XƏBƏRLƏR
-
15.07.2021
"Azərbaycanın ali təhsil sistemində tədqiqat, ixtira və innovasiyaların (Tİİ) gücləndirilməsi" adlı layihə çərçivəsində keçirilən sorğunun növbəti nəticələri təqdim olunub
Azərbaycan Respublikasının Təhsil İnstitutu "Azərbaycanın ali təhsil sistemində tədqiqat, ixtira və innovasiyaların (Tİİ) gücləndirilməsi" adlı layihə çərçivəsində keçirilən sorğunun növbəti nəticələrini təqdim edir. -
15.07.2021
"Lütfi Zadə: təfəkkürdə, məntiqdə, elmdə inqilab" mövzusunda vebinar keçirilib
Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) dünya şöhrətli alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi Lütfi Zadənin anadan olmasının 100 illiyinə həsr edilən vebinarlar silsiləsini davam etdirir. Növbəti vebinar 14 iyul 2021-ci il tarixində "Lütfi Zadə: təfəkkürdə, məntiqdə, elmdə inqilab" mövzusunda keçirilib. -
14.07.2021
Qafqaz Albaniyası irsi haqqında layihə start götürür
Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) işğaldan azad edilmiş ərazilərdə humanitar və tarixi, mədəniyyət, dini məsələlər üzrə fəaliyyətlərə start verir. Sözügedən işlər işğaldan azad edilmiş ərazilərdə hərbi-siyasi, sosial-iqtisadi, humanitar, təşkilati və digər təxirəsalınmaz məsələlərin həlli ilə bağlı fəaliyyət planına əsasən həyata keçiriləcək. -
13.07.2021
"Elmi kadr hazırlığı məsələləri" adlı metodik vəsait hazırlanıb
Azərbaycan Respublikasının Təhsil İnstitutunun (ARTİ) Elmi-pedaqoji kadrların hazırlanması şöbəsinin əməkdaşları tərəfindən fəlsəfə və elmlər doktoru proqramı üzrə doktorant və dissertantlar üçün nəzərdə tutulmuş "Elmi kadr hazırlığı məsələləri" adlı 356 səhifəlik metodik vəsait nəşr olunub. -
12.07.2021
Azərbaycan Respublikasının Təhsil İnstitutunda təcrübə proqramı həyata keçirilir
ABŞ-ın Corc Vaşinqton Universiteti ilə Azərbaycan Dövlət Pedaqoji Universiteti arasında həyata keçirilən ikili diplom proqramında "Təhsil ixtisası" istiqaməti üzrə magistratura səviyyəsində təhsil alan tələbələr 15 may-15 sentyabr 2021-ci il tarixlərində ARTİ-də təcrübə proqramına qoşulublar. -
09.07.2021
"Datalar, cəmiyyət və rəqəmsallaşma: İnnovativ təhsil mühitinin formalaşmasında inkişafda olan texnologiyaların rolu" adlı vebinar təşkil edilib
Azərbaycan Respublikasının Təhsil İnstitutu 8 iyul 2021-ci il tarixində "Datalar, cəmiyyət və rəqəmsallaşma: İnnovativ təhsil mühitinin formalaşmasında inkişafda olan texnologiyaların rolu" adlı vebinar təşkil edib. -
08.07.2021
Metodik Dəstək Mərkəzi regionlara səfərlərini davam etdirir
Azərbaycan Respublikası Təhsil İnstitutunun Metodik Dəstək Mərkəzinin (MDM) əməkdaşları regionlarda metodik xidmətin mövcud vəziyyətinin öyrənilməsi, metodik kabinet müdirləri və metodistlərlə tanışlıq məqsədilə bölgələrə səfərlərini davam etdirir. -
07.07.2021
Məktəbəqədər təhsil üzrə pedaqoji kursların təşkili ilə bağlı layihəyə start verilib
Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) tərəfindən icra olunan "İcma əsaslı məktəbəqədər təhsilin inkişafı" layihəsi ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) birgə əməkdaşlığı çərçivəsində məktəbəqədər təhsil üzrə pedaqoji kursların təşkili ilə bağlı layihəyə start verilib. -
07.07.2021
Professor Şahlar Əsgərovun və əməkdar müəllim Asif Cahangirovun yeni kitablarının təqdimat mərasimi keçirilib
7 iyul 2021-ci il tarixində Azərbaycan Respublikasının Təhsil İnstitutunda (ARTİ) Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, professor Şahlar Əsgərovun "Düzgün qərarın hikməti" və əməkdar müəllim, təhsil eksperti Asif Cahangirovun "Təhsilimiz: dünəndən sabaha" adlı yeni işıq üzü görən kitablarının təqdimat mərasimi keçirilib. -
06.07.2021
Riyaziyyat və ibtidai sinif müəllimləri üçün seminar təşkil olunub
Azərbaycan Respublikasının Təhsil İnstitutunun Təhsil işçilərinin peşəkar inkişafı mərkəzi "Həmkara dəstək" layihəsi çərçivəsində Yay məktəbini davam etdirir. Yay məktəbinin növbəti seminarı riyaziyyat və ibtidai sinif müəllimləri üçün təşkil olunub. Seminarın mövzusu "Fəza həndəsəsi: fəza fiqurları və müstəvinin tənliyi" olub.