XƏBƏRLƏR
-
17.05.2022
ARTİ doktorantları üçün akademik tədqiqat təlimləri davam edir
ARTİ-nin doktorantları və tədqiqatyönümlü şöbələrinin əməkdaşlarının akademik tədqiqat haqqında bilik və bacarıqlarının artırılması məqsədilə "Optimal Solutions" MMC tərəfindən keçirilən təlimlər davam edir. Qeyd edək ki, layihə çərçivəsində təlimlər yekunlaşdıqdan sonra iştirakçıların tanınmış beynəlxalq jurnallarda nəşr olunmaq məqsədilə məqalələr yazması üçün mentorluq fəaliyyətinin göstərilməsi də nəzərdə tutulub. -
16.05.2022
Fizika fənni üzrə təşkil ediləcək seminarda iştirak etmək istəyən şəxslərin nəzərinə!
ARTİ MİQ və Sertifikasiya imtahanlarına imtahanına hazırlaşan namizədlərə dəstək məqsədilə seminarlara start verir. Hər seminar bir fənn üzrə çərçivə sənədinin izahına həsr olunacaq, əvvəlki illərdə imtahanlarda istifadə olunan sual nümunələri müzakirə olunacaq, eyni zamanda gələcəkdə çərçivə sənədinin təkmilləşdirilməsinə dair verilən təkliflər dəyərləndiriləcək. -
16.05.2022
Məktəblilərimiz Kimya üzrə 56-cı Beynəlxalq Mendeleyev Olimpiadasında uğurlu nəticələr əldə edib!
Özbəkistanda təşkil olunmuş Kimya üzrə 56-cı Beynəlxalq Mendeleyev Olimpiadasında məktəblilərimiz uğurlu nəticələr əldə edib! Belə ki, BDU-nun nəzdində "Gənc istedadlar" liseyinin XI sinif şagirdi Nəriman Şirinli gümüş, Gəncə şəhər Fizika, riyaziyyat və informatika təmayüllü liseyin XI sinif şagirdi Məhsəti Piriyeva və Astara rayonu Z.Ə.Əhmədzadə adına Pensər kənd 2 nömrəli tam orta məktəb-liseyin XI sinif şagirdi Salman Hüseynov bürünc medala layiq görülüb. -
16.05.2022
Növbəti vakansiya seçimi mərhələsi
Təhsil Nazirliyi sisteminə daxil olan dövlət ümumtəhsil müəssisələrində işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin növbəti vakansiya seçimi mərhələsinə 18 may saat 11:00-da start veriləcək. Qeyd olunan tarixdə keçiriləcək vakansiya seçimində müsabiqə üzrə qeydiyyatdan keçmiş və elektron ərizəsi qəbul olunmuş namizədlər iştirak edə bilərlər. Vakansiya seçimi üçün elektron sistem 23 may saat 11:00-dək aktiv olacaq və namizədlər həmin tarixədək vakansiya seçimi edərək elektron əri -
16.05.2022
Məktəblilərarası fənn müsabiqələri və Lütfi Zadə adına məntiq olimpiadasının final mərhələsi keçirilib
15 may tarixində ölkə üzrə 25 müxtəlif mərkəzdə Məktəblilərarası fənn müsabiqələri və Lütfi Zadə adına məntiq olimpiadasının final mərhələsi keçirilib. Hər 2 müsabiqə üzrə ümumilikdə 6985 nəfər (Fənn müsabiqəsi 4510, Lütfi Zadə 2475 nəfər) final mərhələsində iştirak hüququ əldə edib. -
16.05.2022
"Üstlü və loqarifmik funksiyalar. Üstlü və loqarifmik tənliklər. Üstlü və loqarifmik bərabərsizliklər" mövzusunda vebinar keçiriləcək
ARTİ müəllimlərin sertifikasiyası imtahanlarının qiymətləndirmə çərçivəsini izah edən vebinarları davam etdirir. Növbəti vebinar 17 may tarixində saat 17:00-da riyaziyyat fənni üzrə "Üstlü və loqarifmik funksiyalar. Üstlü və loqarifmik tənliklər. Üstlü və loqrifmik bərabərsizliklər" mövzusunda keçiriləcək. -
15.05.2022
İnformatika fənni üzrə Respublika Fənn Olimpiadalarının final turu keçirilib
15 may 2022-ci il tarixində ADA Universitetində və Bakı Mühəndislik Universitetində informatika fənni üzrə fənn olimpiadalarının respublika mərhələsinin final turu keçirilib. Final turunda 80 şagird iştirak edib. Şagirdlərə müxtəlif alqoritmik məsələləri həll etmək üçün aşağı yaş qrupu üzrə 4 saat, yuxarı yaş qrupu üzrə isə 5 saat vaxt verilib. -
13.05.2022
SABAH Magistratura proqramı çərçivəsində "Qlobal təchizat zəncirlərində risklər" adlı vebinar keçirilib
Azərbaycan Respublikasının Təhsil İnstitutu Azərbaycan Texniki Universitetinin "Logistika və nəqliyyat" ixtisaslaşması üzrə SABAH Magistratura proqramının çərçivəsində logistika və təchizat zənciri sahəsində xarici ekspertlərin spiker qismində iştirak etdiyi vebinarlar silsiləsinə 7 may 2022-ci il tarixində "Qlobal təchizat zəncirlərində risklər" adlı vebinar təşkil etməklə start verilib. Vebinar risk anlayışı, qlobal təchizat zəncirində risk faktorları və riskin idarə olunma -
12.05.2022
"Azərbaycan XX əsrin 20-40-cı illərində" mövzusunda vebinar keçiriləcək
ARTİ müəllimlərin sertifikasiyası imtahanlarının qiymətləndirmə çərçivəsini izah edən vebinarları davam etdirir. Növbəti vebinar 13 may tarixində saat 17:00-da tarix fənni üzrə "Azərbaycan XX əsrin 20-40-cı illərində" mövzusunda keçiriləcək. -
12.05.2022
"Formativ qiymətləndirmədə konstruktiv rəyin rolu" mövzusunda vebinar keçiriləcək
18 may tarixində saat 15:00-da "Formativ qiymətləndirmədə konstruktiv rəyin rolu" mövzusunda vebinar keçiriləcək. Vebinarda spiker qismində Kembric Universiteti Nəşriyyatı və Qiymətləndirmə Kurikulum Proqramları üzrə müdir müavini Abigail Barnett çıxış edəcək. -
12.05.2022
ARTİ Gürcüstan Respublikasının Qriqol Robakidze Universiteti ilə əməkdaşlığa başlayır
ARTİ Gürcüstan Respublikasının Qriqol Robakidze Universiteti ilə yeni əməkdaşlığa başlayıb. İki qurum arasındakı əməkdaşlığın məqsədi ali təhsil müəssisəsinin müasir tədqiqat metodları barədə maarifləndirilməsinə, həmçinin empirik tədqiqatlar sahəsində potensialının artırılması və imkanlarının gücləndirilməsinə dəstək olmaqdır.