XƏBƏRLƏR
-
11.10.2021
ARTİ tərəfindən müəllimlər üçün metodik vəsaitlər hazırlanıb
ARTİ tərəfindən hazırlanmış "Məktəbə hazırlaşırıq" tədris resursunun, I və II sinif Azərbaycan dili tədris dili, Azərbaycan dili dövlət dili və Riyaziyyat dərsliklərinin tədris prosesində istifadəsi zamanı müəllimlər üçün bələdçi rolunu oynayacaq metodik vəsaitləri aşağıdakı keçidlərdən əldə edə bilərsiniz. Həmçinin I və II sinif İngilis dili (Happy Campers) dərslik komplektlərinə daxil olan metodik vəsaitlər və audio fayllar da aşağıdakı keçidlərdə təqdim olunub. Sözügedən audio fa -
11.10.2021
Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsi keçiriləcək
ARTİ 14 noyabr 2021-ci il tarixində Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsini (KBRM) təşkil edəcək. Sözügedən müsabiqə hər il mərkəzi Fransa olan Sərhədsiz Kenquru Assosiasiyasının razılığı ilə dünyanın 80-dən çox ölkəsində təşkil olunur. -
07.10.2021
"Səmərəli öyrədici mühitin qurulması" və "Müasir məzmun və formalı dərsdənkənar işin təşkili" adlı onlayn təlimlərə start verilib
ARTİ-nin Metodik Dəstək Mərkəzi (MDM) region müəllimləri və metodik kabinet əməkdaşları üçün "Səmərəli öyrədici mühitin qurulması" və "Müasir məzmun və formalı dərsdənkənar işin təşkili" adlı onlayn təlimlərə start verib. -
05.10.2021
"SABAH Magistratura" və ikili diplom proqramlarına qəbul olunan tələbələrlə görüş keçirilib
4 oktyabr tarixində ARTİ-nin Təhsil Texnologiyaları Mərkəzində Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) ilə ARTİ-nin ali təhsilin magistratura səviyyəsi üçün həyata keçirilən "SABAH Magistratura" proqramı və Corc Vaşinqton Universiteti ilə ikili diplom proqramına 2021/2022-ci tədris ilində qəbul olunan tələbələrlə görüş keçirilib. -
04.10.2021
"Dissertasiya mövzusunun müəyyənləşdirilməsi, əsaslandırılması və fərdi iş planının tərtibi qaydaları" adlı seminar keçirilib
1 oktyabr tarixində ARTİ-nin Elmi-pedaqoji kadrların hazırlanması şöbəsi doktorant və dissertantlar üçün "Dissertasiya mövzusunun müəyyənləşdirilməsi, əsaslandırılması və fərdi iş planının tərtibi qaydaları" adlı növbəti seminarı təşkil edib. -
04.10.2021
"İcma əsaslı məktəbəqədər təhsil" layihəsi çərçivəsində fəaliyyət göstərən qruplarda tədris ilinə start verilib
Oktyabrın 4-dən etibarən "İcma əsaslı məktəbəqədər təhsil" layihəsi çərçivəsində fəaliyyət göstərən qruplarda tədris ilinə start verilib. Belə ki, 2021/2022-ci tədris ilində ölkənin 55 şəhər və rayonunda 850 icma əsaslı məktəbəqədər təhsil qrupu fəaliyyət göstərəcək. Tədris pandemiya şəraitinə uyğun təyin olunmuş qaydalar çərçivəsində tamamilə əyani şəkildə baş tutacaq. -
03.10.2021
Təhsildə Yeni Çağırışlar II Beynəlxalq Forumu keçirilib
1 oktyabr tarixində ARTİ və "T-Network" təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı, Təhsil Nazirliyi, Azərbaycan Gənc Müəllimlər Assosiasiyası, "Bir könüllü" Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin dəstəyi ilə Təhsildə Yeni Çağırışlar II Beynəlxalq Forumu təşkil olunub. -
03.10.2021
Təhsil naziri olimpiada qalibləri ilə görüşüb
2 oktyabr tarixində təhsil naziri Emin Əmrullayevin iştirakı ilə 2020/2021-ci tədris ili üzrə beynəlxalq fənn olimpiada qalibləri ilə görüş keçirilib. Görüşdə 24 nəfər beynəlxalq fənn olimpiada qalibi və olimpiadalara hazırlıq komandalarının rəhbərləri iştirak edib. -
01.10.2021
İş dəftərlərinin satışında yaranan çətinliyi aradan qaldırmaq məqsədilə ehtiyac olan satış məntəqələrinə digər məntəqələrdən iş dəftərlərinin daşınması prosesi həyata keçirilir
ARTİ tərəfindən ümumtəhsil məktəblərinin Azərbaycan və rus bölmələrinin ibtidai sinifləri üçün Azərbaycan dili və riyaziyyat dərslik komplektləri hazırlanıb. Dərslik komplektinin tərkibinə dərslik, iş dəftəri və müəllim üçün vəsait daxildir. -
01.10.2021
Bakı Dövlət Universitetində "SABAH Magistratura" proqramının açılış mərasimi keçirilib
ARTİ-nin layihə üzrə koordinatoru Səbinə Babayeva tələbələrə ARTİ-nin fəaliyyəti, "SABAH Magistratura" proqramı, proqram çərçivəsində tədris olunacaq fənlər, akademik heyət, dərsdənkənar fəaliyyətlər və s. məsələlər haqqında məlumat verib.