XƏBƏRLƏR
-
30.04.2022
Düşərgənin 2-ci günü
Düşərgənin 2-ci günü AzTU Süni İntellekt və Kibertəhlükəsizlik İnstitutunun icraçı direktoru Yadigar İmamverdiyev tələbələr ilə görüşərək onlara "Simmetrik açarlı kriptoqrafiya və diskret riyaziyyata yeni baxış", "Klassik şifrlərdən müasir şifrlərə: əsas ideyaların retrospeksiyası" mövzusunda təqdimat edərək gündəlik həyatda istifadə etdiyimiz kriptoqrafik protokolların əsasını təşkil edən simmetrik və asimmetrik kriptoqrafik alqoritmlər, müxtəlif riyazi məsələlər haqqında mü -
29.04.2022
"Mövcud qiymətləndirmə sənədinə baxış: təkmilləşdirilməli məqamlar" mövzusunda vebinar keçirilib
"Mövcud qiymətləndirmə sənədinə baxış: təkmilləşdirilməli məqamlar" mövzusunda 25 aprel 2022-ci il tarixində vebinar keçirilib. "Şagird nailiyyətlərinin qiymətləndirilməsi" şöbəsinin müdiri İlahə Tağıyevanın moderatorluğu ilə təşkil olunan vebinarda iştirakçılar mövcud qiymətləndirmə konsepsiyası və məktəbdaxili qiymətləndirmənin keçirilməsi qaydalarına münasibət bildiriblər. -
29.04.2022
"Süni intellekt və data elmi" intensiv təlim proqramı layihəsinin açılış mərasimi baş tutub
ARTİ-nin Təhsil Texnologiyaları Mərkəzində 29 aprel 2022-ci il tarixində "Süni intellekt və data elmi" intensiv təlim proqramı layihəsinin açılış mərasimi baş tutub. Açılış mərasimində təhsil nazirinin müavini Firudin Qurbanov çıxış edərək hazırda süni intellektə olan ehtiyacdan söz açıb, eləcə də müasir dövrdə texnologiyaların əksəriyyətinin süni intellektlə bağlı olduğunu qeyd edib. -
29.04.2022
ARTİ tərəfindən tədqiqatlar aparılır
ARTİ tərəfindən 2021-ci ildə həyata keçirilmiş məktəb əsaslı psixososial dəstək proqramının effektivliyini qiymətləndirmək üçün tədqiqat aparılır. Tədqiqat zamanı 9 bölgə (Ağdam, Ağcabədi, Bərdə, Goranboy, Gəncə, Naftalan, Tərtər, Tovuz, Füzuli) üzrə müəllim, məktəb psixoloqu, şagird və valideynlər arasında sorğular keçirilir, sorğu vasitəsilə təsiri ölçülə bilməyən məqamların müəyyənləşdirilməsi üçün fokus qrup müzakirələr təşkil olunur. -
29.04.2022
ARTİ-nin şöbə müdiri Lənkəran - Astara Regional Təhsil İdarəsinin müdiri təyin olundu
Yeni təyin olunmuş regional təhsil idarəsinin müdiri metodik iş sistemində yüksək pedaqoji təcrübəyə malik olan Elxan Nəcəfov BDU-nun filologiya fakültəsini bitirib. Magistr səviyyəsi üzrə təhsilini 2016-cı ildə tamamladıqdan sonra AMEA-da doktorantura səviyyəsinə qəbul olub. Hazırda müdafiə mərhələsindədir. -
29.04.2022
"Dərsliklər" haqqında müzakirə keçirilib
ARTİ və İctimai Şuranın təşkilatçılığı ilə "Təhsilə ictimai baxış" adlı silsilə görüşlər çərçivəsində "Dərsliklər" haqqında müzakirə keçirilib. Görüş 29 aprel 2022-ci il tarixində, saat 16:00-da ARTİ nin akt zalında baş tutub. Giriş nitqi ilə çıxış edən Günel Səfərova çıxışında görüşün mahiyyətinin ictimai müzakirə olduğunu, bugünki müzakirə hədəfinin isə dərsliklər olduğunu deyib. -
28.04.2022
RFO respublika mərhələsinin final turunun tarixləri elan edilib
RFO respublika mərhələsinin final turunun tarixləri elan edilib. 8 fənn (Azərbaycan dili və ədəbiyyat, tarix, coğrafiya, riyaziyyat, informatika, fizika, kimya, biologiya) 2 yaş qrupu (aşağı və yuxarı yaş qrupu) üzrə keçirilən RFO final turunun tarixləri məlum olub. -
28.04.2022
"İrəvan Müəllimlər Seminariyası" adlı elmi konfrans keçirilib
Azərbaycan Respublikası Təhsil Nazirliyi, ARTİ, BŞTİ-nin birgə təşkilatçılığı ilə təşkil olunan İrəvan Müəllimlər Seminariyasının 140 illiyinə həsr olunmuş "İrəvan Müəllimlər Seminariyası" adlı elmi konfrans keçirilib. Konfrans 28 aprel 2022-ci il saat 10:30-da baş tutub. -
27.04.2022
Tyutorlar axtarılır
Qeyd olunan platformada Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və ARTİ tərəfindən həyata keçirilmiş "Azərbaycanın ali təhsil sistemində tədqiqat, ixtira və innovasiyaların gücləndirilməsi" layihəsi çərçivəsində "Elmi işlərin yazılması və nəşri", "Tədqiqat metodologiyası, təcrübələr və layihələr", "Verilənlərin toplanması, təhlili və idarə edilməsi", "Əqli mülkiyyət hüquqlarının prinsipləri, texnoloji transfer və kommersiyalaşdırma" -
27.04.2022
"Refleksiv müəllim" layihəsinin əyani formada görüşü keçirilib
ARTİ MDPIM tərəfindən həyata keçirilən "Refleksiv müəllim" layihəsinin növbəti seminarı Xavər Vəliyev adına 75 nömrəli tam orta məktəbdə təşkil edilib. 20 aprel 2022-ci il tarixində keçirilən seminarda məktəbin ibtidai sinif müəllimi Əliyeva Könül Riyaziyyat fənnindən "Əməllər" mövzusu üzrə dərs icmalı təqdim edib.