XƏBƏRLƏR
-
30.03.2022
"Süni intellekt və data elmi" layihəsi! Onlayn infosessiya keçirilir!
Rəqəmsallaşan dünyada süni intellekt və data elminə ehtiyac və maraq günü-gündən artmaqdadır. Bu gün verilənlərin toplanması, analiz edilməsi və emalı kimi bacarıqlar həm dövlət, həm də özəl qurumlarda ən çox tələb olunan bacarıqlar arasındadır. -
30.03.2022
Riyaziyyat fənni üzrə beynəlxalq olimpiadalara hazırlaşan şagirdlərlə görüş keçirilib
Riyaziyyat fənni üzrə beynəlxalq olimpiadalara hazırlaşan şagirdlərlə görüş keçirilib. Görüşə keçmiş beynəlxalq olimpiada qalibi və əvvəlki illərdə Azərbaycan milli komandalarına beynəlxalq olimpiadalara hazırlıq prosesində treyner kimi dəstək olan Cəfər Cəfərov qatılıb. -
30.03.2022
"Süni intellekt və data elmi" layihəsinin təlimçiləri
ARTİ tərəfindən ölkəmizdə data analitikası sahəsində kadr potensialını artırmaq və əmək bazarının tələblərinə uyğun mütəxəssislər yetişdirmək məqsədi ilə "Süni intellekt və data elmi" intensiv təlim proqramı layihəsi həyata keçiriləcək. 3 aylıq intensiv təlim proqramı ərzində layihənin iştirakçıları süni intellekt və data elmi sahəsinin peşakarları tərəfindən dərslər keçəcəklər. Sizə sözügedən layihənin təlimçilərini təqdim edirik. -
30.03.2022
Məktəblərin İnkişaf Planının (MİP) müzakirəsi keçirilib
30 mart tarixində ARTİ rəhbərliyi və şöbələrinin iştirakı ilə Məktəblərin İnkişaf Planının (MİP) müzakirəsi keçirilib. MDPİM əməkdaşları tərəfindən 10 məktəbdə keçirilən görüşlər əsasında hazırlanan nümunəvi Məktəbin İnkişaf Planı (MİP) ARTİ-nin digər şöbə müdirləri tərəfindən təhlil edilib, müvafiq təkliflər verilib. -
29.03.2022
"Mühəndislik düşərgəsi"nin dördüncü günü
ARTİ və Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Bir Könüllü" Tələbələrin Əməkdaşlığı İctimai Birliyi tərəfindən təşkil olunan və Şəki rayonunda həyata keçirilməkdə olan "Mühəndislik düşərgəsi"nin dördüncü günü "BP" şirkəti Sənqaçal Terminalı ərazi istehsalat meneceri Vüsal Şəfiyev "Neft-qaz sənayesində əməliyyatların təhlükəsizlik aspektləri" haqqında təqdimatı ilə tələbələrin qarşısında çıxış edib. -
29.03.2022
"Mühəndislik düşərgəsi"nin bağlanış mərasimi baş tutub
ARTİ-nin və Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Bir Könüllü" Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin təşkilatçılığı ilə 24-28 mart tarixlərində Şəki rayonunda təşkil edilən tələbələrin "Mühəndislik düşərgəsi"nin bağlanış mərasimi baş tutub. Düşərgənin son günü PROKON şirkətinin layihə rəhbəri Məmmədağa Mehdiyev "Necə mühəndis olmalı?" mövzusunda çıxış edərək dünyada mühəndislik sahəsində baş verən təcrübələr, mühəndislikdə idarəetmə, hədəflər haqqında -
28.03.2022
"Mühəndislik düşərgəsi" davam edir!
ARTİ və Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Bir" Tələbə-könüllü proqramının könüllüləri tərəfindən təşkil olunan və Şəki rayonunda həyata keçirilən "Mühəndislik düşərgəsi"nin üçüncü günündə fərqli sahədə çalışan mühəndislər və idarəçilər tələbələr üçün müxtəlif mövzulu təlimləri həyata keçirib. -
28.03.2022
Lütfi Zadə adına məntiq olimpiadasının keçiriləcəyi tarix açıqlandı
2 aprel 2022-ci il tarixində Lütfi Zadə adına məntiq olimpiadasının rayon (şəhər) mərhələsi keçiriləcək. Şagirdlər 28 mart 2022-ci il tarixindən 1 aprel 2022-ci il tarixi saat 12:00-a qədər buraxılış vərəqələrini portal.edu.az platformasına daxil olaraq əldə edə bilərlər. -
27.03.2022
"Mühəndislik düşərgəsi"ndən bir gün
ARTİ-nin təşkilatçılığı ilə Şəki rayonunda həyata keçirilən "Mühəndislik düşərgəsi"nin ikinci günündə bir çox yerli və xarici şirkətlərdə çalışan mühəndislər ilə tələbələrin görüşü baş tutub. İlkin olaraq, "WESA" şirkətinin layihə meneceri Kənan Atakişiyev "Əlavə dəyər istehsalçısı olmağın vacibliyi" mövzusunda çıxış edərək öz təcrübələrini tələbələrlə bölüşüb. Daha sonra "HECOTEC" MMC-nin direktoru Həsən Abbasov və "Bos-shelf" LLC-nin Brownfi -
26.03.2022
"Mühəndislik düşərgəsi" başladı
24 mart tarixində müxtəlif universitetlərdən olan ümumilikdə 35 tələbənin iştirakı ilə ARTİ tərəfindən Şəki rayonunda "Mühəndislik düşərgəsi"nə start verilib. ARTİ-nin İstedadlı uşaqlarla iş şöbəsinin müdiri Tural Alışov açılış tədbirində iştirak edərək tələbələrin hər birinə uğurlar arzulayıb. -
18.03.2022
Tələbələrin "Mühəndislik düşərgəsi"
Quba rayonunda ARTİ-nin təşkilatçılığı ilə 22-26 mart tarixlərində tələbələrin "Mühəndislik düşərgəsi" təşkil ediləcək. Kampda müxtəlif beynəlxalq və yerli şirkətlərdə çalışan peşəkar mühəndislər öz təcrübələrini tələbələrlə bölüşəcək, müxtəlif komanda işləri aparacaq və tələbələrlə birlikdə mühəndislik keysləri əsasında praktik tapşırıqları həll edəcəklər. -
18.03.2022
"Məktəbəqədər təhsilin müasir məzmunu" mövzusunda dəyirmi masa keçirilib
141 saylı körpələr evi/uşaq bağcasında "Məktəbəqədər təhsilin müasir məzmunu" mövzusunda dəyirmi masa keçirilib. Dəyirmi masada məktəbəqədər təhsil müəssisəsində çalışan pedaqoji işçiləri maraqlandıran məktəbəqədər təhsilin müasir məzmunu, yeni yanaşmalar, müasir təlim texnologiyaları haqqında suallar cavablandırılıb.