XƏBƏRLƏR
-
14.06.2021
"Bacarıq əsaslı təhsil yolunda Sinqapurun təhsil şirkətləri ilə əməkdaşlıq" adlı vebinar keçirilib
Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) 14 iyun saat 15:00-da "Bacarıq əsaslı təhsil yolunda Sinqapurun təhsil şirkətləri ilə əməkdaşlıq" adlı vebinar təşkil edib. Vebinarın spikerləri riyaziyyat fənni üzrə mütəxəssis Vüqar Musayev, təbiət fənləri üzrə mütəxəssis Yalçın İslamzadə, tədbirin moderatoru isə ARTİ-nin Təhsil standartları və proqramları şöbəsinin müdiri Mənsur Məhərrəmov olub. -
10.06.2021
Azərbaycan Respublikasının Təhsil İnstitutu kitabtoplama kampaniyasında iştirak edib
İşğaldan azad olunan bölgələrdə 90-cı illərin əvvəllərinədək fəaliyyət göstərmiş kitabxanaların kitab fondlarının bərpası ilə əlaqədar kitabtoplama kampaniyası həyata keçirilir. Kampaniya M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası və Mədəniyyət Nazirliyi tərəfindən təşkil olunur. -
10.06.2021
ARTİ uşaqların ruhi sağlamlığı və psixoloji rifahını dəstəkləməyə yardım edəcək videoçarxlar hazırlayıb
Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Təhsil İnstitutunun BMT-nin Uşaq Fondu (UNICEF) ilə birgə icra etdiyi "Fövqəladə vəziyyət şəraitində uşaqlara və yeniyetmələrə məktəb əsaslı psixososial dəstəyin göstərilməsi" adlı layihə çərçivəsində 2 videoçarx hazırlanıb. -
09.06.2021
"Lütfi Zadənin qeyri-səlis məntiq nəzəriyyəsi və onun təhsilə tətbiqi" mövzusunda vebinar keçirilib
Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) dünya şöhrətli alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi Lütfi Zadənin anadan olmasının 100 illiyinə həsr edilən vebinarlar silsiləsinə start verib. Vebinarlar silsiləsinin ilk tədbiri 8 may tarixində "Lütfi Zadənin qeyri-səlis məntiq nəzəriyyəsi və onun təhsilə tətbiqi" mövzusunda keçirilib. -
09.06.2021
Lisey və gimnaziyalara onlayn qeydiyyat prosesi başa çatır
Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən lisey və gimnaziyalara onlayn qeydiyyat prosesi 10 iyun saat 17:00-da dayandırılacaq. Lisey və gimnaziyalara qəbul prosesi Azərbaycan Respublikasının Təhsil İnstitutu tərəfindən həyata keçirilir. -
09.06.2021
"İcma əsaslı məktəbəqədər təhsilin inkişafı" layihəsi çərçivəsində uşaqlar üçün yeni verilişlər hazırlanıb
Azərbaycan Respublikasının Təhsil İnstitutu tərəfindən icra olunan "İcma əsaslı məktəbəqədər təhsilin inkişafı" layihəsi çərçivəsində uşaqlar üçün yeni verilişlər hazırlanıb. Verilişlər layihənin "Youtube" kanalında, həm də "Mədəniyyət TV" və "ARB Günəş" kanallarında yayımlanır. -
08.06.2021
2021-2022-ci tədris ili üçün doktoranturaya və dissertanturaya xarici dil üzrə qəbul imtahanında iştirak etmək istəyən namizədlərin qeydiyyatı başlayır
Dövlət İmtahan Mərkəzi (DİM) 2021-ci il iyunun 7-dən 13-dək 2021-2022-ci tədris ili üçün doktoranturaya və dissertanturaya xarici dil üzrə qəbul imtahanında iştirak etmək istəyən namizədlərin qeydiyyatını elan edir. -
08.06.2021
ARTİ Tədqiqat Mentorluq Proqramı üçün tədqiqat mentorlarının və mentilərin seçimi başa çatıb
Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) ARTİ Tədqiqat Mentorluq Proqramının icrasına başlayıb. Proqramın məqsədi mövcud tədqiqat potensialının gücləndirilməsi və ölkədə keyfiyyətli tədqiqatların sayının artırılmasıdır. 6 ay (İyun-Dekabr, 2021-ci il) davam etməsi nəzərdə tutulan Tədqiqat Mentorluq Proqramı üçün tədqiqat mentorlarının və mentilərin (mentorun tələbəsi) seçimi başa çatıb. -
07.06.2021
Kimya, biologiya və informatika fənləri üzrə keçirilən fənn olimpiadalarının respublika mərhələsinin final turunun nəticələri məlum olub
Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Təhsil İnstitutunun birgə təşkilatçılığı ilə kimya, biologiya və informatika fənləri üzrə keçirilən fənn olimpiadalarının respublika mərhələsinin final turunun nəticələri məlum olub. -
04.06.2021
Metodik Dəstək Mərkəzinin regionlara səfərləri davam edir
Azərbaycan Respublikası Təhsil İnstitutunun Metodik Dəstək Mərkəzinin (MDM) əməkdaşları regionlarda metodik xidmətin mövcud vəziyyətinin öyrənilməsi, metodik kabinet müdirləri və metodistlərlə tanışlıq məqsədilə bölgələrə səfərlərini davam etdirir.