 mart tarixlərini əhatə edib. -
05.03.2022
Respublika Fənn Olimpiadalarının (RFO) respublika mərhələsinin yarımfinal turunun nəticələri elan olunub
Final mərhələsində iştirak edəcək şagirdlərin adlı siyahısına baxmaq üçün: https://bit.ly/3CgUNvw RFO-nun respublika mərhələsinin yarımfinal turunun ümumi nəticələrini yerli təhsil idarəetmə orqanlarından və ümumtəhsil müəssisələrindən əldə edə bilərsiniz. -
04.03.2022
Məktəblərdə dərsdinləmələrin nəticələrinə əsasən seminarların təşkili işinə start verilib
MDPİM tərəfindən məktəblərdə dərsdinləmələrin nəticəsinə əsasən müəyyən olunan mövzularda seminarların təşkili işinə start verilib. Seminarların təşkilində məqsəd müəllimlərə ehtiyac olan mövzularda lazımi metodik dəstəyin təmin olunmasıdır. İlk seminar 38 nömrəli tam orta məktəbdə "Formativ qiymətləndirmə" mövzusunda keçirilib. Seminarda formativ qiymətləndirmənin məqsədi, üsul və vasitələri, effektiv əks-əlaqənin qurulması, konstruktiv rəyvermə mövzularına toxunulub, iştirakçılar -
04.03.2022
Dərslik komplekti pilot siniflərə sınaq üçün təqdim edilib
ARTİ tərəfindən cari tədris ilinin II yarımilində IV siniflər üçün Azərbaycan dili (tədris dili) və riyaziyyat dərslik komplektlərinin II hissəsi hazırlanıb və respublika ümumtəhsil müəssisələrinin seçilən pilot siniflərinə (97 məktəb, 123 sinif) sınaq üçün təqdim edilib. -
03.03.2022
"SABAH.lab" Akselerasiya Mərkəzi 3 aylıq "Sürət" proqramına qəbul elan edir
"SABAH.lab" Akselerasiya Mərkəzi 3 aylıq "Sürət" proqramına qəbul elan edir. Formalaşmış ideya və komandası, minimum mümkün məhsulu və orta səviyyə ingilis dili biliyi olan namizədlər "Sürət" proqramında iştirak edə bilər.