XƏBƏRLƏR
-
23.04.2021
Təhsil İdarəçiliyi Beynəlxalq Konfransı öz işinə başlayıb
22 aprel 2021-ci il tarixində Azərbaycan Respublikası Təhsil İnstitutunun dəstəyi, Təhsil İdarəçiləri Assosiasiyası və T-Network təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə Təhsil İdarəçiliyi Beynəlxalq Konfransı start götürüb. Konfransda 9 fərqli ölkədən yerli və beynəlxalq tədqiqatçılar, alimlər və təhsil işçiləri iştirak edirlər. -
22.04.2021
PISA beynəlxalq qiymətləndirmə tədqiqatının pilot mərhələsinə başlanılıb
Azərbaycan PISA beynəlxalq qiymətləndirmə tədqiqatının pilot mərhələsində iştirak edir. Belə ki, aprelin 19-dan başlayan qiymətləndirmənin pilot mərhələsi Təhsil Nazirliyi və Təhsil İnstitutu tərəfindən həyata keçirilir. Tədqiqatın pilot mərhələsində Bakı üzrə 63 məktəbdən 3000 şagirdin iştirakı planlaşdırılıb. -
22.04.2021
"Azərbaycan ali təhsil müəssisələrində onlayn tədris prosesinin monitorinqi və qiymətləndirilməsi" mövzusunda TAIEX təlimləri start götürüb
Azərbaycan Respublikası Təhsil İnstitutunun tərəfdaşlığı ilə 21 aprel 2021-ci il tarixində "Azərbaycan ali təhsil müəssisələrində onlayn tədris prosesinin monitorinqi və qiymətləndirilməsi" mövzusunda TAIEX (Avropa İttifaqının texniki yardım və informasiya mübadiləsi aləti) təlimləri start götürüb. Azərbaycanın ali təhsil sistemində onlayn təhsilə töhfə vermək məqsədilə həyata keçiriləcək təlimlərdə əsas hədəf onlayn təhsilin keyfiyyətini - dərslərin təşkili, məzmunu, qiymətləndirilməs -
21.04.2021
Ali təhsil müəssisələrində Tİİ fəaliyyətlərinin vəziyyətinin monitorinqi və qiymətləndirilməsi məqsədilə sorğu keçirilib
Azərbaycan Respublikasının Təhsil İnstitutu "Azərbaycanın ali təhsil sistemində tədqiqat, ixtira və innovasiyaların (Tİİ) gücləndirilməsi" adlı layihəni icra edib. Təhsil Nazirliyinin əsas benefisiarı olduğu və Avropa İttifaqının maliyyələşdirdiyi layihə 2018-ci ilin oktyabr ayı ilə 2020-ci ilin may ayı arasında olan dövrü əhatə edib. Layihənin həyata keçirilməsində əsas məqsəd ali təhsil sistemində tədqiqat, ixtira və innovasiyaların strategiyası və idarəedilməsinin gücləndirilməsi -
19.04.2021
V-IX sinif riyaziyyat kurikulum və dərsliklərinin təkmilləşdirilməsi layihəsinin sonuncu təlimi keçirilib
Azərbaycan Respublikasının Təhsil İnstitutu 17 aprel 2021-ci il tarixində Marşel Kavendiş İnstitutu ilə əməkdaşlıq çərçivəsində V-IX sinif riyaziyyat kurikulum və dərsliklərinin təkmilləşdirilməsi layihəsinin 5-ci və sonuncu təlimini keçirib. Təlimdə yerli riyaziyyat mütəxəssisləri ötən təlim zamanı birgə müzakirə nəticəsində riyazi tapşırıqların müxtəlifləşdirilməsi haqqında hazırladıqları təhlili iştirakçılarla və Sinqapurlu mütəxəssislərlə bölüşüblər. -
15.04.2021
Təhsil İnstitutunun Strateji təhsil tədqiqatları və inkişaf layihələrinə rəhbərlik edən aparıcı elmi işçisi Dr. Könül Abaslının bölmə müəllifi olduğu kitab nəşr olunub
Azərbaycan Respublikası Təhsil İnstitutunun Strateji təhsil tədqiqatları və inkişaf layihələrinə rəhbərlik edən aparıcı elmi işçisi Dr. Könül Abaslının da bölmə müəllifi olduğu "Türkiye'de Yükseköğretimin Panoraması" adlı kitab "Nobel Akademik Yayıncılık" nəşriyyat evi tərəfindən nəşr olunub. Könül Abaslı tərəfindən hazırlanan bölmədə "Yükseköğretimin Göç Politikaları" (Ali təhsildə miqrasiya siyasəti) haqqında məlumatlar öz əksini tapıb və miqrasiyanın ali təh -
14.04.2021
Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbələri üçün STEAM təlimləri keçirilib
5-13 aprel 2021-ci il tarixlərində Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən başladılan və Təhsil İnstitutu tərəfindən icra olunan "STEAM Azerbaijan" layihəsi çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Fizika müəllimliyi fakültəsinin tələbələri üçün STEAM təlimləri keçirilib. Təlimlər zamanı iştirakçılara STEAM metodologiyaları, 3D modelləşdirmə və çap, birplatalı platformalarda kodlaşdırma (Micro:bit) modulları öyrədilib. -
13.04.2021
"Kibertəhlükəsizlik" təlim layihəsinin üçüncü fazası başa çatıb
Azərbaycan Respublikasının Təhsil İnstitutu tərəfindən həyata keçirilən "Kibertəhlükəsizlik" təlim layihəsinin üçüncü fazası başa çatıb. Kibertəhlükəsizlik, kibercinayətkarlıqla mübarizə haqqında bilik və bacarıqların inkişaf etdirilməsinə yönəlmiş layihə çərçivəsində 15 mart-9 aprel tarixlərində xaricdə təhsil alan, kibertəhlükəsizlik sahəsi üzrə ixtisaslaşan həmyerlilərimiz Pərvin Sadıqova və Miraqşin Abutalıbov tərəfindən təlimlər keçirilib. Nəzərinizə çatdıraq ki, Pərvin Sadıqova p -
13.04.2021
"Böhran vəziyyətlərində məktəbdə ilkin psixoloji yardım məsələləri" mövzusunda ixtisasartırma təlimləri təşkil olunub
Azərbaycan Respublikasının Təhsil İnstitutu UNICEF (BMT-nin Uşaq Fondu) ilə birgə "Fövqəladə vəziyyət şəraitində uşaqlara və yeniyetmələrə məktəb əsaslı psixososial dəstəyin göstərilməsi" adlı layihənin icrasını davam etdirir. Layihə çərçivəsində cəbhəyanı ərazilərdə fəaliyyət göstərən məktəb psixoloqları üçün "Böhran vəziyyətlərində məktəbdə ilkin psixoloji yardım məsələləri" mövzusunda ixtisasartırma təlimləri təşkil olunub. Təlimlər Vətən müharibəsindən təsirlənən müəlliml -
12.04.2021
V-IX sinif riyaziyyat kurikulum və dərsliklərinin təkmilləşdirilməsi layihəsi davam edir
Azərbaycan Respublikasının Təhsil İnstitutu və Sinqapurun Marşal Kavendiş İnstitutu tərəfindən birgə icra olunan V-IX sinif riyaziyyat kurikulum və dərsliklərinin təkmilləşdirilməsi layihəsi davam edir. Layihənin ikinci mərhələsində sinqapurlu riyaziyyat mütəxəssisləri Dr. Lai və cənab Brandon azərbaycanlı riyaziyyat mütəxəssislərinə riyaziyyat dərslikərinin təhlili prosesinin təfsilatı haqqında 5 təlim proqramı keçir. Təlimlərin əsas mövzusu dərsliklərin təhlili mərhələləri, metodikası, şagirdl -
12.04.2021
Azərbaycan Respublikası Təhsil İnstitutunun doktoranturasına ixtisas fənnindən qəbul imtahanları baş tutub
6 və 9 aprel 2021-ci il tarixlərində Azərbaycan Respublikası Təhsil İnstitutunun (ARTİ) doktoranturasına ixtisas fənnindən qəbul imtahanları baş tutub. Qəbul imtahanları Təhsilin təşkili və planlaşdırılması, Ümumi pedaqogika, pedaqogikanın və təhsilin tarixi ixtisasları üzrə həyata keçirilib. -
09.04.2021
"Azərbaycan ali təhsil müəssisələrində onlayn tədris prosesinin monitorinqi və qiymətləndirilməsi" mövzusunda TAIEX təlimləri keçiriləcək
Azərbaycan Respublikası Təhsil İnstitutunun tərəfdaşlığı ilə 21-23 aprel, 2021-ci il tarixlərində Azərbaycan ali təhsil sistemində onlayn təhsilə töhfə vermək məqsədilə "Azərbaycan ali təhsil müəssisələrində onlayn tədris prosesinin monitorinqi və qiymətləndirilməsi" mövzusunda TAIEX (Avropa İttifaqının texniki yardım və informasiya mübadiləsi aləti) təlimləri baş tutacaq. Bu təlimlərin əsas məqsədi Azərbaycanın ali təhsil müəssisələrində onlayn təhsilin keyfiyyətini (dərslərin təşkili