XƏBƏRLƏR
-
03.12.2021
"Erkən uşaq inkişafı: yeni yanaşmalar və təcrübələr" adlı beynəlxalq onlayn forum keçiriləcək
3 dekabr tarixində saat 19:00-da Azərbaycan Respublikası Təhsil Nazirliyi, ARTİ və "T-Network" təcrübə və kommunikasiya platformasınının dəstəyi ilə "Erkən uşaq inkişafı: yeni yanaşmalar və təcrübələr" adlı beynəlxalq onlayn forum keçiriləcək. -
03.12.2021
TÜBİTAK ilə ARTİ arasında əlaqələr genişlənir
Ankarada Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurasının (TÜBİTAK) baş ofisində TÜBİTAK və ARTİ rəhbərlikləri arasında görüş keçirilib. TÜBİTAK-ın prezidenti, professor Dr. Hasan Mandal şuranın heyəti ilə ARTİ-nin direktoru Dr. Rüfət Əzizov və ARTİ-nin nəzdində yaradılmış "Sabah.lab" Akselerasiya Mərkəzinin baş icraçı direktoru Rəhim Bayramlını qəbul edib. -
02.12.2021
Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunan konfransda ARTİ-nin doktorantları iştirak ediblər
23-24 noyabr 2021-ci il tarixlərində Azərbaycan Texniki Universitetində (AzTU) Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunan doktorantların və gənc tədqiqatçıların XXIV respublika elmi konfransı keçirilib. -
01.12.2021
ARTİ-nin əməkdaşları Türkiyədə keçirilən beynəlxalq konfransda iştirak ediblər
ARTİ-nin direktor müavini Ənvər Abbasov, Təhsilin iqtisadiyyatı və idarəolunması şöbəsinin müdiri Piralı Əliyev və Təhsildə strateji tədqiqatlar şöbəsinin müdiri Könül Abaslı 23-26 noyabr 2021-ci il tarixlərində Türkiyə Respublikasının Ankara şəhərində Qazi Universitetinin təşkilatçılığı ilə həyata keçirilən Türk Dünyası Beynəlxalq Təhsil Elmləri konfransında iştirak ediblər. -
01.12.2021
Məktəb psixoloqları üçün təlimlər keçirilib
ARTİ-nin Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə əməkdaşlığı çərçivəsində 29-30 noyabr tarixlərində "Məktəb psixoloqu" layihəsi əsasında Bakı və Sumqayıt şəhərlərində yerləşən məktəblərdə fəaliyyət göstərən məktəb psixoloqlarına təlimlər keçirilib. Təlimlər ARTİ-nin Metodik dəstək və peşəkar inkişaf mərkəzi tərəfindən təşkil olunub və ümumilikdə 400-ə yaxın məktəb psixoloqu iştirak edib. -
30.11.2021
"Distant təhsildə çağırışlar və nailiyyətlər" konfransı başa çatıb
Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi, ARTİ-nin və T-Network təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə noyabr ayının 29-u 2021-ci il tarixində "Distant təhsildə çağırışlar və nailiyyətlər" konfransı başa çatıb. -
29.11.2021
"Distant təhsildə çağırışlar və nailiyyətlər" konfransı start götürüb
29 noyabr tarixində ARTİ-nin təşkilatçılığı, ADA Universitetinin və T-Network təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının tərəfdaşlığı, Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə "Distant təhsildə çağırışlar və nailiyyətlər" konfransı start götürüb. -
28.11.2021
"Müasir təhsilin inkişaf strategiyaları: uğurlar və çağırışlar" mövzusunda keçirilən beynəlxalq elmi konfrans başa çatıb
Naxçıvan Müəllimlər İnstitutu, Naxçıvan Dövlət Universiteti, ARTİ-nin tərəfdaşlığı və T-Network təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə "Müasir təhsilin inkişaf strategiyaları: uğurlar və çağırışlar" mövzusunda keçirilən beynəlxalq elmi konfrans başa çatıb. -
27.11.2021
"Müasir təhsilin inkişaf strategiyaları: uğurlar və çağırışlar" mövzusunda beynəlxalq elmi konfrans start götürüb
Naxçıvan Müəllimlər İnstitutu, Naxçıvan Dövlət Universiteti, ARTİ-nin tərəfdaşlığı və T-Network təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə "Müasir təhsilin inkişaf strategiyaları: uğurlar və çağırışlar" mövzusunda beynəlxalq elmi konfrans start götürüb.