XƏBƏRLƏR
-
30.07.2021
Lisey və gimnaziyalara keçirilmiş qəbul imtahanında boş qalan yerlərə müraciət prosesi həyata keçirilib
23-27 iyul 2021-ci il tarixlərində Azərbaycan Respublikası Təhsil Nazirliyinin birbaşa tabeliyində fəaliyyət göstərən lisey və gimnaziyalara mərkəzi sistemlə keçirilmiş qəbul imtahanında boş qalan yerlərə müraciət prosesi həyata keçirilib. Hər sinif pilləsi üzrə müvafiq keçid balını toplayan şagirdlərin ikinci seçim şansından istifadə imkanı yaradılıb. -
29.07.2021
"İKT bacarıqlarından səmərəli istifadə (Microsoft Word)" mövzusunda vebinar keçirilib
ARTİ-nin Metodik Dəstək Mərkəzi (MDM) 29 iyul 2021-ci il tarixində metodik kabinet əməkdaşları üçün növbəti vebinarını keçirib. Hansı mövzularda vebinarların keçirilməsinə ehtiyac olduğunu öyrənmək məqsədilə metodistlərlə öncədən sorğu keçirilib və bu sorğunun nəticələrinə uyğun olaraq "İKT bacarıqlarından səmərəli istifadə (Microsoft Word)" mövzusu səs çoxluğu ilə üstünlük təşkil edib. -
27.07.2021
ARTİ Tədqiqat Mentorluq Proqramının mentorları
Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) tərəfindən icra olunan ARTİ Tədqiqat Mentorluq Proqramına seçilən mentorların daha bir qismi haqqında ətraflı məlumatı diqqətinizə çatdırırıq. Nəzərinizə çatdıraq ki, davamlı olaraq həyata keçirilməsi planlaşdırılan proqramda iştirak üçün 21 nəfər mentor seçilib. Proqramda iştirak edən mentorlar ümumi təhsil, peşə təhsili və ali təhsilin müxtəlif istiqamətləri üzrə tədqiqat işlərinə rəhbərlik edəcəklər. -
27.07.2021
MİQ imtahanları ilə bağlı ARTİ-nin direktoru Rüfət Əzizov mətbuata açıqlama verib
Açıqlamada qeyd olunur ki, 60.000-dən çox şəxsin müraciət etdiyi və indiyə qədər 40.000-ə yaxın namizədin iştirak etdiyi müəllimlərin işə qəbulu imtahanları 5 iyul tarixindən etibarən həyata keçirilir. Açıqlamada qeyd olunur ki, 60.000-dən çox şəxsin müraciət etdiyi və indiyə qədər 40.000-ə yaxın namizədin iştirak etdiyi müəllimlərin işə qəbulu imtahanları 5 iyul tarixindən etibarən həyata keçirilir. Açıqlamada qeyd olunur ki, 60.000-dən çox şəxsin müraciət etdiyi və indiyə qədər 40.000-ə -
26.07.2021
"Azərbaycanda inşaat mühəndisliyinin perspektivləri: inşaat mühəndisliyi məzunları üçün karyera seçimləri" mövzusunda vebinar keçirilib
Azərbaycan Respublikasının Təhsil İnstitutu, Bakı Mühəndislik Universiteti və "2019-2023 Dövlət Proqramı"nın birgə təşkilatçılığı ilə ölkədə mühəndislik ixtisaslarının təbliği məqsədilə vebinarlar davam etdirilir. Növbəti vebinar "Azərbaycanda inşaat mühəndisliyinin perspektivləri: inşaat mühəndisliyi məzunları üçün karyera seçimləri" mövzusunda keçirilib. -
26.07.2021
ARTİ və ADPU "SABAH Magistratura" proqramını birgə təşkil edəcəklər
Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) "SABAH Magistratura" proqramı çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) "Təlim və tədrisin təşkili və metodikası" ixtisaslaşması üzrə yeni məzmunun yaradılması və tətbiqi prosesini təşkil edəcək. -
23.07.2021
Lisey və gimnaziyalara keçirilmiş qəbul imtahanında boş qalan yerlərə müraciətlərə start verilir
Azərbaycan Respublikası Təhsil Nazirliyinin birbaşa tabeliyində fəaliyyət göstərən lisey və gimnaziyalara mərkəzi sistemlə keçirilmiş qəbul imtahanında boş qalan yerlərə növbəti tur üçün müraciətlərə start verilir. -
23.07.2021
ARTİ "Sabah Magistratura" proqramı çərçivəsində qrant müsabiqəsinin qalibi oldu
Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) "SABAH Magistratura" proqramı çərçivəsində Azərbaycan Texniki Universitetində (AzTU) "Logistika və nəqliyyat" ixtisaslaşmasının təşkili ilə bağlı keçirilən, ümumi məbləği 228,000 AZN olan qrant müsabiqəsinin qalibi olub. -
22.07.2021
ARTİ Tədqiqat Mentorluq Proqramının mentorları
Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) tərəfindən icra olunan ARTİ Tədqiqat Mentorluq Proqramına seçilən mentorların daha bir qismi haqqında ətraflı məlumatı diqqətinizə çatdırırıq. Nəzərinizə çatdıraq ki, davamlı olaraq həyata keçirilməsi planlaşdırılan proqramda iştirak üçün 21 nəfər mentor seçilib. Proqramda iştirak edən mentorlar ümumi təhsil, peşə təhsili və ali təhsilin müxtəlif istiqamətləri üzrə tədqiqat işlərinə rəhbərlik edəcəklər. -
17.07.2021
Metodik Dəstək Mərkəzi regionlara səfərlərini davam etdirir
Azərbaycan Respublikasının Təhsil İnstitutunun Metodik Dəstək Mərkəzinin (MDM) əməkdaşları regionlarda metodik xidmətin mövcud vəziyyətinin öyrənilməsi, metodik kabinet müdirləri və metodistlərlə tanışlıq məqsədilə bölgələrə səfərlərini davam etdirir. -
17.07.2021
"Ağıllı məktəb" yarışmasının qaliblərinin mükafatlandırma mərasimi keçirilib
Səbail Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və Azərbaycan Respublikasının Təhsil İnstitutunun (ARTİ) "STEAM Azərbaycan" layihəsi komandasının birgə əməkdaşlığı ilə dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadənin 100 illik yubileyinə həsr olunmuş "Tikdim ki, izim qala" adlı "Ağıllı məktəb" yarışması təşkil olunub.