XƏBƏRLƏR
-
18.08.2021
Elektron məzmunun yaradılması istiqamətində təlimlərin sertifikatları təqdim olunub
"Müəllimlərin potensialının artırılması və Azərbaycan Respublikası Təhsil Nazirliyi üçün təhsil informasiya sisteminin yaradılması" texniki yardım layihəsi çərçivəsində təhsil işçiləri üçün təşkil olunan təlimlərin beynəlxalq sertifikatları təqdim olunub. -
18.08.2021
"Mətn üzrə işin təşkili metodikası" mövzusunda təlimlərə start verilib
16 avqust tarixindən etibarən ARTİ-nin Təhsil işçilərinin peşəkar inkişafı mərkəzi tərəfindən "Pedoqoji Kadrların ixtisasartırma təlimini həyata keçirən şəxslər üçün təlim proqramı" əsasında "Mətn üzrə işin təşkili metodikası" mövzusunda təlimlərə start verilib. -
17.08.2021
ARTİ və BDU "Kompüter elmləri və texnologiyaları" ixtisaslaşması üzrə "SABAH Magistratura" proqramını birgə təşkil edəcək
Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) "SABAH Magistratura" proqramı çərçivəsində Bakı Dövlət Universitetinin (BDU) "Kompüter elmləri və texnologiyaları" ixtisaslaşması üzrə yeni məzmunun yaradılması və tətbiqi prosesini təşkil edəcək. -
17.08.2021
Azərbaycan Texniki Universitetinin "Logistika və nəqliyyat" ixtisaslaşması üzrə müəllimlər əməkdaşlığa dəvət edilir
Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) "SABAH Magistratura" proqramı çərçivəsində 2021/2022-ci tədris ilinin payız semestrində Azərbaycan Texniki Universitetinin "Logistika və nəqliyyat" ixtisaslaşması üzrə müəllimləri əməkdaşlığa dəvət edir. -
17.08.2021
Bakı Dövlət Universitetinin "Kompüter elmləri və texnologiyaları" ixtisaslaşması üzrə müəllimlər əməkdaşlığa dəvət edilir
Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) "SABAH Magistratura" proqramı çərçivəsində 2021/2022-ci tədris ilinin payız semestrində Bakı Dövlət Universitetinin "Kompüter elmləri və texnologiyaları" ixtisaslaşması üzrə müəllimləri əməkdaşlığa dəvət edir. -
16.08.2021
TİPİM tərəfindən təlimçi seçimi üçün imtahanlar təşkil olunub
ARTİ-nin Təhsil işçilərinin peşəkar inkişafı mərkəzi (TİPİM) tərəfindən "İbtidai təhsil səviyyəsində dərs deyən müəllimlər üçün Azərbaycan dili və riyaziyyat fənlərinin məzmunu, ehtiyat dərsliklərin tətbiqi metodikası" üzrə imtahan təşkil olunub. İmtahanda ixtisasartırma proqramı çərçivəsində əvvəlki illərdə bu mövzuda təlim keçmiş təlimçilər iştirak ediblər. -
13.08.2021
"Səriştəli metodist" adlı vebinar keçirilib
ARTİ-nin Metodik Dəstək Mərkəzi (MDM) 13 avqust 2021-ci il tarixində metodik kabinet əməkdaşları üçün növbəti vebinarı təşkil edib. Daha öncə metodik kabinet müdirləri və metodistlər üçün vebinarların mövzularının müəyyən olunması məqsədilə metodik kabinet əməkdaşları arasında sorğu keçirilib. 429 nəfər metodik kabinet əməkdaşı arasında keçirilən sorğuya əsasən müəyyən olunan mövzulara uyğun olaraq "Səriştəli metodist" adlı vebinar keçirilib. -
11.08.2021
"İxtisasartırma proqramlarının məzmunu və qiymətləndirilməsi" mövzusunda seminar keçirilib
10 avqust 2021-ci il tarixində Təhsil işçilərinin peşəkar inkişafı mərkəzində Əlavə Təhsil Mərkəzlərinin peşəkar inkişafına dəstək məqsədi ilə "İxtisasartırma proqramlarının məzmunu və qiymətləndirilməsi" mövzusunda seminar keçirilib. -
11.08.2021
"Erkən yaşda uşaq inkişafı sahəsində bilik və bacarıqların artırılması üçün 108 saatlıq pedaqoji kurs" təşkil edilib
9 avqust tarixindən etibarən 2021-2022-ci tədris ilində yeni icma əsaslı məktəbəqədər təhsil qruplarında çalışacaq və eləcə də, artıq bir neçə ildir işləyən bir qrup tərbiyəçi-müəllim üçün "Erkən yaşda uşaq inkişafı sahəsində bilik və bacarıqların artırılması üçün 108 saatlıq pedaqoji kurs" təşkil edilib. -
10.08.2021
"Qafqaz Albaniyası və Azərbaycanın dövlətçilik tarixi" mövzusunda vebinar keçirilib
ARTİ işğaldan azad edilmiş ərazilərdə humanitar və tarixi, təhsil, mədəniyyət, dini məsələlər üzrə həyata keçirdiyi fəaliyyətlər çərçivəsində "Qafqaz Albaniyası və Azərbaycanın dövlətçilik tarixi" mövzusunda vebinar təşkil edib.