XƏBƏRLƏR
-
20.05.2022
ADPU, AzTU və BDU-nun "SABAH Magistratura" tələbələri üçün "İş dünyası və ali təhsildə trendlər" adlı vebinarlar silsiləsinə start verilib
ARTİ tərəfindən ADPU, AzTU və BDU-nun "SABAH Magistratura" proqramlarında təhsil alan tələbələrin dərsdənkənar fəaliyyətləri çərçivəsində 15 may tarixində "İş dünyası və ali təhsildə trendlər" adlı vebinarların keçirilməsinə başlanılıb. -
20.05.2022
ARTİ BDU-nun "SABAH Magistratura" tələbələri üçün təlim təşkil edib
ARTİ tərəfindən Bakı Dövlət Universitetinin "SABAH Magistratura" proqramının "Kompüter elmləri və texnologiyaları" ixtisaslaşması üzrə təhsil alan tələbələr üçün 16 may tarixində "İnformasiya Texnologiyaları sahəsində müasir yeni ixtisaslar, onların əsas tətbiq və iş imkanları" mövzusunda təlim təşkil olunub. Tələbələrin dərsdənkənar fəaliyyətləri çərçivəsində baş tutan təlimin qonağı ABB İnnovasiya Mərkəzinin rəhbəri Leyla Hacıyeva olub. -
20.05.2022
İbtidai sinif üzrə təşkil ediləcək seminarda iştirak etmək istəyən şəxslərin nəzərinə!
ARTİ MİQ və Sertifikasiya imtahanına hazırlaşan namizədlərə dəstək məqsədilə təşkil edilən seminarları davam etdirir. Budəfəki seminar ibtidai sinif müəllimləri və ibtidai sinif üzrə müəllim olmaq istəyən şəxslər üçün nəzərdə tutulub. -
20.05.2022
Təmayül siniflər üçün fənn kurikulumları təsdiq olundu
Tam orta təhsil səviyyəsinin təmayül sinifləri üçün 7 istiqamət üzrə 8 profil fənninin (Azərbaycan dili, ədəbiyyat, Azərbaycan tarixi, riyaziyyat, fizika, kimya, biologiya, coğrafiya) kurikulumları ARTİ tərəfindən hazırlanıb və Azərbaycan Respublikası Təhsil Nazirliyinin 28 aprel 2022-ci il tarixli, F-238 nömrəli əmri ilə təsdiq edilib. -
19.05.2022
Məktəblilərarası VII Fənn müsabiqələrinin final mərhələsinin nəticələri elan edilib
İştirakçılar nəticələrini təhsil aldıqları ümumtəhsil müəssisələrindən öyrənə bilərlər. Qaliblərin nəticələri olimpiada.edu.az saytında yerləşdirilib. 23 may tarixindən etibarən iştirakçılar portal.edu.az saytında şəxsi kabinetlərinə daxil olaraq nəticələri ilə tanış ola biləcəklər. -
18.05.2022
ARTİ ilə Böyük Vitovt Universiteti arasında görüş keçirilib
18 may tarixində ARTİ-nin direktoru Rüfət Əzizovla Litva Respublikasının Böyük Vitovt Universitetinin rektoru Prof. Dr. cənab Juozas Augutis arasında görüş keçirilib. Görüş zamanı ARTİ və Böyük Vitovt Universitetinin gələcəkdə mümkün əməkdaşlıq imkanları müzakirə olunub. -
18.05.2022
"Təfəkkürün növləri" mövzusunda vebinar keçiriləcək
19 may tarixində saat 17:00-da "Təfəkkürün növləri" mövzusunda vebinar keçiriləcək. Vebinarın məqsədi sinifdə şagirdlərin təfəkkürünü inkişaf etdirməyin praktiki yolları və mövzu ilə bağlı MİQ imtahanına düşən sualların izahını verməkdir. -
18.05.2022
Kimya fənni üzrə Respublika Fənn Olimpiadalarının final turu keçirilib
18.05.2022-ci il tarixində ARTİ-nin Təhsil Texnologiyaları mərkəzində kimya fənni üzrə Respublika fənn olimpiadalarının respublika mərhələsinin final turu keçirilib. Kimya fənni üzrə final turunda 100-dən çox şagird iştirak edib. Final turunda şagirdlərə açıq tipli tapşırıqlar və 4 saat yarım vaxt verilib. Yoxlama və yazı işlərinə baxış prosesindən sonra nəticələr olimpiada.edu.az saytında elan olunacaq -
18.05.2022
"Baku Skills" müsabiqəsi üzrə finalçılar bəlli oldu!
"A" kateqoriyası üzrə (məktəblilər) 25 və "B" kateqoriyası üzrə (tələbələr) 11 komanda 26 - 29 may tarixlərində "TEKNOFEST Azərbaycan" festivalında öz layihələrini təqdim etmək imkanını qazanıblar! Xatırlatmaq istəyirik ki, 1, 2 və 3-cü yerlərin qalibləri 28 may - Müstəqillik Günü, elan olunacaqlar. -
17.05.2022
Fizika fənni üzrə təşkil ediləcək seminarda iştirak etmək üçün müraciət edən şəxslərin nəzərinə!
Nəzərinizə çatdırırıq ki, 18 may 2022-ci il tarixində saat 15:00-da fizika fənni üzrə təşkil ediləcək seminar üçün daxil olan müraciətlərin çoxluğunu nəzərə alaraq, qeydiyyat vaxtından əvvəl dayandırılıb. -
17.05.2022
AzTU-nun "SABAH Magistratura" tələbələri üçün "Dəniz nəqliyyatı və Liman logistikası" təlimi keçirilib
ARTİ və "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin (Bakı Limanı) birgə təşkilatçılığı ilə AzTU-nun "SABAH Magistratura" proqramının "Logistika və nəqliyyat" ixtisaslaşması üzrə təhsil alan tələbələr üçün təlim keçirilib. "Dəniz nəqliyyatı və Liman logistikası" adlı təlim kursu nəzəri və praktiki hissədən ibarət olub. -
17.05.2022
ARTİ riyaziyyat fənni üzrə hazırlanan yeni məzmun standartlarının ictimai müzakirəsinə başlayıb
ARTİ Sinqapurun Marşal Kavendiş İnstitutunun mentorluğu ilə riyaziyyat fənni üzrə hazırlanan yeni məzmun standartlarının ictimai müzakirəsinə başlayıb. Bu istiqamətdə ilk görüş Bakı məktəblərində riyaziyyat fənnini tədris edən qabaqcıl müəllimlərin iştirakı ilə keçirilib. -
17.05.2022
RFO-nun riyaziyyat, fizika, biologiya və informatika fənləri üzrə qalibləri elan olunub
14 may tarixində Heydər Əliyev adına Müasir Təhsil Kompleksində riyaziyyat, fizika, biologiya fənləri üzrə keçirilən fənn olimpiadalarının respublika mərhələsinin final turu keçirilib. Yoxlama və münsiflər heyətinin iştirakı ilə yazı işlərinə baxış prosesi yekunlaşıb və nəticələr açıqlanıb.