XƏBƏRLƏR
-
12.04.2022
Müsahibə mərhələsinin nəticələri elan olundu
Müddətli əmək müqaviləsi ilə çalışan müəllimlərin iş yerinin daimiləşdirilməsi müsabiqəsinin müsahibə mərhələsinin nəticələri namizədlərin şəxsi səhifələrinə göndərildi. Müsabiqənin müsahibə mərhələsində 1581 nəfər çalışdığı ümumi təhsil müəssisəsində daimiləşmək imkanı qazanıb. -
11.04.2022
Məktəblilərimiz 11-ci Avropa Qızlar Riyaziyyat Olimpiadasında uğur qazandılar
6-12 aprel 2022-ci il tarixlərində Macarıstanın Eqer şəhərində 11-ci Avropa Qızlar Riyaziyyat Olimpiadası (EGMO) təşkil edilib. 57 ölkədən 222 məktəblinin iştirak etdiyi olimpiadada ölkəmiz 4 məktəbli ilə təmsil olunub. Məktəblilərimiz olimpiadada uğurla çıxış edərək 1 qızıl, 2 bürünc və 1 "Həvəsləndirici Mükafat" qazanıb. -
11.04.2022
"MathCamp 2022" riyaziyyat üzrə tələbələrin yaz düşərgəsi keçiriləcək
29 aprel – 3 may 2022-ci il tarixlərində ARTİ və "Bir Könüllü" Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin birgə təşkilatçılığı ilə Quba rayonunda tələbələrin yaz düşərgəsi təşkil ediləcək. Düşərgədə ali təhsil müəssisələrinin riyaziyyat və texniki ixtisaslarında bakalavriat səviyyəsi üzrə təhsil alan III və IV kurs tələbələri, həmçinin magistratura səviyyəsi üzrə təhsil alanlar iştirak edə bilərlər. -
11.04.2022
Tələbələr arasında "IT Camp Hackathon 2022" müsabiqəsi keçiriləcək
29 aprel – 3 may 2022-ci il tarixlərində ARTİ və "Bir Könüllü" Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin birgə təşkilatçılığı ilə Quba rayonunda tələbələr üçün hakaton təşkil ediləcək. Hakatonun keçirilməsində əsas məqsəd informasiya texnologiyaları sahəsində təhsil alan tələbələrin yarışma vasitəsilə bilik və bacarıqlarını artırmaq, eləcə də tələbələr arasında əməkdaşlıq, komanda quruculuğu kimi xüsusiyyətlərin gücləndirilməsidir. -
11.04.2022
"Süni intellekt və data elmi" təlim layihəsinin seçim imtahanı keçirilib
ARTİ tərəfindən 10 aprel tarixində S.C. Pişəvəri adına humanitar fənlər gimnaziyasında "Bir Könüllü" Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin dəstəyi ilə "Süni intellekt və data elmi" təlim layihəsinin seçim prosesinin ikinci mərhələsi olan seçim imtahanı təşkil olunub. 603 ilkin müraciət edənlər arasından layihənin iştirakçı meyarları profilinə daha uyğun gələn 279 namizəd seçim imtahanına dəvət olunub. Onlardan 226-sı seçim imtahanında iştirak edib. İmtahan sualları açıq -
11.04.2022
Şagirdlərə öyrənmə ehtiyaclarına uyğun dəstək məqsədilə layihə həyata keçirilir
ARTİ Təhsil Nazirliyi və BMT-nin Uşaq Fondu (UNICEF) ilə birgə "Şagirdlərə öyrənmə ehtiyaclarına uyğun dəstəyin göstərilməsi və təhsilverənlərin peşəkar inkişafının təmin edilməsi çərçivəsində fərdi məsləhət xidməti (mentorluq)" adlı layihə həyata keçirir. Layihənin icra müddəti 2021-ci ilin sentyabr – 2022-ci ilin may aylarını əhatə edir. -
08.04.2022
"SABAH Magistratura" proqramı çərçivəsində tələbələrlə görüş keçirilib
"SABAH Magistratura" proqramı çərçivəsində Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin IV kurs tələbələri ilə görüş keçirilib. Tədbiri "SABAH magistratura" layihəsinin Bakı Dövlət Universiteti üzrə koordinatoru, İnformasiya texnologiyaları və proqramlaşdırma kafedrasının müdiri prof. Ələkbər Əliyev giriş sözü ilə açıb. -
07.04.2022
"Refleksiv müəllim" vebinarı keçiriləcək
11 aprel 2022-cil il tarixində saat 16:00-da Həyat bilgisi fənnini tədris edən müəllimlər üçün "Refleksiv müəllim" vebinarı keçiriləcək. Qeyd edək ki, vebinar ARTİ-nin Metodik dəstək və peşəkar inkişaf mərkəzinin "Refleksiv müəllim" layihəsi əsasında ayda 2 dəfə olmaqla onlayn şəkildə keçirilir və 1,5 saat davam edir. -
06.04.2022
"Süni intellekt və data elmi" təlim layihəsinə qeydiyyat prosesi bitib
Azərbaycan Respublikası Təhsil Nazirliyinin maliyyə dəstəyi ilə ARTİ tərəfindən təşkil olunan "Süni intellekt və data elmi" intensiv təlim proqramı layihəsinə qeydiyyat prosesi başa çatıb. Layihəyə ilkin qeydiyyat prosesi onlayn qaydada aparılıb. Qeydiyyat forması müraciət edənlərin riyaziyyat, statistika, proqramlaşdırma və dünya görüşü ilə bağlı ümumi biliklərini ölçməyi hədəfləyib. Layihəyə ümumilikdə 215 nəfər qadın, 388 nəfər isə kişi olmaqla 603 şəxs müraciət edib. -
06.04.2022
"Koordinatlar üsulu. Vektorlar. Fırlanma fiqurları" mövzusunda vebinar keçiriləcək
8 aprel saat 17:00-da riyaziyyat fənni üzrə "Koordinatlar üsulu. Vektorlar. Fırlanma fiqurları" mövzusunda vebinar keçiriləcək. Vebinarda spiker qismində Bakı şəhəri Nəsimi rayonu 14 saylı tam orta məktəbin riyaziyyat müəllimi İbrahimova Fəxriyyə çıxış edəcək. -
05.04.2022
Azərbaycan dili fənni üzrə vebinar keçiriləcək
6 aprel saat 17:00-da Azərbaycan dili fənni üzrə feil, nitq hissələrinin isimləşməsi, tabeli mürəkkəb cümlə mövzusunda vebinar keçiriləcək. Vebinarda spiker qismində filologiya üzrə fəlsəfə doktoru, 220 saylı məktəb-liseyin Azərbaycan dili və ədəbiyyatı müəllimi, Azərbaycan dili dərsliklərinin müəllifi, "Ən yaxşı müəllim" müsabiqəsinin qalibi Xanım Qasımova çıxış edəcək.