XƏBƏRLƏR
-
03.06.2021
MİQ və Sertifikasiya sınaq imtahanları ilə bağlı suallara aydınlıq gətirildi
Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) davamlı olaraq müəllimlərin MİQ imtahanlarına hazırlaşması üçün bir sıra işlər həyata keçirir. MİQ müsabiqəsindən öncə bir daha mövcud imkanları təqdim etmək istərdik. -
03.06.2021
Təhsil İnstitutunun direktor müavini Ənvər Abbasovun 70 illik yubileyi münasibətilə tədbir keçirilib
İyunun 3-də Təhsil Nazirliyi və Təhsil İnstitutunun təşkilatçılığı ilə Təhsil İnstitutunun direktor müavini, pedaqogika üzrə fəlsəfə doktoru, dosent, əməkdar müəllim Ənvər Abbasovun 70 illik yubileyi münasibətilə tədbir keçirilib. Tədbirdə təhsil naziri Emin Əmrullayev, nazir müavinləri, nazirliyin əməkdaşları, Təhsil İnstitutunun direktoru Rüfət Əzizov, direktor müavinləri və institutun kollektivi iştirak edib. -
02.06.2021
Müəllimlərin işə qəbulu müsabiqəsində və Sertifikasiya imtahanında iştirak edəcək namizədlər üçün sınaq imtahanları başlayır
Onlayn formatda təşkil olunacaq sınaq imtahanları İbtidai təhsil (8 iyun / 09:00, 12:00, 16:00), riyaziyyat (9 iyun / 09:00, 12:00, 16:00), Azərbaycan dili və ədəbiyyat (10 iyun / 09:00, 12:00, 16:00), ingilis dili (11 iyun / 09:00, 12:00, 16:00), tarix (16 iyun / 09:00, 12:00, 16:00), fizika (16 iyun / 09:00, 12:00, 16:00), biologiya (17 iyun / 09:00, 12:00, 16:00), coğrafiya (17 iyun / 09:00, 12:00, 16:00) , informatika (18 iyun / 09:00, 12:00, 16:00) və kimya (18 iyun / 09:00, 12:00, 16:00) f -
02.06.2021
Azərbaycan dili və ədəbiyyat, tarix və coğrafiya fənləri üzrə fənn olimpiadalarının respublika mərhələsinin final turunun nəticələri məlum olub
Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Təhsil İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən Azərbaycan dili və ədəbiyyat, tarix və coğrafiya fənləri üzrə fənn olimpiadalarının respublika mərhələsinin final turunun nəticələri məlum olub. -
02.06.2021
Uşaqlara ilkin psixososial dəstəyin göstərilməsi mövzusunda vebinarlar keçirilib
Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Təhsil İnstitutunun BMT-nin Uşaq Fondu (UNICEF) ilə birgə icra etdiyi "Fövqəladə vəziyyət şəraitində uşaqlara və yeniyetmələrə məktəb əsaslı psixososial dəstəyin göstərilməsi" adlı layihə çərçivəsində cəbhəyanı bölgələrdən olan valideynlər üçün vebinarlar keçirilib. Vebinarlar uşaqlara ilkin psixososial dəstəyin göstərilməsi mövzusunda təşkil olunub. -
31.05.2021
Fənn olimpiadalarının respublika mərhələsinin final turu keçirilib
Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Təhsil İnstitutunun təşkilatçılığı ilə 31 may 2021-ci il tarixində Azərbaycan dili və ədəbiyyat, tarix və coğrafiya fənləri üzrə fənn olimpiadalarının respublika mərhələsinin final turu keçirilib. -
31.05.2021
Ali təhsil müəssisələrinin nəşrlərə sərbəst giriş ilə bağlı imkanları araşdırılıb
Ali təhsil müəssisələrinin nəşrlərə sərbəst giriş (Open access) ilə bağlı imkanlarını araşdırmaq məqsədilə sorğu keçirilib. Bu sorğuda nəşrlərə sərbəst giriş ilə bağlı ali təhsil müəssisələrinin siyasəti, fəaliyyəti və maliyyə məsələləri əhatə olunub. Sözügedən sorğu vasitəsilə ali təhsil müəssisələrinin öz qurumlarındakı tədqiqat fəaliyyətlərini nə dərəcədə dəstəklədikləri müəyyən edilib. -
29.05.2021
"Psixoloji araşdırmalar: nailiyyətlər, vəzifələr" mövzusunda vebinar keçirilib
Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) 90 illik yubileyi ilə əlaqədar olaraq 2021-ci ilin aprel ayından etibarən "Təhsil İnstitutu - 90" adlı vebinarlar silsiləsinə start verib. Vebinarlar silsiləsinin növbəti tədbiri 27 may tarixində "Psixoloji araşdırmalar: nailiyyətlər, vəzifələr" mövzusunda keçirilib. Tədbirin moderatoru ARTİ-nin Elmi-pedaqoji tədqiqatlar mərkəzinin direktoru İlham Cavadov olub. -
29.05.2021
Metodik Dəstək Mərkəzinin əməkdaşları bölgələrə səfər edir
Azərbaycan Respublikası Təhsil İnstitutunun Metodik Dəstək Mərkəzinin (MDM) əməkdaşları regionlarda metodik xidmətin mövcud vəziyyətinin öyrənilməsi, metodik kabinet müdirləri və metodistlərlə tanışlıq məqsədilə bölgələrə səfərlərini davam etdirir. -
27.05.2021
Müəllimlərin işə qəbulu müsabiqəsində və Sertifikasiya imtahanında iştirak edəcək namizədlər üçün sınaq imtahanlarına start verilir
Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) Müəllimlərin işə qəbulu müsabiqəsində və Sertifikasiya imtahanında iştirak edəcək namizədlər üçün sınaq imtahanlarına start verir. -
26.05.2021
Təhsil İnstitutu inklüziv təhsilin təşkili ilə bağlı monitorinqlər keçirir
Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Təhsil İnstitutu ölkəmizdə inklüziv təhsilin təşkili istiqamətində görülən işləri davam etdirir. Həyata keçirilən fəaliyyətlərin əsas məqsədi sağlamlıq imkanları məhdud uşaqların dərs prosesində digər həmyaşıdları ilə birgə iştirak etməsi, təhsil hüququnun təhsilin bütün pillələri üzrə digər şəxslərlə bərabər səviyyədə təmin edilməsi və onların təhsili üçün maneəsiz mühitin yaradılmasıdır. -
26.05.2021
Lütfi Zadə adına məntiq olimpiadasının final mərhələsi keçirilir
Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Təhsil İnstitutu 26 may 2021-ci il tarixində Lütfi Zadə adına məntiq olimpiadasının final mərhələsini keçirir. Final mərhələsi mövcud pandemiya qaydalarına uyğun şəkildə Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ilə yanaşı 14 regionda yaradılmış 27 mərkəzdə təşkil olunub. Ümumilikdə 2954 şagird bu mərhələdə iştirak hüququ qazanıb. -
25.05.2021
Metodik Dəstək Mərkəzinin qaynar xəttinə may ayı ərzində daxil olan müraciətlər
Azərbaycan Respublikası Təhsil İnstitutunun Metodik Dəstək Mərkəzinin (MDM) qaynar xətti gücləndirilmiş rejimdə fəaliyyətini davam etdirir. May ayı ərzində metodistlərin, tədris işçilərinin sual və təkliflərini ünvanladığı qaynar xəttə daxil olan müraciətlərlə bağlı statistik məlumatlar ilə yuxarıdakı infoqrafikada tanış ola bilərsiniz. -
25.05.2021
"Kibertəhlükəsizlik" təlim layihəsinin praktik hissəsi davam edir
Azərbaycan Respublikasının Təhsil İnstitutu tərəfindən həyata keçirilən "Kibertəhlükəsizlik" təlim layihəsinin üçüncü fazası çərçivəsində fəaliyyətlər davam etdirilir. Belə ki, təlim layihəsinin əyani hissəsi başa çatıb və tələbələr praktik hissəyə keçid ediblər.