XƏBƏRLƏR
-
17.03.2021
"İcma əsaslı məktəbəqədər təhsilin inkişafı" layihəsində çalışan mentorlar üçün təlimlər keçirilib
2-4 və 9-11 mart 2021-ci il tarixləri aralığında Azərbaycan Respublikası Təhsil İnstitutunun "İcma əsaslı məktəbəqədər təhsilin inkişafı" layihəsində çalışan mentorlar üçün təlimlər keçirilib. 3 günlük təlimlər "STEAM Azerbaijan" layihəsi tərəfindən təşkil olunub. -
16.03.2021
"Gənclərin psixoloji problemlərinin yaranmasına cəmiyyətin təsiri" adlı vebinar keçirilib
Azərbaycan Respublikası Təhsil İnstitutunun təşkilatçılığı ilə 15 mart 2021-ci il tarixində "Gənclərin psixoloji problemlərinin yaranmasına cəmiyyətin təsiri" adlı vebinar keçirilib. MEM Psixologiya Mərkəzinin həmtəsisçisi və psixoloqu, Dos. Dr. Mehmet Palancı vebinarda məruzəçi qismində çıxış edib. -
13.03.2021
"Kibertəhlükəsizlik" təlim layihəsinin üçüncü fazasının açılış tədbiri keçirilib
Azərbaycan Respublikasının Təhsil İnstitutu 13 mart 2021-ci il tarixində "Kibertəhlükəsizlik" təlim layihəsinin üçüncü fazasının açılış tədbirini keçirib. Tədbirdə açılış nitqi ilə İnstitutun direktoru Rüfət Əzizov çıxış edib. R.Əzizov çıxışında rəqəmsallaşmanın geniş vüsət aldığı bir dövrdə istər ölkəmiz, istərsə də bütün dünyada kiberhücumlarla bağlı problemlərin artdığını və kibertəhlükəsizlik sahəsində görülən işlərin getdikcə daha mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. Qeyd -
12.03.2021
Müəllimlərin işə qəbulu müsabiqəsi üzrə onlayn müsahibələr keçirilib.
Azərbaycan Respublikası Təhsil İnstitutunun Təhsil işçilərinin sertifikatlaşdırılması mərkəzi (İnsan Resursları Mərkəzi) tərəfindən keçirilən müəllimlərin işə qəbulu müsabiqəsi 5-18 fevral 2021-ci il tarixlərində onlayn müsahibələr şəklində keçirilib. -
12.03.2021
"Məktəbəhazırlıq qruplarında inklüziv təlimin təşkili" adlı metodik vəsait hazırlanıb
Azərbaycan Respublikasının Təhsil İnstitutu müəllimlər üçün "Məktəbəhazırlıq qruplarında inklüziv təlimin təşkili" adlı metodik vəsait hazırlayıb. Metodik vəsaitin hazırlanmasında məqsəd ümumtəhsil məktəblərinin məktəbəhazırlıq qruplarında çalışan müəllimlərin əlilliyi olan uşaqlarla təlim prosesini səmərəli təşkil etmələrinə kömək etməkdir. Vəsaitdə inklüziv təhsilin təşkilinin həm nəzəri, həm də praktik tərəfləri təqdim edilir. -
11.03.2021
Məktəblilər niyə intihar edir?
Azərbaycan Respublikası Təhsil İnstitutunun mütəxəssisləri məktəbli intiharları ilə bağlı şərh veriblər. Belə ki, Təhsil İnstitutunun Strateji təhsil tədqiqatları və inkişaf layihələrinə rəhbərlik edən aparıcı elmi işçisi Könül Abaslı bildirib ki, dövləti, aidiyyəti qurumları və cəmiyyəti intihar və onun səbəbləri dərindən narahat edir. İntihar davranışına səbəb ola biləcək risk faktorlarının müəyyən edilməsi intiharların qarşısını almaqla əlaqəli həyata keçiriləcək təhlillərə istiqamət vermək v -
09.03.2021
Azərbaycan Respublikası Təhsil İnstitutunun tərkibində Metodik Dəstək Mərkəzi (MDM) yaradılıb.
Mərkəzin əsas məqsədi tədris prosesinin təşkilində təhsilverənlərə dəstək üçün metodik köməkliyin göstərilməsi, bu sahədə yeniliklərin və yenidənqurma fəaliyyətinin tətbiq edilməsi, təhsilverənlərin peşəkarlıq səviyyəsinin artırılması, ümumi təhsil müəssisəsində öyrədici mühitin yaradılması, metodist hazırlığı və yenidənhazırlanması istiqamətində müvafiq işlərin icrasıdır. -
05.03.2021
"Korreksiyaedici pedaqoq" ixtisasına daxil olan modullar
Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Təhsil İnstitutunun iştirakı ilə həyata keçirilən Avropa İttifaqının "Azərbaycanda Milli Kvalifikasiya Çərçivəsinin icrasına dəstək" texniki yardım layihəsi çərçivəsində hazırlanmış beşinci dərs vəsaiti "Korreksiyaedici pedaqoq" ixtisasına daxil olan 4 moduldan ibarətdir. -
05.03.2021
"İcma əsaslı məktəbəqədər təhsilin inkişafı" layihəsi çərçivəsində təlimlər sessiyasının üçüncü hissəsi başa çatıb.
"İcma əsaslı məktəbəqədər təhsilin inkişafı" layihəsi çərçivəsində yeni icma əsaslı təhsil qruplarında çalışacaq tərbiyəçi-müəllimlər üçün təlimlər sessiyasının üçüncü hissəsi başa çatıb. -
04.03.2021
"Sürücüsüz avtomobillər və təhsil-sənaye əməkdaşlığı" adlı vebinar keçirilib.
Azərbaycan Respublikası Təhsil İnstitutunun təşkilatçılığı ilə 3 mart 2021-ci il tarixində "İş dünyası və ali təhsildə trendlər" vebinarlar silsiləsinin "Sürücüsüz avtomobillər və təhsil-sənaye əməkdaşlığı" adlı tədbiri baş tutub. -
03.03.2021
"Kibertəhlükəsizlik" təlim layihəsinin üçüncü fazasının seçim prosesi başa çatıb.
Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) kibertəhlükəsizlik, kibercinayətkarlıqla mübarizə haqqında bilik və bacarıqların inkişaf etdirilməsinə yönəlmiş "Kibertəhlükəsizlik" təlim layihəsinin üçüncü fazasının seçim prosesini başa çatdırıb.