XƏBƏRLƏR
-
08.04.2021
Müəllimlərin işə qəbulu müsabiqəsinin növbəti müsahibə mərhələsi üçün elektron sənəd qəbulu başlayacaq
Azərbaycan Respublikası Təhsil İnstitutunun Təhsil işçilərinin sertifikatlaşdırılması mərkəzi (İnsan Resursları Mərkəzi) tərəfindən 13 aprel 2021-ci il tarixindən etibarən 2020-2021-ci tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin növbəti müsahibə mərhələsi üçün elektron sənəd qəbulu başlayacaq. -
07.04.2021
"Əsas həyat bacarıqları" mövzusunda distant təlimlər təşkil olunub
Azərbaycan Respublikasının Təhsil İnstitutu UNICEF (BMT-nin Uşaq Fondu) ilə birgə "Fövqəladə vəziyyət şəraitində uşaqlara və yeniyetmələrə məktəb əsaslı psixososial dəstəyin göstərilməsi" adlı layihəni icra edir. Layihə çərçivəsində cəbhəyanı ərazilərdə "Əsas həyat bacarıqları" mövzusunda distant təlimlər təşkil olunub. -
07.04.2021
"Təhsil hamı üçün" adlı onlayn təlim keçirilib
7 aprel 2021-ci il tarixində Azərbaycan Respublikası Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə "Təhsil hamı üçün" adlı onlayn təlim keçirilib. Təlim UNESCO-nun "Təhsil hamı üçün" prinsipinin təbliği, insan hüquq və azadlıqlarının daha səmərəli müdafiəsi və hüquqi maarifləndirmə sahəsində təlimçilərin hazırlanması məqsədilə keçirilib. -
06.04.2021
Metodik Dəstək Mərkəzinin qaynar xətti gücləndirilmiş rejimdə işləyir
Distant təhsilə keçidlə əlaqədar olaraq Azərbaycan Respublikası Təhsil İnstitutunun Metodik Dəstək Mərkəzinin qaynar xətti gücləndirilmiş rejimdə işləyir. Covid-19 pandemiyası səbəbilə tətbiq edilən distant təhsil üzrə metodistlərin və tədris işçilərinin distant təhsilin təşkili ilə bağlı yaranmış suallarını və təkliflərini ünvanlaması üçün əlaqə vasitələrini diqqətinizə çatdırırıq. -
06.04.2021
Azərbaycan Respublikası Təhsil İnstitutunun kollektivində yeni təyinatlar olub
MDM-in Metodik xidmət şöbəsinə isə Nigar Əhmədzadə müdir təyin edilib. N.Əhmədzadə bakalavr təhsilini Bakı Dövlət Universitetinin Tarix fakültəsində alıb. 1993-1994-cü illərdə Bakı şəhəri, Binəqədi rayonu 158 saylı tam orta məktəbdə tarix, 1994-2000-ci illərdə Bakı şəhəri, Nərimanov rayonu 291 saylı "Araz" Ekologiya liseyində Yeni tarix, Ən yeni tarix, Azərbaycan tarixi, İnsan və cəmiyyət fənlərini tədris edib. 2001-2010-ci illərdə Bakı Kompüter Kollecində Tədris hissə müdiri, daha son -
01.04.2021
Metodik Dəstək Mərkəzinin fəaliyyəti genişlənir
Azərbaycan Respublikası Təhsil İnstitutunun Metodik Dəstək Mərkəzinin (MDM) rəhbərliyi və əməkdaşları yerlərdə metodik xidmətin mövcud vəziyyətinin öyrənilməsi, metodik kabinet müdirləri və metodistlərlə tanışlıq məqsədilə bölgələrə səfərlərə başlayıb. İlkin olaraq 31 mart-1 aprel 2021-ci il tarixlərində Xızı, Siyəzən, Şabran, Xaçmaz, Quba və Qusar rayonlarına səfərlər təşkil olunub. Bu formatda görüşlərin digər regionlarda da keçirilməsi planlaşdırılıb. -
31.03.2021
Təhsil İnstitutu ilə Azərbaycan Dövlət Pedaqoji Universiteti arasında əməkdaşlıq genişlənir
30 mart 2021-ci il tarixində Azərbaycan Respublikası Təhsil İnstitutunun (ARTİ) direktoru Rüfət Əzizov Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rəhbərliyi ilə görüşüb. Görüşdə ADPU-nun rektoru, professor Cəfər Cəfərov, Tədris işləri üzrə prorektor, dosent Eldar Aslanov, Elm və innovasiyalar üzrə prorektor, professor Asəf Zamanov, rektorun müşaviri Ümid Mehdiyev və Magistratura və doktorantura şöbəsinin müdiri, professor İbrahim Bayramov iştirak edib. -
30.03.2021
"Azərbaycanın ali təhsil sistemində tədqiqat, ixtira və innovasiyaların (Tİİ) gücləndirilməsi" adlı layihə icra edilib
Azərbaycan Respublikasının Təhsil İnstitutu "Azərbaycanın ali təhsil sistemində tədqiqat, ixtira və innovasiyaların (Tİİ) gücləndirilməsi" adlı layihəni icra edib. Təhsil Nazirliyinin əsas benefisiarı olduğu və Avropa İttifaqının maliyyələşdirdiyi layihə 2018-ci ilin oktyabr ayından 2020-ci ilin may ayı arasında olan dövrü əhatə edib. -
30.03.2021
"Azərbaycanda Milli Kvalifikasiya Çərçivəsinin icrasına dəstək" layihəsi çərçivəsində altıncı dərs vəsaiti hazırlanıb
Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Təhsil İnstitutunun iştirakı ilə həyata keçirilən Avropa İttifaqının "Azərbaycanda Milli Kvalifikasiya Çərçivəsinin icrasına dəstək" texniki yardım layihəsi çərçivəsində hazırlanan və 4 moduldan ibarət olan altıncı dərs vəsaiti "Məktəbəqədər təhsildə korreksiyaedici təlim" adlanır. -
20.03.2021
VI Qafqaz Riyaziyyat Olimpiadasının qalibləri mükafatlandırılıb
Azərbaycan Respublikasının Təhsil İnstitutu 19 mart 2021-ci il tarixində Rusiya Federasiyasının Maykop şəhərində keçirilən VI Qafqaz Riyaziyyat Olimpiadasının qaliblərini mükafatlandırıb. Olimpiadada uğurla çıxış edən məktəblilərimizin mükafatlandırıldığı tədbirdə Təhsil İnstitutunun direktoru Rüfət Əzizov, İnstitutun İstedadlı uşaqlarla iş şöbəsinin müdiri Tural Alışov, şöbənin əməkdaşları Qorxmaz Mustafayev və Nigar Həsənova iştirak edib. -
19.03.2021
"İqtisadi inkişafa nail olmaq üçün ali təhsil sistemi sahibkarlara necə kömək edir?" adlı vebinar keçirilib
Azərbaycan Respublikasının Təhsil İnstitutu 18 mart 2021-ci il tarixində "İqtisadi inkişafa nail olmaq üçün ali təhsil sistemi sahibkarlara necə kömək edir?" adlı vebinar keçirib. Tədbir "İş dünyası və ali təhsildə trendlər" vebinarlar silsiləsi çərçivəsində baş tutub. Vebinarda spiker qismində "Allsee Technologies" MMC-nin təsisçisi və icraçı direktoru Dr. Baoli Zhao çıxış edib. Ali təhsilin iqtisadi inkişafda sahibkarlara göstərdiyi dəstək barədə məlumat ver -
19.03.2021
Cəbhəyanı ərazilərdə "Əsas sosial emosional bacarıqların inkişafı" mövzusunda təlimlər təşkil olunur
Azərbaycan Respublikasının Təhsil İnstitutu UNICEF (BMT-nin Uşaq Fondu) ilə birgə "Fövqəladə vəziyyət şəraitində uşaqlara və yeniyetmələrə məktəb əsaslı psixososial dəstəyin göstərilməsi" adlı layihəni icra edir. Layihə çərçivəsində cəbhəyanı ərazilərdə "Əsas sosial emosional bacarıqların inkişafı" mövzusunda təlimlər təşkil olunur. Təlimlər Vətən müharibəsindən təsirlənən müəllimlərə və şagirdlərə psixoloji dəstək vermək, onların sosial və emosional bacarıqlarını gücləndirmə -
18.03.2021
"Həyat bilgisi fənninin tədrisi metodikası" mövzusunda ixtisasartırma təlimlərinin yekun qiymətləndirilməsi keçirilib
Azərbaycan Respublikasının Təhsil İnstitutu tərəfindən "Həyat bilgisi fənninin tədrisi metodikası" mövzusunda ixtisasartırma təlimlərinin yekun qiymətləndirilməsi keçirilib. Microsoft Teams platforması üzərindən onlayn formatda təşkil olunan qiymətləndirmə zamanı müdavimlər təlimlərdə keçilmiş mövzulara uyğun test tapşırıqlarını cavablandırıblar. -
18.03.2021
2020-2021-ci tədris ilinin birinci yarısına dair milli qiymətləndirmənin nəticələri təhlil edilib
Azərbaycan Respublikasının Təhsil İnstitutu şagirdlərin keyfiyyət göstəricilərini müəyyən etmək üçün 2020-2021-ci tədris ilinin birinci yarısına dair milli qiymətləndirmənin nəticələrini təhlil edib. Ölkədə fəaliyyət göstərən 3500-ə yaxın məktəbdə aparılan tədqiqatda IV, VI və IX siniflərdə təhsil alan 189445 şagird iştirak edib. Onlayn keçirilmiş qiymətləndirmədə məktəblilər tədris dili, riyaziyyat və xarici dil fənləri üzrə qapalı test suallarını cavablandırıblar.