XƏBƏRLƏR
-
29.01.2022
"Teknofest Azərbaycan" festivalı təşkil olunacaq
Cari ilin 26-29 may tarixlərində Azərbaycanda Türkiyənin ən böyük texnologiya festivalı olan "Teknofest" əsasında "Teknofest Azərbaycan" festivalı təşkil olunacaq. Festival çərçivəsində müxtəlif kateqoriyalar üzrə gənclər arasında müsabiqələrin keçirilməsi planlaşdırılıb. -
28.01.2022
ARTİ-nin direktor müavini Aydın Əhmədovun doğum günü
ARTİ-nin direktor müavini Aydın Əhmədovun yubiley yaşı münasibətilə 26 yanvar 2022-ci il tarixində tədbir təşkil olunub. Aydın Əhmədov 1952-ci il yanvar ayının 26-da Bakı şəhərində tanınmış alim, dilçi-metodist Əhəd Əhmədovun ailəsində dünyaya göz açıb. 1968-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (keçmiş V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutu) filologiya fakültəsinə daxil olub və fərqlənmə diplomu ilə bitirib. -
28.01.2022
Azərbaycan dilindən bəzi dil qaydalarının testlər vasitəsi ilə izahı mövzusunda vebinar
ARTİ müəllimlərin sertifikasiyası imtahanlarının qiymətləndirmə çərçivəsini izah edən vebinarları davam etdirir. Növbəti vebinar 31 yanvar tarixində saat 17:00-da Azərbaycan dilindən bəzi dil qaydalarının testlər vasitəsi ilə izahı mövzusunda keçiriləcək. -
27.01.2022
"Əsas sosial-emosional bacarıqların inkişafı" proqramı üzrə təlimlərə başlanılıb
ARTİ BMT-nin Uşaq Fondu (UNICEF) ilə birgə icra etdiyi "Fövqəladə vəziyyət şəraitində uşaqlara və yeniyetmələrə məktəb əsaslı psixososial dəstəyin göstərilməsi-II mərhələ" adlı layihə çərçivəsində məktəb müəllimlərinin "Əsas sosial-emosional bacarıqların inkişafı" proqramı üzrə təlimlərinə başlayıb. Layihə Norveç Xarici İşlər Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirilir. -
26.01.2022
UNICEF ilə əməkdaşlıq çərçivəsində keçirilən layihənin monitorinqləri davam edir
Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Təhsil İnstitutunun (ARTİ) və BMT-nin Uşaq Fondu (UNICEF) ilə birgə həyata keçirdiyi "Şagirdlərə öyrənmə ehtiyaclarına uyğun dəstəyin göstərilməsi və təhsilverənlərin peşəkar inkişafının təmin edilməsi çərçivəsində fərdi məsləhət xidməti (mentorluq)" layihəsi çərçivəsində Gəncə şəhəri, Qobustan, Ağsu, Goranboy rayonlarında monitorinqlər keçirilib. -
26.01.2022
ARTİ tərəfindən metodik dəstək göstərilən məktəblər
ARTİ- nin direktoru Rüfət Əzizovun iştirakı ilə Metodik dəstək və peşəkar inkişaf mərkəzinin əməkdaşları 17 yanvar 2022-ci il tarixində 301 və 21 yanvar 2022-ci il tarixində isə 227 saylı tam orta məktəblərin rəhbər və pedaqoji heyətiylə görüşlərə başlayıb. -
25.01.2022
ARTİ BDU-nun "SABAH Magistratura" tələbələri üçün vebinar təşkil edib
ARTİ tərəfindən Bakı Dövlət Universitetinin "SABAH Magistratura" proqramında təhsil alan tələbələr üçün "Elektron hökumət quruculuğunda texniki layihələrin idarə olunması" mövzusunda vebinar təşkil olunub. Tələbələrin dərsdənkənar fəaliyyətləri çərçivəsində baş tutan vebinarın spikeri Elektron Hökumətin İnkişafı Mərkəzinin (EHİM) Layihə idarəetmə ofisinin müdiri Aynur Qurbanlı olub. -
25.01.2022
"Regional bilik mübadiləsi vasitəsilə beynəlxalq təhsilin genişləndirilməsi" adlı beynəlxalq konfrans təşkil olunub
ABŞ-ın Azərbaycandakı və Gürcüstandakı səfirlikləri tərəfindən 19-21 yanvar 2022-ci il tarixlərində Tbilisidə "Regional bilik mübadiləsi vasitəsilə beynəlxalq təhsilin genişləndirilməsi" adlı beynəlxalq konfrans təşkil olunub. Üç günlük beynəlxalq proqram peşəkar seminarlar və müxtəlif mədəni tədbirləri əhatə edib. -
24.01.2022
Azərbaycan TALIS beynəlxalq qiymətləndirmə tədqiqatında iştirak edəcək
Ölkəmiz müəllimlər və məktəb rəhbərləri üzrə təşkil edilən, təhsilin keyfiyyətinə təsir edən müəllimlərin və məktəb rəhbərlərinin keyfiyyətli təhsilə uyğunluğunu, təhsilə yanaşmalarını dəyərləndirən TALIS beynəlxalq qiymətləndirmə tədqiqatında iştirak edəcək. -
24.01.2022
"Müasir Azərbaycan dili dərslikləri və yenilənən orfoqrafiya qaydalarının dərsliklərə təsiri" mövzusunda Azərbaycan dili müəllimləri ilə görüş keçirilib
ARTİ-nin Metodik dəstək və peşəkar inkişaf mərkəzi 24 yanvar 2022-ci il tarixində "Müasir Azərbaycan dili dərslikləri və yenilənən orfoqrafiya qaydalarının dərsliklərə təsiri" mövzusunda Azərbaycan dili müəllimləri ilə görüş keçirib.