XƏBƏRLƏR
-
20.09.2021
"Ümumi və tam orta təhsil səviyyəsində distant təhsilin təşkili metodikası" mövzusunda təlimçi hazırlığı təlimləri keçirilib
11-16 sentyabr tarixlərində "Pedoqoji kadrların ixtisasartırma təlimini həyata keçirən kadrların təkmilləşdirilməsi proqramı" çərçivəsində "Ümumi və tam orta təhsil səviyyəsində distant təhsilin təşkili metodikası" mövzusunda təlimçi hazırlığı təlimləri keçirilib. Qeyd edilən təlimlər müəllimlərin "Microsoft Teams" platformasında mövcud bilik və bacarıqlarının artırılması məqsədilə həyata keçirilir. -
17.09.2021
Təhsildə Yeni Çağırışlar II Beynəlxalq Forumunun növbəti spikeri Azra Kohendir
1 oktyabr 2021-ci il tarixində keçiriləcək Təhsildə Yeni Çağırışlar II Beynəlxalq Forumunun növbəti spikeri məşhur yazıçı, bestsellər müəllifi və psixoloq Azra Kohendir. Azra Kohenin müəllifi olduğu "Fi", "Çi", "Pi", "Məni gör", "Aiden" kitabları Türkiyədə satış rekordu qırıb. -
17.09.2021
Ali və orta ixtisas təhsili müəssisələrində distant təhsildə öyrənmə nəticələri araşdırılıb
ARTİ tərəfindən cari ilin aprel-iyun aylarında ali və orta ixtisas təhsili müəssisələrində distant təhsildə öyrənmə nəticələrinin araşdırılmasına dair müvafiq sorğular və müsahibələr keçirilib. Professor-müəllim heyəti, tədris işlərinə məsul heyət və tələbələr arasında keçirilən sorğuların əsas məqsədi mövcud vəziyyətin araşdırılması, problem və çətinliklərin müəyyən edilməsi, tədris prosesinin keyfiyyətinin artırılması üçün müvafiq tövsiyələrin verilməsidir. -
16.09.2021
"İbtidai siniflərin I və II sinifləri üçün yeni "nəsil" Riyaziyyat dərslik komplekti: innovativ quruluş, məzmun və təlim metodikası" adlı vebinar keçirilib
ARTİ 15 sentyabr tarixində "İbtidai siniflərin I və II sinifləri üçün yeni "nəsil" Riyaziyyat dərslik komplekti: innovativ quruluş, məzmun və təlim metodikası" adlı vebinar təşkil edib. -
16.09.2021
Təhsildə Yeni Çağırışlar II Beynəlxalq Forumunun növbəti spikeri Anant Aqarvaldır
1 oktyabr 2021-ci il tarixində keçiriləcək Təhsildə Yeni Çağırışlar II Beynəlxalq Forumunun növbəti spikeri "edX" öyrənmə platformasının yaradıcısı və CEO-su, dünyada nüfuzlu ali təhsil müəssisəsi olan Massaçusets Texnologiya İnstitutunun (MIT) professoru Anant Aqarval olacaq. -
15.09.2021
"Tədqiqata giriş və dizaynlar" mövzusunda təlim keçirilib
14 sentyabr-21 oktyabr tarixlərində "ARTİ Tədqiqat Mentorluq Proqramı" çərçivəsində 12 fərqli mövzunu əhatə edəcək silsilə təlimlər start götürüb. Təlimlərin keçirilməsində əsas məqsəd mentilərin tədqiqat bacarıqlarının və proqramın effektivliyinin artırılmasıdır. -
15.09.2021
"E-ticarət və tələb etdiyi bilik-bacarıqlar" adlı vebinar keçiriləcək
ARTİ Sizi, 22 sentyabr 2021-ci il, saat 19:00-da "E-ticarət və tələb etdiyi bilik-bacarıqlar" adlı vebinarda iştirak etməyə dəvət edir. Tədbir "İş dünyası və ali təhsildə trendlər" vebinarlar silsiləsi çərçivəsində baş tutacaq. -
14.09.2021
Təhsildə Yeni Çağırışlar II Beynəlxalq Forumunun növbəti spikeri Filip Kotlerdir
1 oktyabr 2021-ci il tarixində keçiriləcək Təhsildə Yeni Çağırışlar II Beynəlxalq Forumunun növbəti spikeri Norsvest Universitetinin fəxri professoru, tədqiqatçı, yazıçı və bestseller müəllifi Filip Kotleri təqdim edirik.