XƏBƏRLƏR
-
05.07.2021
ARTİ Tədqiqat Mentorluq Proqramının mentorları
Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) tərəfindən icra olunan ARTİ Tədqiqat Mentorluq Proqramına seçilən mentorların bir qismi haqqında ətraflı məlumatı diqqətinizə çatdırırıq. Nəzərinizə çatdıraq ki, davamlı olaraq həyata keçirilməsi planlaşdırılan proqramda iştirak üçün 21 nəfər mentor seçilib. Proqramda iştirak edən mentorlar ümumi təhsil, peşə təhsili və ali təhsilin müxtəlif istiqamətləri üzrə tədqiqat işlərinə rəhbərlik edəcəklər. -
02.07.2021
Metodik Dəstək Mərkəzinin qaynar xəttinə iyun ayı ərzində daxil olan müraciətlər
Azərbaycan Respublikasının Təhsil İnstitutunun Metodik Dəstək Mərkəzinin (MDM) qaynar xətti gücləndirilmiş rejimdə fəaliyyətini davam etdirir. İyun ayı ərzində metodistlərin, tədris işçilərinin sual və təkliflərini ünvanladığı qaynar xəttə daxil olan müraciətlərlə bağlı statistik məlumatlar ilə yuxarıdakı infoqrafikada tanış ola bilərsiniz. -
02.07.2021
"Azərbaycanın ali təhsil sistemində tədqiqat, ixtira və innovasiyaların (Tİİ) gücləndirilməsi" adlı layihə çərçivəsində keçirilən sorğunun növbəti nəticələri təqdim olunub
Azərbaycan Respublikasının Təhsil İnstitutu "Azərbaycanın ali təhsil sistemində tədqiqat, ixtira və innovasiyaların (Tİİ) gücləndirilməsi" adlı layihə çərçivəsində keçirilən sorğunun növbəti nəticələrini təqdim edir. Qeyd etmək lazımdır ki, Tİİ fəaliyyətlərinin vəziyyətinin monitorinqi və qiymətləndirilməsi məqsədilə keçirilən sorğuda 20 ali təhsil müəssisəsi (13-ü Təhsil Nazirliyinə, 6-sı digər nazirliklərə tabe, 1-i özəl olmaqla) iştirak edib. -
01.07.2021
ARTİ 90 illik yubileyini qeyd edir
1931-ci il iyulun 1-də Azərbaycan Xalq Maarif Komissarlığının Elmi-Tədqiqat Pedaqoji Kabineti və Bakı Xalq Maarif Şöbəsinin laboratoriyası əsasında indiki Azərbaycan Respublikasının Təhsil İnstitutunun (ARTİ) bünövrəsi qoyulub. Kiçik bir şöbə və bir neçə qrup formasında fəaliyyətə başlayan İnstitut getdikcə genişlənib və fəaliyyət istiqamətlərini artırıb. Artıq 2000-ci ildə ARTİ elmi şöbələrdən ibarət olan və pedaqogikanın aktual məsələlərini öyrənən bir quruma çevrilib. -
01.07.2021
ARTİ 2021-ci il üçün fəlsəfə və elmlər doktoru proqramı üzrə doktoranturaya qəbul elan edir
Azərbaycan Respublikasının Təhsil İnstitutu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 iyun 2021-ci il tarixli 356 s nömrəli sərəncamı ilə təsdiq olunmuş Plan əsasında 2021-ci il üçün fəlsəfə və elmlər doktoru proqramları üzrə dissertanturaya və doktoranturaya (əyani və qiyabi) qəbul elan edir. -
29.06.2021
Məktəblilərimiz Beynəlxalq İnformatika Olimpiadasında 2 bürünc medal qazanıblar
19-25 iyun 2021-ci il tarixlərində Sinqapurda 33-cü Beynəlxalq İnformatika Olimpiadası təşkil edilib. 90 ölkədən 351 şagirdin qatıldığı müsabiqədə məktəblilərimiz uğurla çıxış edərək 2 bürünc medal qazanıblar. Belə ki, Gəncə şəhər M.Əzizbəyov adına 15 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Əziz Hüseynov və Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin 10-cu sinif şagirdi Səid Nəsibov müsabiqənin bürünc medalına layiq görülüblər. -
25.06.2021
"Data elmi, analitika və yeni trendlər" adlı vebinar keçirilib
Azərbaycan Respublikasının Təhsil İnstitutu 24 iyun 2021-ci il tarixində "Data elmi, analitika və yeni trendlər" adlı vebinar təşkil edib. Vebinar data elminin əhəmiyyəti və təhsil sahəsində nəzərə alınmalı məqamları diqqətə çatdırmaq məqsədilə keçirilib. -
25.06.2021
Lisey və gimnaziyalara qəbul imtahanlarının nəticələri elan edilib
Azərbaycan Respublikası Təhsil Nazirliyinin birbaşa tabeliyində fəaliyyət göstərən lisey və gimnaziyalara mərkəzi sistemlə keçirilmiş qəbul imtahanlarının nəticələri elan edilib. Şagirdlər sy.edu.az portalı üzərindən yaradılmış şəxsi kabinetlərinə daxil olaraq imtahan nəticələrini öyrənə bilərlər. -
24.06.2021
"COVID-19 dövründə Avropa İttifaqında məktəblər e-öyrənməni necə gücləndirir?" mövzusunda TAIEX təlimləri keçirilir
23 iyun 2021-ci il tarixində Azərbaycan Respublikası Təhsil İnstitutunun (ARTİ) təşkilatçılığı ilə Avropa İttifaqı tərəfindən maliyyələşdirilən "COVID-19 dövründə Avropa İttifaqında məktəblər e-öyrənməni necə gücləndirir?" mövzusunda TAIEX (Avropa İttifaqının texniki yardım və informasiya mübadiləsi aləti) təlimləri start götürüb. -
24.06.2021
ARTİ-nin əməkdaşları beynəlxalq proqramda iştirak edirlər
Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) öz kadr potensialını gücləndirmək məqsədilə əməkdaşlarının müxtəlif proqramlara cəlb olunmasına dəstək göstərir. İnstitutun layihələrinin idarə olunması potensialını artırmaq məqsədilə ARTİ-nin əməkdaşları Dyuk Universitetinin təlim proqramında iştirak edirlər. -
23.06.2021
Yay məktəbində STEAM dərsləri tədris olunur
"Yay məktəbi"nin proqramına Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən başladılan və Təhsil İnstitutu tərəfindən icra olunan "STEAM Azerbaijan" layihəsinin tədris mövzuları da daxil edilib. Sözügedən mövzulara STEAM metodologiyaları, proqramlaşdırma modulu: mikrobit platforması, rəqəmsal incəsənət modulu: 3D modelləşdirmə və 3D çap/3D qələm, mühəndislik modulu: elektrik mühəndisliyi, layihələrin hazırlanması: mühəndislik dizayn prosesi daxildir.