XƏBƏRLƏR
-
28.10.2021
Lisey və gimnaziyalarda diaqnostik qiymətləndirmə keçirilib
26 oktyabr 2021-ci il tarixində ARTİ tərəfindən Azərbaycan Respublikası Təhsil Nazirliyinin birbaşa tabeliyində fəaliyyət göstərən lisey və gimnaziyalarda 5, 6, 7, 8, 9-cu sinif şagirdlərini əhatə edən diaqnostik qiymətləndirmə keçirilib. -
28.10.2021
14-cü Beynəlxalq Astronomiya və Astrofizika olimpiadasına hazırlıq dərsləri davam edir
Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrası 2021-ci ilin noyabr ayında Kolumbiyanın paytaxtı Boqota şəhərində keçiriləcək 14-cü Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında ölkəmizi təmsil edəcək iştirakçıların hazırlanması məqsədi ilə hazırlıq dərsləri keçirir. -
28.10.2021
"İstedadlı uşaqlarla işin təşkili" mövzusunda görüş keçirilib
28 oktyabr 2021-ci il tarixində ARTİ-nin İstedadlı uşaqlarla iş şöbəsinin əməkdaşları tərəfindən "İstedadlı uşaqlarla işin təşkili" mövzusunda Yerli Təhsili İdarəetmə Orqanlarının nəzdində Metodik Kabinet direktorları ilə Microsoft Teams platforması vasitəsilə onlayn görüş keçirilib. -
28.10.2021
Metodist hazırlığı və metodistlərin təlimatlandırılması istiqamətində fəaliyyətlər davam edir
ARTİ-nin Metodik dəstək və peşəkar inkişaf mərkəzi tərəfindən metodist hazırlığı və metodistlərin təlimatlandırılması istiqamətində fəaliyyətlər davam etdirilir. Belə ki, 11 oktyabr tarixindən etibarən regionlar üzrə metodik kabinet əməkdaşları təlimlərə cəlb olunur. -
28.10.2021
"Kobotlar: Elektronika, robotlar və yeni trendlər" adlı vebinar keçirilib
27 oktyabr tarixində ARTİ tərəfindən "Kobotlar: Elektronika, robotlar və yeni trendlər" adlı vebinar keçirilib. Tədbirin spikeri Konika Minolta Avropa Biznes İnnovasiya Mərkəzində robototexnika üzrə proqram meneceri vəzifəsində çalışan Bahadur İbrahimov olub. -
27.10.2021
Azərbaycan Dövlət Pedaqoji Universitetinin "Təlim və tədrisin təşkili və metodikası" ixtisaslaşması üzrə müəllimlər əməkdaşlığa dəvət edilir
ARTİ "SABAH Magistratura" proqramı çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universitetinin "Təlim və tədrisin təşkili və metodikası" ixtisaslaşması üzrə 2021/2022-ci tədris ilinin yaz semestrində tədris aparmaq üçün müəllimləri əməkdaşlığa dəvət edir. -
27.10.2021
"Ümumi təhsilin təşkilinə dair verilmiş pedaqoji tələblər" mövzusunda vebinar keçiriləcək
Növbəti vebinar 28 oktyabr saat 17:00-da "Ümumi təhsilin təşkilinə dair verilmiş pedaqoji tələblər" mövzusunda keçiriləcək. Vebinarda spiker qismində 20 nömrəli məktəb-liseyin Azərbaycan dili və ədəbiyyat müəllimi, dərslik müəllifi, "Qabaqcıl təhsil işçisi" döş nişanı və "Tərəqqi" medalına layiq görülmüş Aynur Rüstəmova çıxış edəcək. -
27.10.2021
Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinə qeydiyyat 7 noyabr tarixinə qədər davam edəcək
ARTİ 14 noyabr 2021-ci il tarixində Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsini (KBRM) təşkil edəcək. Sözügedən müsabiqə hər il mərkəzi Fransa olan Sərhədsiz Kenquru Assosiasiyasının razılığı ilə dünyanın 80-dən çox ölkəsində təşkil olunur. -
26.10.2021
"SABAH.lab" Akselerasiya Mərkəzinin təqdimatı keçirilib
Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə ARTİ-nin nəzdində "SABAH.lab" Akselerasiya Mərkəzi fəaliyyətə başlayıb. Mərkəzin fəaliyyəti iqtisadiyyatın müxtəlif sahələrində innovativ şirkətlərin yaradılması və inkişafına yönəlmiş startapların dəstəklənməsini əhatə edir. -
25.10.2021
"Osmanlı dövləti XVII-XVIII əsrlərdə" mövzusunda vebinar keçiriləcək
Növbəti vebinar 26 oktyabr saat 17:00-da tarix müəllimləri üçün "Osmanlı dövləti XVII-XVIII əsrlərdə" mövzusunda keçiriləcək. Vebinarda spiker qismində 327 nömrəli tam orta məktəbin tarix müəllimi Talıb Talıblı çıxış edəcək. -
25.10.2021
"Təbiət fənlərinin tədrisi" adlı vebinar təşkil edilib
ARTİ-nin Metodik dəstək və peşəkar inkişaf mərkəzi tərəfindən "Təbiət fənlərinin tədrisi" adlı vebinar təşkil edilib. Vebinarın moderatoru "Scientix"in Azərbaycandakı səfiri, Bakı şəhəri 60 nömrəli tam orta məktəbin kimya müəllimi Şirin Məmmədova olub. 189 nəfər müəllimin iştirakı ilə keçirilən vebinarda "Scientix" təşkilatının ümumi fəaliyyəti və Azərbaycanda təbiət fənlərinin tədrisində yaranan çətinliklər barədə məlumat verilib. -
25.10.2021
Azərbaycan Texniki Universitetinin "Logistika və nəqliyyat" ixtisaslaşması üzrə müəllimlər əməkdaşlığa dəvət edilir
ARTİ "SABAH Magistratura" proqramı çərçivəsində Azərbaycan Texniki Universitetinin (AzTU) "Logistika və nəqliyyat" ixtisaslaşması üzrə 2021/2022-ci tədris ilinin yaz semestrində müəllimləri əməkdaşlığa dəvət edir. -
22.10.2021
"ARTİ Tədqiqat Mentorluq Proqramı" çərçivəsində təlimlər yekunlaşıb
14 sentyabr-21 oktyabr tarixlərində "ARTİ Tədqiqat Mentorluq Proqramı" çərçivəsində 12 fərqli mövzunu əhatə edən təlimlər keçirilib. Təlimlərin keçirilməsində əsas məqsəd mentilərin tədqiqat bacarıqlarının və proqramın effektivliyinin artırılması olub. -
21.10.2021
"Sabah Lab" İnkubasiya Mərkəzi fəaliyyətə başlayıb
Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə Azərbaycan Respublikasının Təhsil İnstitutunun nəzdində "Sabah Lab" İnkubasiya Mərkəzi fəaliyyətə başlayıb. Mərkəzin fəaliyyəti iqtisadiyyatın müxtəlif sahələrində gənc şirkətlərin yaradılması və inkişafına yönəlmiş startapların dəstəklənməsini əhatə edəcək.