XƏBƏRLƏR
-
02.09.2021
"İnklüziv sinif təşkil edilən ümumi təhsil müəssisələrinin şəbəkəsinin genişləndirilməsi" layihəsi üzrə təlimlərin icrasına başlanılıb
ARTİ, Azərbaycan Respublikasının Təhsil Nazirliyi və BMT-nin Uşaq Fondu (UNICEF) ilə birgə həyata keçirdiyi "İnklüziv sinif təşkil edilən ümumi təhsil müəssisələrinin şəbəkəsinin genişləndirilməsi" layihəsi üzrə təlimlərin icrasına başlayıb. -
02.09.2021
İxtisasartırma təlimlərini həyata keçirən kadrların potensialının gücləndirilməsi təlimləri keçirilir
2 sentyabr 2021-ci il tarixindən etibarən ARTİ-nin Təhsil işçilərinin peşəkar inkişafı mərkəzi tərəfindən "İbtidai təhsil səviyyəsində dərs deyən müəllimlər üçün Azərbaycan dili və riyaziyyat fənlərinin məzmunu və metodikası" üzrə ixtisasartırma proqramı çərçivəsində təlimçi hazırlığı təlimlərinə start verilib. -
30.08.2021
Təhsildə Yeni Çağırışlar II Beynəlxalq Forumunun spikeri Andreas Şleyxer haqqında məlumat
Heidelberg Universitetinin fəxri professoru Andreas Şleyxer PISA (Programme for International Student Assessment) - Beynəlxalq Şagird Qiymətləndirmə Proqramının yaradıcısı və direktorudur. Cənab Şleyxerin yaradıcısı olduğu PISA 80-dən çox ölkədə 15 yaşlı şagirdlər arasında oxu, riyaziyyat, təbiət elmləri və yaradıcı düşünmə üzrə bilik və bacarıqları qiymətləndirir və bu bilik və bacarıqları real həyatda istifadə etmək qabiliyyətini müəyyənləşdirir. -
26.08.2021
Təhsildə Yeni Çağırışlar II Beynəlxalq Forumu keçiriləcək
Azərbaycanda Təhsildə Yeni Çağırışlar II Beynəlxalq Forumun keçirilməsinə hazırlıqlar gedir. T-Network təhsil işçilərinin təcrübə və kommunikasiya platforması və Azərbaycan Respublikası Təhsil İnstitutunun təşkilatçılığı, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Gənc Müəllimlər Assosiasiyası, "Bir könüllü" Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin dəstəyi ilə baş tutacaq forum oktyabrın 1-i 2021-ci ildə online formada gerçəkləşəcək. -
26.08.2021
V sinif Təbiət fənninin tədrisi ilə bağlı təlimlər
ARTİ-nin Təhsil işçilərininin peşəkar inkişafı mərkəzi və Tədris resursları şöbəsinin birgə təşkilatçılığı ilə V sinifdə pilot qaydada sınağı nəzərdə tutulan təbiət fənninin tədrisi ilə əlaqədar 23-26 avqust tarixində təlimçilərə təlimlər keçirilib. -
25.08.2021
Azərbaycan Dövlət Pedaqoji Universitetinin "Təlim və tədrisin təşkili və metodikası" ixtisaslaşması üzrə müəllimlər əməkdaşlığa dəvət edilir
Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) "SABAH Magistratura" proqramı çərçivəsində 2021/2022-ci tədris ilinin payız semestrində Azərbaycan Dövlət Pedaqoji Universitetinin "Təlim və tədrisin təşkili və metodikası" ixtisaslaşması üzrə müəllimləri əməkdaşlığa dəvət edir. -
25.08.2021
ARTİ tərəfindən icra olunan "İcma əsaslı məktəbəqədər təhsil" layihəsi çərçivəsində çalışacaq yeni tərbiyəçi-müəllimlər üçün təlimlərə start verilib
Keçirilən təlimlərin məqsədi növbəti tədris ilində qruplarda çalışacaq yeni tərbiyəçi-müəllimlərin peşəkar inkişafını təmin etməkdir. 16 avqust – 7 sentyabr tarixləri aralığında baş tutacaq təlimlərdə ümumilikdə 341 tərbiyəçi-müəllim iştirakı nəzərdə tutulub. Təlimlər həftəiçi 4 gün, hər bir qrupda 28 iştirakçı olmaqla 2 qrup üzrə keçirilir. -
24.08.2021
ARTİ "Azıx mağarasından Qafqaz Albaniyasının yaranmasına qədər. Azərbaycan – dünya sivilizasiyasının mərkəzlərindən biri kimi" adlı vebinarı təşkil edib.
ARTİ işğaldan azad edilmiş ərazilərdə humanitar və tarixi, təhsil, mədəniyyət, dini məsələlər üzrə həyata keçirdiyi fəaliyyətlər çərçivəsində "Azıx mağarasından Qafqaz Albaniyasının yaranmasına qədər. Azərbaycan – dünya sivilizasiyasının mərkəzlərindən biri kimi" adlı növbəti vebinarı təşkil edib. -
23.08.2021
"Təlim və tədrisin təşkili və metodikası" ixtisaslaşmasına aid təhsil proqramının müzakirəsi həyata keçirilib.
Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) və Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) arasında 20 avqust 2021-ci ildə "SABAH magistratura" proqramı çərçivəsində yeni yaradılmış "Təlim və tədrisin təşkili və metodikası" ixtisaslaşmasına aid təhsil proqramının müzakirəsi həyata keçirilib. -
20.08.2021
"Məktəblərdə keyfiyyətli metodik xidmət" proqramı çərçivəsində regionlarda "Səriştəli metodist" layihəsinə namizədlərin seçim prosesi davam etdirilir
Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) "Məktəblərdə keyfiyyətli metodik xidmət" proqramı çərçivəsində regionlarda "Səriştəli metodist" layihəsinə namizədlərin seçim prosesini davam etdirir. 14-31 iyul tarixləri arasında müraciət edən namizədlərin müsahibə mərhələsi 18 avqust tarixindən etibarən başlanıb. -
19.08.2021
Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) 24 avqust saat 19:00-da "Təbiət fənlərinin inteqrativ tədrisi" adlı vebinar təşkil edəcək.
Vebinarın spikerləri təbiət fənləri üzrə mütəxəssislər Rəşad Səlimov və Yalçın İslamzadə, tədbirin moderatoru isə ARTİ-nin Təhsil standartları və proqramları şöbəsinin müdiri Mənsur Məhərrəmov olacaq. -
18.08.2021
"Təhsil sisteminin idarə olunmasının aktual məsələləri" mövzusunda vebinar keçirilib
Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) 90 illik yubileyi ilə əlaqədar olaraq 2021-ci ilin aprel ayından etibarən "Təhsil İnstitutu - 90" adlı vebinarlar silsiləsinə start verib. Vebinarlar silsiləsinin növbəti tədbiri 17 avqust tarixində "Təhsil sisteminin idarə olunmasının aktual məsələləri" mövzusunda keçirilib.