XƏBƏRLƏR
-
19.11.2021
"Müasir təhsilin inkişaf strategiyaları: uğurlar və çağırışlar" mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək
26-27 noyabr tarixlərində Naxçıvan şəhərində Naxçıvan Müəllimlər İnstitutu, Naxçıvan Dövlət Universiteti, ARTİ-nin tərəfdaşlığı və T-Network təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə "Müasir təhsilin inkişaf strategiyaları: uğurlar və çağırışlar" mövzusunda beynəlxalq elmi konfrans (əyani və videobağlantı formatlarında) keçiriləcək. -
18.11.2021
"Distant təhsildə çağırışlar və nailiyyətlər" konfransının keçirilməsinə hazırlıq işləri davam edir
Azərbaycan Respublikasının Təhsil İnstitutunun təşkilatçılığı, ADA Universitetinin və T-Network təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının tərəfdaşlığı, Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə baş tutacaq "Distant təhsildə çağırışlar və nailiyyətlər" konfransının keçirilməsinə hazırlıq işləri davam edir. -
18.11.2021
ARTİ ilə Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi arasında müxtəlif istiqamətlərdə əməkdaşlıq davam etdirilir
Əməkdaşlıq çərçivəsində ARTİ-nin bir neçə əməkdaşı 16-17 noyabr tarixlərində Naxçıvan Muxtar Respublikasında təşkil olunmuş "Gənc müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması" təlimlərinə cəlb olunub. -
18.11.2021
"Distant təhsildə çağırışlar və nailiyyətlər" konfransının keçirilməsinə hazırlıq işləri davam edir
Azərbaycan Respublikasının Təhsil İnstitutunun təşkilatçılığı, ADA Universitetinin və T-Network təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının tərəfdaşlığı, Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə baş tutacaq "Distant təhsildə çağırışlar və nailiyyətlər" konfransının keçirilməsinə hazırlıq işləri davam edir. -
18.11.2021
ARTİ ilə Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi arasında əməkdaşlıq əlaqələri genişləndirilir
ARTİ ilə Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi arasında əməkdaşlıq əlaqələri genişləndirilir. Bu əməkdaşlıq çərçivəsində ARTİ-nin Metodik dəstək və peşəkar inkişaf mərkəzinin Əlaqələndirmə şöbəsinin müdiri Elxan Nəcəfov ilə Naxçıvan Muxtar Respublikasının şəhər və rayon metodik kabinet əməkdaşları arasında 17 noyabr tarixində görüş keçirilib. -
16.11.2021
İcma əsaslı məktəbəqədər təhsil qruplarında çalışan tərbiyəçi-müəllimlər üçün pedaqoji kurs start götürüb
13 noyabr tarixindən etibarən icma əsaslı məktəbəqədər təhsil qruplarında çalışan tərbiyəçi-müəllimlərin erkən yaşda uşaq inkişafı sahəsində bilik və bacarıqlarının artırılması məqsədilə 2-ci 108 saatlıq pedaqoji kurs start götürüb. -
16.11.2021
"İcma əsaslı məktəbəqədər təhsil" layihəsi çərçivəsində çalışan yeni tərbiyəçi-müəllimlər təlimlərə cəlb olunacaq
10-30 noyabr tarixlərində 50 rayon və şəhərdən ARTİ tərəfindən icra olunan "İcma əsaslı məktəbəqədər təhsil" layihəsi çərçivəsində çalışan 341 yeni tərbiyəçi-müəllim Bakıda keçiriləcək təlimlərə cəlb olunacaq. Təlimlər həftə içi 4 gün, hər bir qrupda 25 iştirakçı olmaqla gündəlik 2 qrup üzrə keçiriləcək. -
16.11.2021
"Ümumi təhsil müəssisələrində peşəyönümü xidmətinin təşkili" adlı distant təlimlər start götürüb
ARTİ-nin Metodik dəstək və peşəkar inkişaf mərkəzi tərəfindən ümumtəhsil məktəblərinin peşəyönümü koordinatorları üçün "Ümumi təhsil müəssisələrində peşəyönümü xidmətinin təşkili" adlı distant təlimlərə başlanılıb. Təlimlərin məqsədi koordinatorlara peşəyönümü işinin təşkili üçün zəruri olan bilik və bacarıqları qazandırmaqdır. -
12.11.2021
ARTİ-də "British Council" təşkilatının nümayəndələri ilə görüş keçirilib
11 noyabr tarixində "British Council" təşkilatının nümayəndələri ARTİ-nin rəhbər heyəti ilə görüşüb. Görüşdə "British Council" təşkilatının Azərbaycan üzrə direktoru Francis Gardener-Trejo, direktor müavini Nigar Baimova, ingilis dili və təhsil üzrə meneceri Nərgiz Hüseynova, ARTİ-nin direktoru Rüfət Əzizov, direktor müavinləri Ülkər Babayeva və Aytən Zamanova iştirak ediblər.