XƏBƏRLƏR
-
21.04.2022
MDPİM tərəfindən məktəb psixoloqları ilə görüş təşkil edilib
ARTİ-nin Metodik dəstək və peşəkar inkişaf mərkəzi tərəfindən 20 aprel 2022-ci il tarixində 18, 35, 38, 51, 75, 154, 173, 227 və 301 nömrəli tam orta məktəblərin psixoloqları ilə görüş təşkil edilib. Görüşün keçirilməsində məqsəd qeyd edilən ümumtəhsil müəssisələri üzrə Məktəbin İnkişaf Planında (MİP) öz əksini tapan istiqamətlərə uyğun olaraq sağlam sosial-emosional mühitin səmərəli təşkili və şagirdlərin şəxsiyyət kimi formalaşmasında psixoloq fəaliyyətini daha da artırmaqdır. -
21.04.2022
Layihə çərçivəsində video təlimat hazırlanıb
"Mina nədir və şagirdlər onun hansı növlərini bilməlidir?", "Tələ və oyuncaq tipli hərbi sursatlar hansılardır?", "Mina hansı hallarda partlayır?" və "Minalanmış ərazilərdə davranış qaydaları hansılardır?" kimi sualların cavabları "Müəllimlər üçün Partlayıcı Sursatların Təhlükəsinə dair Maarifləndirmə (PSTM) üzrə təlim proqramı" adlı layihə çərçivəsində hazırlanan video təlimatlarda öz əksini tapıb. -
20.04.2022
MDPİM tərəfindən ümumtəhsil müəssisələrinin kitabxanaçıları ilə görüş təşkil edilib
ARTİ-nin Metodik dəstək və peşəkar inkişaf mərkəzi tərəfindən 19 aprel 2022-ci il tarixində 18, 35, 38, 51, 75, 154, 173, 227 və 301 nömrəli tam orta məktəblərin kitabxanaçıları ilə görüş təşkil edilib. Görüşün keçirilməsində məqsəd qeyd edilən ümumtəhsil müəssisələri üzrə Məktəbin İnkişaf Planında (MİP) öz əksini tapan istiqamətlərə uyğun olaraq öyrənmə mühitinin səmərəli təşkili və şagirdlərin şəxsiyyət kimi formalaşmasında kitabxanaların fəaliyyətini daha da artırmaqdır. -
20.04.2022
ARTİ-də növbəti açıq qapı günü keçirildi
ARTİ doktorantura və dissertanturaya sənəd qəbulunda iştirak etmək istəyən iddiaçılar üçün 19 aprel 2022-ci il tarixində növbəti açıq qapı günü keçirib. Elmi-pedaqoji kadrların hazırlanması şöbəsinin müdiri, professor Hümeyir Əhmədov sənəd qəbulu barədə ümumi məlumat verib. -
19.04.2022
PISA beynəlxalq qiymətləndirmə tədqiqatının əsas mərhələsinin keçirilməsinə başlanılıb
Azərbaycan PISA beynəlxalq qiymətləndirmə tədqiqatının əsas mərhələsində iştirak edir. Aprelin 18-dən başlayan qiymətləndirmə Azərbaycan Respublikası Təhsil Nazirliyi və ARTİ tərəfindən həyata keçirilir. Ötən il sınaq mərhələsi keçirilən bu tədqiqatın əsas mərhələsində Bakı üzrə 180 ümumi təhsil müəssisəsindən həm Azərbaycan bölməsi, həm də rus bölməsi üzrə 8000-ə yaxın şagirdin iştirakı planlaşdırılıb. -
15.04.2022
Təsviri incəsənət fənnini tədris edən müəllimlər üçün "Refleksiv müəllim" vebinarı keçiriləcək
ARTİ-nin Metodik dəstək və peşəkar inkişaf mərkəzinin Təsviri incəsənət fənnini tədris edən müəllimlər üçün "Refleksiv müəllim" layihəsi əsasında 18 aprel 2022-cil il tarixində saat 15:00-da Refleksiv müəllim" vebinarı keçiriləcək. -
15.04.2022
ARTİ doktorantları üçün akademik tədqiqat təlimlərinə start verilib
ARTİ-nin doktorantları və tədqiqatyönümlü şöbələrinin əməkdaşlarının akademik tədqiqat haqqında bilik və bacarıqlarının artırılması məqsədilə "Optimal Solutions" MMC-nin təlim mərkəzi tərəfindən təlimlərin keçirilməsinə start verilib. Qeyd edək ki, layihə çərçivəsində təlimlər yekunlaşdıqdan sonra iştirakçıların tanınmış beynəlxalq jurnallarda nəşr olunmaq məqsədilə məqalələr yazması üçün mentorluq fəaliyyətinin göstərilməsi də nəzərdə tutulub. Layihənin əsas məqsədi isə Azərbaycanda t -
14.04.2022
"Şuşa ili"nə həsr olunmuş II Məktəblilərarası Astronomiya Olimpiadası keçiriləcək
Ümumtəhsil müəssisələrinin IX-XI sinif şagirdləri arasında 23 aprel 2022-ci il tarixində "Şuşa ili"nə həsr olunmuş II Məktəblilərarası Astronomiya Olimpiadası keçiriləcək. Olimpiadanın keçirilməsində məqsəd şagirdlər arasında astronomiya sahəsinə marağın artırılması, təhsil sistemində astronomiyaya geniş yer verilməsi və qaliblərin Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına hazırlığının təmin olunmasıdır.