XƏBƏRLƏR
-
26.04.2022
"Refleksiv müəllim" layihəsinin əyani şəkildə təşkilinə başlanılıb
ARTİ-nin Metodik dəstək və peşəkar inkişaf mərkəzi tərəfindən onlayn şəkildə keçirilən "Refleksiv müəllim" layihəsinin əyani şəkildə də təşkilinə başlanılıb. Pandemiya ilə əlaqədar olaraq silsilə vebinarlar şəklində fəaliyyətini davam etdirən layihə artıq MDPİM tərəfindən metodik dəstək göstərilən məktəblərdə əyani olaraq həyata keçirilir. -
26.04.2022
63-cü Beynəlxalq Riyaziyyat Olimpiadasına hazırlıq kampı təşkil olunub
Norveçdə 6-16 iyul 2022-ci il tarixlərində təşkil ediləcək 63-cü Beynəlxalq Riyaziyyat Olimpiadasına hazırlıq kampı təşkil olunub. Kamp 17-23 aprel tarixlərində İlyas Əfəndiyev adına Elitar gimnaziyada keçirilib. Kampda olimpiadanın əsas sahələrinə aid məsələlər həll edilib. -
26.04.2022
"Süni intellekt və data elmi" intensiv təlim proqramı layihəsinin seçim prosesi başa çatıb
ARTİ tərəfindən "Süni intellekt və data elmi" təlim layihəsinin müsahibə mərhələsi baş tutub. Seçim imtahanında iştirak edən 226 namizəd arasından 66 nəfər daha yüksək göstəricilərinə görə müsahibə mərhələsinə dəvət olunub. Rəqabətli mühitdə keçən sonuncu mərhələdə layihənin hədəflərinə uyğun olan 40 nəfər namizəd seçilib. -
26.04.2022
ARTİ MDPİM tərəfindən məktəbəsaslı metodik xidmətin göstərilməsi çərçivəsində fəaliyyətlər davam edir
Metodik xidmət göstərilən məktəblərdən olan 51 nömrəli tam orta məktəbdə Azərbaycan dili, ibtidai sinif, riyaziyyat, ingilis dili müəllimlərinin dərsləri dinlənilib, dərsdinləmə zamanı müşahidə olunan məsələlər məktəb heyəti ilə birlikdə geniş müzakirə edilib. -
25.04.2022
"SABAH.lab" Akselerasiya Mərkəzi "Demo Day" tədbiri keçirib
Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə ARTİ-nin nəzdində yaradılan "SABAH.lab" Akselerasiya Mərkəzi 21 aprel tarixində Bakı Gənclər Mərkəzində "Demo Day" tədbiri keçirib. Tədbirdə 20 komanda öz ideyasını təqdim edib. Onların arasında təhsil texnologiyaları, tibbi texnologiya, insan resursları platformaları, dron texnologiyaları, iş və təcrübə platformaları, NFT, kirayə xidmətləri servisi, işçilər üçün imtiyaz platforması kimi ideyalar mövcuddur. -
25.04.2022
Musiqi və Təsviri incəsənət fənni üzrə "Refleksiv müəllim" vebinarı keçirilib
ARTİ-nin Metodik dəstək və peşəkar inkişaf mərkəzi tərəfindən təşkil edilən "Refleksiv müəllim" vebinarının 14 və 18 aprel 2022-ci il tarixlərində növbəti görüşü keçirilib. Bu vebinarlar ardıcıl olaraq Musiqi və Təsviri incəsənət fənlərini tədris edən müəllimlər üçün nəzərdə tutulub. -
25.04.2022
Məktəb psixoloqlarının II ümumrespublika konfransı keçirilib
Psixologiya Elmi-Tədqiqat İnstitutu və Müasir Azərbaycan Psixoloqları İctimai Birliyinin birgə təşkilatçılığı ilə 23-24 aprel 2022-ci il tarixlərində Azərbaycan Respublikasının Təhsil Nazirliyi, ARTİ, ADPU, "Məktəblinin Dostu" və "Sağlam Təhsil Sağlam Millət" layihələri ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində "Təhsildə Sosial Psixoloji Xidmətdə problemlər, perspektivlər" mövzusunda Məktəb Psixoloqlarının II Ümumrespublika Konfransı keçirilib. -
24.04.2022
Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsi keçirilib
24 aprel 2022-ci il tarixində Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsi (KBRM) təşkil edilib. Müsabiqə 84 mərkəzdə 10000-ə yaxın şagirdin iştirakı ilə keçirilib. İmtahan nəticələrini ttm.edu.az saytı vasitəsilə şəxsi kabinetinizdən əldə edə bilərsiniz. -
22.04.2022
Məktəb liderliyi proqramına qeydiyyat başladı
Azərbaycan Respublikasının Təhsil Nazirliyi Azərbaycan Dövlət Pedaqoji Universitetinin Strateji inkişaf mərkəzi ilə birgə gələcəkdə dövlət ümumtəhsil müəssisələrində direktor vəzifəsində çalışmaq arzusunda olan pedaqoji kadrlar üçün "Məktəb liderliyi proqramı"na sənəd qəbulu elan edir. -
22.04.2022
"Təhsil sistemində uşaq müdafiəsi və təhlükəsizliyi" adlı pilot layihənin icrasına başlanılıb
Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə BMT-nin Uşaq Fondunun (UNICEF) birgə fəaliyyət planı əsasında ARTİ Bakı şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) ilə birlikdə "Təhsil sistemində uşaq müdafiəsi və təhlükəsizliyi" adlı pilot layihənin icrasına başlayıb. -
21.04.2022
Tələbələrin yaz düşərgəsi təşkil ediləcək
29 aprel – 3 may 2022-ci il tarixlərində ARTİ və "Bir Könüllü" Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin birgə təşkilatçılığı ilə Quba rayonunda tələbələrin yaz düşərgəsi təşkil ediləcək. Qeyd edək ki, düşərgənin keçirilməsində məqsəd tələbələr arasında ali riyaziyyat sahəsinə olan marağın artırılması, riyaziyyatın yeni texnologiyalar və süni intellekt sahəsində tətbiqi dairəsinə dair məlumatların verilməsi və tələbələrin riyazi biliklərinin gücləndirilməsidir. -
21.04.2022
Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi başlayır
Təhsil Nazirliyi sisteminə daxil olan dövlət ümumtəhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi üzrə elektron ərizələrin qəbulu 25 aprel - 4 may tarixlərində keçiriləcək. Müsabiqədə iştirak etmək istəyən müəllimlər 4 may saat 11:00-dək www.miq.edu.az/yerdeyishme linkinə daxil olaraq müraciət edə bilərlər. -
21.04.2022
TIMSS 2023 beynəlxalq qiymətləndirmə tədqiqatının sınaq mərhələsinin keçirilməsinə başlanılıb
Azərbaycan TIMSS 2023 beynəlxalq qiymətləndirmə tədqiqatının sınaq mərhələsində iştirak edir. 20 aprel 2022-ci il tarixindən etibarən başlayan bu tədqiqat Təhsil Nazirliyi və ARTİ tərəfindən həyata keçirilir. TIMSS qiymətləndirməsi Azərbaycanda ilk dəfə olaraq kompüter əsaslı keçiriləcək. Bu qiymətləndirmə dövründə digər bir yenilik ondan ibarətdir ki, VIII sinif şagirdlərimiz də qiymətləndirməyə qatılacaqlar. -
21.04.2022
"Məktəbəqədər təhsildə yeni yanaşmalar" mövzusunda dəyirmi masa keçirilib
ARTİ-nin Məktəbəqədər təhsilin inkişafı şöbəsinin əməkdaşlarının iştirakı ilə 12 aprel 2022-ci il tarixində Abşeron rayonu 24 saylı körpələr evi və uşaq bağçasında "Məktəbəqədər təhsildə yeni yanaşmalar" mövzusunda dəyirmi masa keçirilib. Tədbiri 24 saylı körpələr evi və uşaq bağçasının müdiri Leyla Bayramova açaraq məktəbəqədər təhsilin məzmunu, müəssisədə aparılan işlər, mövcud problemlər, onların həlli yolları və müasir yanaşmaların tətbiqi zərurətindən danışıb.