XƏBƏRLƏR
-
01.03.2021
Beynəlxalq olimpiadalara riyaziyyat fənni üzrə hazırlaşan şagirdlər arasında seçmə imtahanları keçirilib.
Azərbaycan Respublikası Təhsil Nazirliyinin və Təhsil İnstitutunun birgə təşkilatçılığı ilə 23 və 25 fevral 2021-ci il tarixlərində beynəlxalq olimpiadalara riyaziyyat fənni üzrə hazırlaşan şagirdlər arasında Avropa Qızlar Riyaziyyat Olimpiadasına seçmə imtahanı keçirilib. -
25.02.2021
Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Təhsil İnstitutunun Sinqapurun təhsil şirkəti və nəşriyyat evi ilə uzunmüddətli əməkdaşlığı davam edir.
Sinqapurun təhsil şirkəti ilə həyata keçirilən əməkdaşlıq çərçivəsində Riyaziyyat fənni üzrə təhsil proqramının və dərsliklərin təkmilləşdirilməsi istiqamətində işlər aparılır. Həmçinin, Sinqapurun Alston nəşriyyat evi ilə birgə həyata keçirilən layihənin ilkin mərhələsində Təbiət elmləri üzrə dərsliklərin təkmilləşdirilməsi məqsədilə fəaliyyət göstərilir. -
24.02.2021
"Niyə gələcəyə yönəlik biznes təhsilinə BMT-nin Davamlı İnkişaf Məqsədləri üzrə təhsil də daxildir?" adlı vebinar keçirilib.
Vebinarda spiker qismində Korporativ idarəetmə sahəsində ixtisaslaşmış və idarə heyəti üzvlərinə konsultasiya verən təcrübəli korporativ hüquqşünas xanım Elvira de Yonq çıxış edib. -
22.02.2021
"Təhsil psixoloqu" ixtisasına daxil olan modullar
Azərbaycan Respublikası Təhsil Nazirliyinin və Təhsil İnstitutunun iştirakı ilə həyata keçirilən Avropa İttifaqının "Azərbaycanda Milli Kvalifikasiya Çərçivəsinin icrasına dəstək" texniki yardım layihəsi çərçivəsində hazırlanmış dördüncü dərs vəsaiti "Təhsil psixoloqu" ixtisası və bu ixtisasa daxil olan 5 moduldan ibarətdir. -
22.02.2021
Biologiya fənni üzrə sınaq imtahanı keçirilib
Azərbaycan Respublikası Təhsil Nazirliyinin və Təhsil İnstitutunun birgə təşkilatçılığı ilə 21 fevral 2021-ci il tarixində Beynəlxalq Olimpiadalara hazırlıq mərkəzində biologiya fənni üzrə sınaq imtahanı keçirilib. İmtahanda Bakı, Gəncə, Sumqayıt və digər bölgələrdən 40-a yaxın şagird iştirak edib. -
19.02.2021
''Tərbiyəçi-müəllim" ixtisasına daxil olan modullar
Azərbaycan Respublikası Təhsil Nazirliyinin və Təhsil İnstitutunun iştirakı ilə həyata keçirilən Avropa İttifaqının "Azərbaycanda Milli Kvalifikasiya Çərçivəsinin icrasına dəstək" texniki yardım layihəsi çərçivəsində növbəti dərs vəsaiti hazırlanıb. -
18.02.2021
"Məhsul menecmenti: nədir və necə tədris olunmalıdır? " adlı vebinar keçirilib.
Azərbaycan Respublikasının Təhsil İnstitutunun təşkilatçılığı ilə 17 fevral 2021-ci il saat 19:00-da "İş dünyası və ali təhsildə trendlər" vebinarlar silsiləsinin "Məhsul menecmenti: nədir və necə tədris olunmalıdır? " adlı üçüncü onlayn tədbiri baş tutub. -
15.02.2021
"Onlayn təhsilin təşkili və həyata keçirilməsinə nəzarət" mövzusunda vebinarlar yekunlaşmışdır.
Məktəb rəhbərləri (direktor və direktor müavinləri), yerli təhsili idarəetmə orqanlarının əməkdaşları üçün "Onlayn təhsilin təşkili və həyata keçirilməsinə nəzarət" mövzusunda və COVID-19 pandemiyası dövründə və sonrasında tədrisin təşkilinə dair məktəblərin və yerli təhsili idarəetmə orqanlarının əməkdaşlarının peşəkar inkişafı üçün vebinarlar təşkil olunmuşdur. -
11.02.2021
Azərbaycan Respublikasının Təhsil İnstitutunun təşkilatçılığı ilə bu gün saat 19:00-da "İş dünyası və ali təhsildə trendlər" onlayn vebinarlar silsiləsinin "Layihənin idarə edilməsi- Təhsildən təcrübəyə" adlı ikinci tədbiri baş tutub.
Təqdimatı bu sahədə böyük müvəffəqiyyət əldə etmiş və rəhbəri olduğu TANAP layihəsinin Layihələrin İdarəolunması İnstitutu ("Project Management Institute" (PMI)) tərəfindən "2020-ci il, İlin Layihəsi" mükafatına layiq görülmüş Polad Rüstəmov aparıb. -
10.02.2021
STEAM Azərbaycan
Təhsilalanlarda innovativ texnologiyalarla işləmək, həmçinin XXI əsr bacarıqlarının artırılması və özünükəşfetmə şansı yaratmaq məqsədilə 2019-2020-ci tədris ilindən Təhsil Nazirliyi tərəfindən tətbiqinə başlanılan "STEAM Azərbaycan" layihəsi hal-hazırda Bakı şəhəri də daxil olmaqla ölkə üzrə 45 regiondan 147 ümumi təhsil məktəbini əhatə edir. -
10.02.2021
Təhsil İnstitutu Azərbaycan Dövlət Pedaqoji Universiteti ilə birlikdə tələbələr üçün ən müasir STEAM dərslərin keçirilməsinə görə əməkdaşlıq edəcəklər.
Yeni dövr peşə hazırlıqları üçün Təhsil İnstitutunun STEAM Azərbaycan layihəsi tərəfindən hazırlanmış modullar ADPU-nin Fizika fakültəsinin 4-cü kurs tələbələrinə 48 akademik saatlıq pilot təlimlər şəklində tədris olunacaq.