XƏBƏRLƏR
-
06.05.2021
"Azərbaycanın ali təhsil sistemində tədqiqat, ixtira və innovasiyaların (Tİİ) gücləndirilməsi" adlı layihə çərçivəsində keçirilən sorğunun növbəti nəticələri təqdim olunub
Azərbaycan Respublikasının Təhsil İnstitutu "Azərbaycanın ali təhsil sistemində tədqiqat, ixtira və innovasiyaların (Tİİ) gücləndirilməsi" adlı layihə çərçivəsində keçirilən sorğunun növbəti nəticələrini təqdim edir. Qeyd etmək lazımdır ki, Tİİ fəaliyyətlərinin vəziyyətinin monitorinqi və qiymətləndirilməsi məqsədilə keçirilən sorğuda 20 ali təhsil müəssisəsi (13-ü Təhsil Nazirliyinə, 6-sı digər nazirliklərə tabe, 1-i özəl olmaqla) iştirak edib. -
05.05.2021
"İcma əsaslı məktəbəqədər təhsilin inkişafı" layihəsi çərçivəsində uşaqlar üçün yeni veriliş hazırlanıb
Azərbaycan Respublikasının Təhsil İnstitutu tərəfindən icra olunan "İcma əsaslı məktəbəqədər təhsilin inkişafı" layihəsi çərçivəsində "UNICEF Azerbaijan"ın maliyyə dəstəyi ilə uşaqlar üçün yeni veriliş hazırlanıb. Müəllif nağılları əsasında hazırlanan "Nağıl bağı" verilişində uşaqlar sehirli nağıllar aləminə səyahət edəcək və maraqlı personajlarla tanış olacaqlar. -
05.05.2021
"Səriştə əsaslı qiymətləndirmə mütəxəssisi" adlı vəsait hazırlanıb
Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Təhsil İnstitutunun iştirakı ilə həyata keçirilən Avropa İttifaqının "Azərbaycanda Milli Kvalifikasiya Çərçivəsinin icrasına dəstək" texniki yardım layihəsi çərçivəsində hazırlanan və 4 moduldan ibarət olan yeddinci dərs vəsaiti "Səriştə əsaslı qiymətləndirmə mütəxəssisi" adlanır. Dərs vəsaitində 4 modul mövcuddur. -
04.05.2021
Məktəb direktorları və ibtidai sinif müəllimlərinin təlim ehtiyaclarının müəyyənləşdirilməsi üçün sorğu keçirilib
Azərbaycan Respublikası Təhsil İnstitutunun Təhsil işçilərinin peşəkar inkişafı mərkəzi tərəfindən məktəb direktorlarının və ibtidai sinif müəllimlərinin təlim ehtiyaclarının müəyyənləşdirilməsi məqsədilə onlayn formatda sorğular həyata keçirilib. -
03.05.2021
V sinif Təbiət fənni üzrə dərslik komplektinin müəllifləri arasında görüş keçirilib
Azərbaycan Respublikası Təhsil İnstitutunun Təhsil standartları və proqramları və Tədris resursları şöbələrinin təşkilatçılığı ilə 1 may 2021-ci il tarixində Sinqapurun "Alston" nəşriyyat evi ilə birgə keçirilən layihə çərçivəsində V sinif Təbiət fənni üzrə dərslik komplektinin müəllifləri arasında görüş keçirilib. Görüşdə, həmçinin Təhsil İnstitutunun direktoru Rüfət Əzizov və direktor müavini Ülkər Babayeva iştirak ediblər. -
03.05.2021
Doktorantlar üçün "Tədqiqata giriş" mövzusunda ilk seminar keçirilib
Azərbaycan Respublikası Təhsil İnstitutunun Elmi-pedaqoji kadrların hazırlanması şöbəsi 2020-2021-ci illərdə doktoranturaya qəbul olunan doktorantlar üçün 30 aprel 2021-ci il tarixində "Tədqiqata giriş" mövzusunda ilk seminarı təşkil edib.Tədbirdə İnstitutun direktor müavini, Əməkdar müəllim, dosent Ənvər Abbasov, elmi katib, Əməkdar müəllim, professor Akif Abbasov, İnstitutun Elmi-pedaqoji tədqiqatlar mərkəzinin direktoru, dosent İlham Cavadov, Elmi-pedaqoji tədqiqatlar mərkəzinin Təh -
30.04.2021
"Təhsil İnstitutu və Azərbaycan pedaqoji fikrinin inkişafı" mövzusunda vebinar keçirilib
Azərbaycan Respublikasının Təhsil İnstitutu 90 illik yubileyi ilə əlaqədar olaraq 2021-ci ilin aprel ayından etibarən "Təhsil İnstitutu - 90" adlı vebinarlar silsiləsinə start verib. Vebinarlar silsiləsinin ilk tədbiri 29 aprel tarixində "Təhsil İnstitutu və Azərbaycan pedaqoji fikrinin inkişafı" mövzusunda keçirilib. Tədbirin moderatoru Azərbaycan Respublikası Təhsil İnstitutunun Elmi-pedaqoji tədqiqatlar mərkəzinin direktoru İlham Cavadov olub. -
29.04.2021
Namiq Nağıyevin əziz xatirəsinə
Azərbaycan Respublikası Təhsil İnstitutunun Metodik Dəstək Mərkəzinin direktoru Namiq Nağıyev 30 iyun 1981-ci il tarixində Bakı şəhərində anadan olub. Ali təhsilini bakalavr və magistratura pilləsi üzrə Bakı Dövlət Universitetinin Filologiya fakültəsində alıb. Aspirantura təhsilini Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutununda davam etdirib. -
28.04.2021
"Rəqəmsal idarəetmədə süni intellekt" (AIFORDIGIGOV) konfransı keçirilib
26-28 aprel 2021-ci il tarixlərində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzinin təşkilatçılığı ilə dünya şöhrətli alim Lütfi Zadənin 100 illik yubileyinə həsr olunmuş "Rəqəmsal idarəetmədə süni intellekt" (AIFORDIGIGOV) konfransı keçirilib. -
27.04.2021
Azərbaycanlı şagirdlər PIRLS 2021 beynəlxalq qiymətləndirmə tədqiqatının əsas mərhələsində iştirak edirlər
IV siniflər PIRLS 2021-in əsas mərhələsində Azərbaycanlı şagirdlər PIRLS 2021 beynəlxalq qiymətləndirmə tədqiqatının əsas mərhələsində iştirak edirlər. IV siniflər PIRLS 2021-in əsas mərhələsində Azərbaycanlı şagirdlər PIRLS 2021 beynəlxalq qiymətləndirmə tədqiqatının əsas mərhələsində iştirak edirlər. -
26.04.2021
"Ehtiyat dərsliklər" layihəsi çərçivəsində müəllif komandasının görüşü keçirilib
Azərbaycan Respublikasının Təhsil İnstitutu tərəfindən həyata keçirilən "Ehtiyat dərsliklər" layihəsi çərçivəsində 4-cü sinif riyaziyyat dərsliyinin 1-ci hissəsinin hazırlanması istiqamətində müəllif komandasının görüşü keçirilib. Görüş zamanı müzakirəyə çıxarılan mövzular "Üçrəqəmli və dördrəqəmli ədədlərin birrəqəmli ədədə vurulması" və "Çoxrəqəmli ədədin birrəqəmli ədədə vurulması" olub. -
26.04.2021
"Əsas həyat bacarıqları" mövzusunda distant təlimlər davam edir
Azərbaycan Respublikasının Təhsil İnstitutu UNICEF (BMT-nin Uşaq Fondu) ilə birgə "Fövqəladə vəziyyət şəraitində uşaqlara və yeniyetmələrə məktəb əsaslı psixososial dəstəyin göstərilməsi" adlı layihənin icrasını davam etdirir. Layihə çərçivəsində cəbhəyanı ərazilərdə "Əsas həyat bacarıqları" mövzusunda distant təlimlər keçirilir.