XƏBƏRLƏR
-
11.05.2022
ARTİ ADPU-nun "SABAH Magistratura" proqramında təhsil alan tələbələr üçün təlim təşkil edib
7 may 2022-ci il tarixində ARTİ tərəfindən ADPU-nun "SABAH Magistratura" proqramının "Təlim və tədrisin təşkili və metodikası" ixtisaslaşması üzrə təhsil alan tələbələr üçün "Azərbaycanda qeyri-formal və informal təhsilin tanınmasının tətbiqi zamanı yaranmış çətinliklər və gələcək üçün perspektivlər" mövzusunda təlim təşkil olunub. -
11.05.2022
Logistika və təchizat zənciri sahəsi üzrə proqramlara əsaslanan təlimlər başladı
ARTİ Azərbaycan Texniki Universitetinin "Logistika və nəqliyyat" üzrə SABAH Magistratura proqramı çərçivəsində müəllimlərin tədris prosesində tətbiq edə biləcəkləri logistika və təchizat zənciri sahəsi üzrə proqramlara əsaslanan təlimlərə start verib. -
11.05.2022
Məktəblilərimiz 39-cu Balkan Riyaziyyat Olimpiadasında uğurla çıxış ediblər
4-9 may 2022-ci il tarixlərində 39-cu Balkan Riyaziyyat Olimpiadası təşkil edilib. 6 məktəbli ilə təmsil olunan komandamız sözügedən yarışda uğurla çıxış edərək 2 gümüş, 3 bürünc medal olmaqla ümumilikdə 5 medal qazanıb. -
10.05.2022
"Tabeli mürəkkəb cümlələr" mövzusunda vebinar keçiriləcək
ARTİ müəllimlərin sertifikasiyası imtahanlarının qiymətləndirmə çərçivəsini izah edən vebinarları davam etdirir. Növbəti vebinar 11 may tarixində saat 17:00-da Azərbaycan dili fənni üzrə "Tabeli mürəkkəb cümlələr" mövzusunda keçiriləcək. -
10.05.2022
Növbəti tədris ilindən "Təbiət 5" dərslik komplektinin kütləvi istifadəsi nəzərdə tutulur
ARTİ artıq 1 ildən çoxdur ki, təbiət elmləri və riyaziyyat üzrə kurikulumların və dərsliklərin təkmilləşdirilməsi istiqamətində beynəlxalq qiymətləndirmə tədqiqatlarında liderlik edən Sinqapurun təhsil şirkətləri ilə təcrübə mübadiləsi aparır. Ötən il bu ölkənin Alston Təhsil şirkəti ilə əməkdaşlıqda hazırlanmış "Təbiət 5" dərslik komplekti ictimaiyyətə təqdim olunub və ölkədə ilk dəfə Təbiət fənninin tədrisi zamanı sınaqdan keçirilib. -
10.05.2022
Yerdəyişmə müsabiqəsi üzrə vakansiya seçimi mərhələsi başlayır
Bu gündən etibarən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vakansiya seçimi mərhələsinə start verilir. İlkin vakansiya seçimi mərhələsində Təhsil Nazirliyi sisteminə daxil olan dövlət ümumi təhsil müəssisələrində işləyən şəhid ailələrinin üzvləri iştirak edəcəklər. Namizədlər şəxsi səhifələrinə daxil olaraq vakant yer seçimi edə bilərlər. Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi üzrə vakansiya seçimi birinci mərhələdə 14 may saat 11:00-dək davam edəcək. -
10.05.2022
"Ali təhsil müəssisələrində pedaqoji fəaliyyətə giriş" təlimləri yekunlaşıb
ARTİ tərəfindən ali məktəblərdə pedaqoji fəaliyyət göstərmək istəyən, sənayedə və iş dünyasının müxtəlif sahələrində çalışan şəxslər üçün keçirilən təlimlər yekunlaşıb. Bu sahədə bilik və bacarıqların artırılması məqsədilə təşkil olunan təlimlərin əsas mövzuları pedaqoji fəaliyyətdə ilk addım, tədrisin planlaması və tətbiqi, ali təhsilin normativ-hüquqi tənzimlənməsi, təhsil prosesində müasir rəqəmsal texnologiyaların tətbiqi, elmi rəhbərlik, tədrisin idarə edilməsi, peşə etikası olmuşdur. -
10.05.2022
Müraciət üçün son gün
Adı qeyd olunan platformada Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və ARTİ tərəfindən həyata keçirilmiş "Azərbaycanın ali təhsil sistemində tədqiqat, ixtira və innovasiyaların gücləndirilməsi" layihəsi çərçivəsində "Elmi işlərin yazılması və nəşri", "Tədqiqat metodologiyası, təcrübələr və layihələr", "Verilənlərin toplanması, təhlili və idarə edilməsi", "Əqli mülkiyyət hüquqlarının prinsipləri, texnoloji transfer və kommersiyalaşdırma" və & -
10.05.2022
Ümumtəhsil müəssisələrinin müəllimlərinə mina və digər partlayıcı sursatların təhlükəsinə dair təlimlər keçirilib
Şagirdlərə mina və partlamamış hərbi sursat haqqında lazımi biliklər vermək və onları davranış qaydaları ilə yaxından tanış etməkdə müəllimlərin bilik və bacarıqlarının artırılması məqsədilə Ağdam, Tərtər, Füzuli, Goranboy, Xocavənd, Ağcabədi, Beyləqan, Göygöl, Daşkəsən, Bərdə, həmçinin digər rayonlarda seçilmiş məcburi köçkün icmalarında ümumi təhsil müəssisələrinin müəllimlərinə mina və digər partlayıcı sursatların təhlükəsinə dair təlimlər keçirilmişdir. -
10.05.2022
Fənn olimpiadalarının I final turunun nəticələri açıqlanıb
Nəzərinizə çatdıraq ki, 7 may 2022-ci il tarixində Heydər Əliyev adına Müasir Təhsil Kompleksində Azərbaycan dili və ədəbiyyat, tarix, coğrafiya fənləri üzrə keçirilən fənn olimpiadalarının respublika mərhələsinin final turu keçirilib. Artıq yoxlama və yazı işlərinə baxış prosesi yekunlaşıb və nəticələr açıqlanıb. -
07.05.2022
Respublika Fənn Olimpiadalarının final turu keçirilir
7 may 2022-ci il tarixində Heydər Əliyev adına Müasir Təhsil Kompleksində Azərbaycan dili və ədəbiyyat, tarix, coğrafiya fənləri üzrə keçirilən fənn olimpiadalarının respublika mərhələsinin final turu keçirilib. Müvafiq fənlər üzrə final turunda 300-dən çox şagird iştirak edib. -
06.05.2022
ARTİ MDPİM tərəfindən pedaqoji təhsilə malik olmayan ali təhsilli mütəxəssislər üçün təlimlərə start verilib
ARTİ-nin Metodik dəstək və peşəkar inkişaf mərkəzi pedaqoji təhsilə malik olmayan ali təhsilli mütəxəssislər üçün təlimlərə start verib. Ümumtəhsil fənlərinin tədrisi üzrə ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olmaq hüququna malik olan müəllimlər üçün aprel ayından etibarən onlayn təlimlərin keçirilməsinə başlanılıb.