XƏBƏRLƏR
-
22.06.2021
"İbtidai və orta məktəbdə onlayn təhsil: onlayn öyrənmə nəticələrini necə qiymətləndirməli?" mövzusunda TAIEX təlimləri start götürüb
21 iyun 2021-ci il tarixində Azərbaycan Respublikası Təhsil İnstitutunun (ARTİ) təşkilatçılığı ilə Avropa İttifaqı tərəfindən maliyyələşdirilən "İbtidai və orta məktəbdə onlayn təhsil: onlayn öyrənmə nəticələrini necə qiymətləndirməli?" mövzusunda TAIEX (Avropa İttifaqının texniki yardım və informasiya mübadiləsi aləti) təlimləri start götürüb. -
22.06.2021
"Elektrik mühəndisliyinin gələcək perspektivləri" mövzusunda vebinar keçirilib
Azərbaycan Respublikasının Təhsil İnstitutu, Bakı Mühəndislik Universiteti və "2019-2023 Dövlət Proqramı"nın birgə təşkilatçılığı ilə ölkədə mühəndislik ixtisaslarının təbliği məqsədilə vebinarlara start verilib. 21 iyun 2021-ci il tarixində "Elektrik mühəndisliyinin gələcək perspektivləri" mövzusunda ilk vebinar keçirilib. -
21.06.2021
Metodik Dəstək Mərkəzi regionlara səfərlərini davam etdirir
Azərbaycan Respublikası Təhsil İnstitutunun Metodik Dəstək Mərkəzinin (MDM) əməkdaşları regionlarda metodik xidmətin mövcud vəziyyətinin öyrənilməsi, metodik kabinet müdirləri və metodistlərlə tanışlıq məqsədilə bölgələrə səfərlərini davam etdirir. -
21.06.2021
"Qərarvermədə məktəb direktorlarının stereotipləri: Fenomenoloji analiz" adlı məqalə dərc olunub
Azərbaycan Respublikasının Təhsil İnstitutunun (ARTİ) Strateji təhsil tədqiqatları və inkişaf layihələrinə rəhbərlik edən aparıcı elmi işçi Könül Abaslının həmmüəllifi olduğu "Stereotypes of school administrators in decision-making: A phenomenological analysis" ("Qərarvermədə məktəb direktorlarının stereotipləri: Fenomenoloji analiz") adlı məqalə Scopus verilənlər bazasına daxil olan "The Malaysian Online Journal of Educational Management - MOJEM" jurnalında (Mala -
19.06.2021
"Metodistin peşəkar portfoliosu" mövzusunda vebinar keçirilib
Azərbaycan Respublikasının Təhsil İnstitutunun Metodik Dəstək Mərkəzi (MDM) 18 iyun 2021-ci il tarixində metodik kabinet əməkdaşları üçün növbəti vebinarını keçirib. "Metodistin peşəkar portfoliosu" mövzusunda təşkil olunan vebinarda metodistlərə peşəkar portfolionun hazırlanmasının əhəmiyyəti, portfolioya daxil olan sənədlər, görülən işlərin nəticələrinin portfolioda necə toplanması, perspektivli fəaliyyətin təşkili üçün zəruri tövsiyələr verilib. -
18.06.2021
"Məktəbəqədər təhsil müasir tədqiqatlar çərçivəsində" adlı vebinar keçirilib
Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) 90 illik yubileyi ilə əlaqədar olaraq 2021-ci ilin aprel ayından etibarən "Təhsil İnstitutu - 90" adlı vebinarlar silsiləsinə start verib. Vebinarlar silsiləsinin növbəti tədbiri 17 iyun 2021-ci il tarixində "Məktəbəqədər təhsil müasir tədqiqatlar çərçivəsində" mövzusunda keçirilib. -
18.06.2021
ARTİ Tədqiqat Mentorluq Proqramının mentorları
Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) tərəfindən icra olunan ARTİ Tədqiqat Mentorluq Proqramına seçilən mentorlar haqqında ətraflı məlumatı diqqətinizə çatdırırıq. Nəzərinizə çatdıraq ki, davamlı olaraq həyata keçirilməsi planlaşdırılan proqramda iştirak üçün 23 nəfər mentor seçilib. Proqramında iştirak edən mentorlar ümumi təhsil, peşə təhsili və ali təhsilin müxtəlif istiqamətləri üzrə tədqiqat işlərinə rəhbərlik edəcəklər. -
17.06.2021
Müəllimlərin işə qəbulu müsabiqəsində və Sertifikasiya imtahanında iştirak edəcək namizədlər üçün sınaq imtahanlarının 2-ci sessiyasına qeydiyyat başa çatır
17 iyun saat 23:59-da Müəllimlərin işə qəbulu müsabiqəsində və Sertifikasiya imtahanında iştirak edəcək namizədlər üçün sınaq imtahanlarının 2-ci sessiyasına qeydiyyat başa çatır. -
17.06.2021
"İbtidai və orta məktəbdə onlayn təhsil: onlayn öyrənmə nəticələrini necə qiymətləndirməli?" mövzusunda TAIEX təlimləri keçiriləcək
21-23 iyun 2021-ci il tarixlərində Azərbaycan Respublikası Təhsil İnstitutunun (ARTİ) təşkilatçılığı ilə Avropa İttifaqı tərəfindən maliyyələşdirilən "İbtidai və orta məktəbdə onlayn təhsil: onlayn öyrənmə nəticələrini necə qiymətləndirməli?" mövzusunda TAIEX (Avropa İttifaqının texniki yardım və informasiya mübadiləsi aləti) təlimləri keçiriləcək. -
16.06.2021
Lisey və gimnaziyalara şagird qəbulu başladı
16 iyun 2021-ci il tarixindən etibarən Təhsil Nazirliyinin birbaşa tabeliyində olan, eləcə də Bakı Şəhər Təhsil İdarəsi tabeliyində fəaliyyət göstərən lisey və gimnaziyalarda təhsil almaq istəyən şagirdlər üçün qəbul imtahanları başlayıb. İmtahanlar iyun ayının 17, 18 və 21-də davam edəcək. -
14.06.2021
Təhsil nazirinin müavini Firudin Qurbanov ARTİ-nin rəhbər heyəti ilə görüşüb
Azərbaycan Respublikasının təhsil nazirinin müavini Firudin Qurbanov Azərbaycan Respublikasının Təhsil İnstitutuna (ARTİ) gəlib, institutun inzibati binası, iş şəraiti və kollektivi ilə tanış olub. Daha sonra ARTİ-nin rəhbər heyəti ilə görüş keçirilib. -
14.06.2021
ARTİ ilə Azərbaycan Texniki Universitetinin rəhbərlikləri arasında görüş keçirilib
ARTİ-də baş tutan görüşdə Azərbaycan Texniki Universitetinin rektoru professor Vilayət Vəliyev, prorektor Sübhan Namazov, Keyfiyyətin idarə olunması şöbəsinin müdiri Təhminə Yaqubova, ARTİ tərəfdən direktor Rüfət Əzizov, direktor müavini Nəcibə Mustafayeva, Təhsildə innovasiyalar şöbəsinin müdiri Abutab Abbasova və Təhsildə strateji tədqiqatlar proqramının rəhbəri Könül Abaslı iştirak ediblər.