XƏBƏRLƏR
-
24.05.2021
"ARTİ Tədqiqat Mentorluq Proqramı"nın müsahibə mərhələsinə start verilib
Azərbaycan Respublikasının Təhsil İnstitutu "ARTİ Tədqiqat Mentorluq Proqramı"nın müsahibə mərhələsinə start verib. 6 ay (İyun-dekabr, 2021-ci il) davam etməsi nəzərdə tutulan Tədqiqat Mentorluq Proqramı üçün tədqiqat mentorları və mentiləri (mentorun tələbəsi) olmaq istəyən şəxslərin müraciətləri qəbul edilib. -
24.05.2021
Cəbhəyanı bölgələrdə təhsil alan yeniyetmələr üçün məşğələlər davam edir
Azərbaycan Respublikasının Təhsil İnstitutu UNICEF (BMT-nin Uşaq Fondu) ilə birgə "Fövqəladə vəziyyət şəraitində uşaqlara və yeniyetmələrə məktəb əsaslı psixososial dəstəyin göstərilməsi" adlı layihənin icrasını davam etdirir. Layihə çərçivəsində cəbhəyanı ərazilərdə "Əsas həyat bacarıqları" mövzusunda onlayn təlimlər keçirilib. Layihənin planına uyğun olaraq hazırda Bərdə, Ağdam və Tərtər rayonlarının ümumi təhsil müəssisələrində təhsil alan yeniyetmələr üçün məşğələlər dava -
21.05.2021
Təhsil İnstitutunda doktorluq imtahanları çərçivəsində pedaqogika fənnindən fərq imtahanları keçirilib
21 may 2021-ci il tarixində Azərbaycan Respublikasının Təhsil İnstitutunda doktorluq imtahanlarının yaz sessiyası çərçivəsində pedaqogika fənnindən fərq imtahanları keçirilib. İmtahanlar Ali Attestasiya Komissiyasının yeni tələblərinə uyğun olaraq təlimat əsasında təşkil olunub. -
21.05.2021
"Metodik kabinetin fəaliyyət planı nümunəsinin şərhi" mövzusunda vebinarlar təşkil olunub
Azərbaycan Respublikası Təhsil İnstitutunun Metodik Dəstək Mərkəzi tərəfindən 20-21 may 2021-ci il tarixlərində metodik kabinet müdirləri və metodistlər üçün vebinarlar keçirilib. "Metodik kabinetin fəaliyyət planı nümunəsinin şərhi" adlı vebinarlar metodik kabinetlərin fəaliyyətinin səmərəli qurulması, metodistlərin peşəkar bacarıqlarının artırılması, müəllimlər üçün metodik xidmətin təmin edilməsi məqsədilə təşkil edilib. Vebinarlarda spiker qismində Metodik Dəstək Mərkəzinin Metodi -
20.05.2021
"Mühəndislik tədqiqatı innovasiyanın mühərriki kimi" adlı vebinar keçirilib
Azərbaycan Respublikasının Təhsil İnstitutu 19 may 2021-ci il tarixində "Mühəndislik tədqiqatı innovasiyanın mühərriki kimi" adlı vebinar keçirib. Tədbir "İş dünyası və ali təhsildə trendlər" vebinarlar silsiləsi çərçivəsində baş tutub. -
20.05.2021
Lütfi Zadə adına məntiq olimpiadasının final tarixi açıqlandı
26 may 2021-ci il tarixində Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Təhsil İnstitutunun birgə təşkilatçılığı ilə V sinif şagirdləri arasında təşkil edilən Lütfi Zadə adına məntiq olimpiadasının final mərhələsi keçiriləcək. -
19.05.2021
Metodik dəstək mərkəzi tərəfindən distant seminarlar təşkil ediləcək
Azərbaycan Respublikası Təhsil İnstitutunun Metodik dəstək mərkəzi tərəfindən müntəzəm şəkildə distant seminarlar təşkil ediləcək. Seminarların keçirilməsində əsas məqsəd metodik kabinetlərin fəaliyyətinin səmərəli qurulması, metodistlərin peşəkar bacarıqlarının artırılması, müəllimlər üçün metodik xidmətin təmin edilməsidir. -
19.05.2021
Fənn olimpiadalarının final mərhələsi keçiriləcək
Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Təhsil İnstitutunun birgə təşkilatçılığı ilə 2020/2021-ci tədris ili üzrə fənn olimpiadalarının respublika mərhələsinin final turu 31 may, 1 iyun və 4 iyun 2021-ci il tarixlərində keçiriləcək. -
19.05.2021
"Teledərs" layihəsi uğurla davam etdirilir
COVID-19 pandemiyası ilə əlaqədar olaraq 3 mart 2020-ci il tarixindən etibarən Təhsil Nazirliyi tərəfindən start verilən "Teledərs" layihəsi uğurla davam etdirilir. Onlayn və əyani dərslərə dəstək məqsədilə həyata keçirilən layihə çərçivəsində müxtəlif mövzularda dərslər hazırlanır, "Dərs vaxtı" proqramı adı altında "Mədəniyyət" və "ARB Günəş" telekanalları vasitəsilə həftə içi hər gün yayımlanır. -
17.05.2021
"Kibertəhlükəsizlik" layihəsinin iştirakçıları "STEAM Azerbaijan" layihəsi ilə tanış olublar
Azərbaycan Respublikasının Təhsil İnstitutu tərəfindən həyata keçirilən "Kibertəhlükəsizlik" layihəsinin bir qrup iştirakçısı "STEAM Azerbaijan" layihəsi ilə tanışlıq məqsədilə təlim səfərində olub. Təlimdə ümumilikdə 21 tələbə iştirak edib. Səfər zamanı tələbələrə STEAM konsepsiyası, humanoid robotlar, CNC Laser aparatları, Micro:bit və Arduino kimi kitlər barədə məlumat verilib. -
16.05.2021
PISA-2022 tədqiqatının pilot mərhələsi yekunlaşıb
Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Təhsil İnstitutu tərəfindən PISA-2022 beynəlxalq qiymətləndirmə tədqiqatının pilot mərhələsi həyata keçirilib. 19 aprel 2021-ci il tarixindən etibarən başlayan tədqiqat yekunlaşıb. Tədqiqatın pilot mərhələsində Bakı üzrə 63 məktəbdən 2800-dən çox şagird, 1100-dən çox müəllim və 63 məktəb direktoru iştirak edib.