XƏBƏRLƏR
-
24.09.2021
"Ümumi təhsil pilləsində qiymətləndirmə üzrə milli siyasətin gücləndirilməsi və müəllimlərin peşə standartlarının hazırlanması" adlı layihə start götürüb
ARTİ Azərbaycan Respublikasının Təhsil Nazirliyi və BMT-nin Uşaq Fondu (UNICEF) ilə birgə "Ümumi təhsil pilləsində qiymətləndirmə üzrə milli siyasətin gücləndirilməsi və müəllimlərin peşə standartlarının hazırlanması" adlı layihənin icrasına başlayıb. -
24.09.2021
Regionlar üzrə metodik kabinet müdirlərinin onlayn görüşü keçirilib
ARTİ-nin Metodik dəstək mərkəzi tərəfindən 24 sentyabr tarixində regionlar üzrə metodik kabinet müdirlərinin onlayn görüşü keçirilib. Görüşün aparıcısı ARTİ-nin Metodik dəstək mərkəzinin Əlaqələndirmə şöbəsinin müdiri Elxan Nəcəfov olub. -
24.09.2021
ARTİ tərəfindən ümumtəhsil məktəblərinin Azərbaycan və rus bölmələrinin ibtidai sinifləri üçün Azərbaycan dili və riyaziyyat dərslik komplektləri hazırlanıb
ARTİ tərəfindən ümumtəhsil məktəblərinin Azərbaycan və rus bölmələrinin ibtidai sinifləri üçün Azərbaycan dili və riyaziyyat dərslik komplektləri hazırlanıb. Pilot olaraq sınaqdan keçirildikdən sonra I və II siniflər üçün dərslik komplektləri cari tədris ilindən etibarən ölkə üzrə kütləvi istifadəyə verilib. -
23.09.2021
ARTİ-nin yeni doktorantlarına "İxtisasa giriş" mövzusunda ilk seminar keçirilib
ARTİ-nin yeni qəbul olunmuş doktorantlarına ənənəvi olaraq ilk seminar keçirilib. "İxtisasa giriş" mövzusunda ilk seminarı Elmi-pedaqoji kadrların hazırlanması şöbəsinin müdiri, pedaqogika üzrə elmlər doktoru, professor Hümeyir Əhmədov keçib. -
22.09.2021
8 ümumtəhsil müəssisəsində təşkil olunan inklüziv siniflərdə 16 uşaq təhsilə cəlb edilib
2021-2022-ci tədris ilində yeni seçilmiş 8 ümumtəhsil müəssisəsində təşkil olunan inklüziv siniflərdə 16 uşaq təhsilə cəlb edilib. Sözügedən müəssisələr Bakı şəhəri 246 nömrəli məktəb-lisey, Quba şəhəri 2 nömrəli məktəb-lisey, Gəncə şəhəri 39 nömrəli tam orta məktəb, Sumqayıt şəhəri 4 nömrəli tam orta məktəb, Sumqayıt şəhəri 21 nömrəli tam orta məktəb, Şirvan şəhəri 10 nömrəli tam orta məktəb, Qazax şəhəri 2 nömrəli tam orta məktəb və Şəki şəhəri 12 nömrəli tam orta məktəbdir. -
22.09.2021
ARTİ-nin direktor müavini Ülkər Babayeva beynəlxalq vebinarda "Təhsildə beynəlxalq qiymətləndirmələr: Azərbaycan nümunəsi" adlı təqdimatla çıxış edib
22 sentyabr tarixində "Son 20 ildəki beynəlxalq miqyaslı qiymətləndirmələr siyasətə və təcrübəyə necə təsir edə bilər: Təhsilin keyfiyyətini artırmaq üçün qlobal dərslər" adlı vebinarda ARTİ-nin direktor müavini Ülkər Babayeva "Təhsildə beynəlxalq qiymətləndirmələr: Azərbaycan nümunəsi" adlı təqdimatla çıxış edib. -
22.09.2021
"Peşəkar ol" layihəsi üzrə seminarlara start verilib
ARTİ-nin Təhsil işçilərinin peşəkar inkişafı mərkəzi Bakı Slavyan Univeritetinin müəllimlik ixtisası üzrə təhsil alan IV kurs tələbələri üçün "Peşəkar ol" layihəsi üzrə seminarlara start verib. 12 saatlıq proqram əsasında 5 gün müddətində təlimlərin keçirilməsi nəzərdə tutulur. Seminarda könüllü olaraq 20 nəfər tələbə iştirak edir. -
21.09.2021
"Erkən yaşda uşaq inkişafı sahəsində bilik və bacarıqların artırılması üçün 108 saatlıq pedaqoji kurs" yekunlaşıb
ARTİ tərəfindən icra olunan "İcma əsaslı məktəbəqədər təhsil" layihəsinin Azərbaycan Dövlət Pedaqoji Universiteti ilə birgə əməkdaşlığı çərçivəsində hazırlanan "Erkən yaşda uşaq inkişafı sahəsində bilik və bacarıqların artırılması üçün 108 saatlıq pedaqoji kurs"un ilk mərhələsinə yekun vurulub. -
21.09.2021
"ADA" Universiteti və ARTİ arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb
"ADA" Universitetində keçirilən tədbirdə ARTİ-nin direktoru Rüfət Əzizov, direktor müavini Nəcibə Mustafayeva, Təhsil işçilərinin peşəkar inkişafı mərkəzinin direktoru Nəzakət Mehdiyeva, "ADA" Universitetinin Təhsilin idarə edilməsi fakültəsinin dekanı Vəfa Kazdal, fakültənin əməkdaşları iştirak ediblər. -
21.09.2021
ARTİ-nin direktor müavini Ülkər Babayeva beynəlxalq vebinarda çıxış edəcək
"Son 20 ildəki beynəlxalq miqyaslı qiymətləndirmələr siyasətə və təcrübəyə necə təsir edə bilər: təhsilin keyfiyyətini artırmaq üçün qlobal dərslər" adlı vebinarda ARTİ-nin direktor müavini Ülkər Babayeva "Təhsildə beynəlxalq qiymətləndirmələr: Azərbaycan nümunəsi" adlı təqdimatla çıxış edəcək. -
20.09.2021
Ali və orta ixtisas təhsili müəssisələrində tədrisin məsafədən təşkilinə dair sorğu keçirilib
Ali və orta ixtisas təhsili müəssisələrində tədrisin məsafədən təşkili vəziyyətini öyrənmək üçün Təhsil Nazirliyinin dəstəyi ilə ARTİ tərəfindən cari ilin aprel-iyun aylarında Google Forms vasitəsilə ali və orta ixtisas təhsili müəssisələrində çalışan 2862 nəfər professor-müəllim heyəti ilə onlayn sorğu keçirilib. -
20.09.2021
Masallı rayonu üzrə həyata keçirilən "STEAM Azerbaijan" və "İcma əsaslı məktəbəqədər təhsil" layihəsi çərçivəsində görülən işlər təqdim olunub
17 sentyabr 2021-ci il tarixində ARTİ-nin direktoru Rüfət Əzizov və Masallı Rayon Təhsil Şöbəsinin müdiri Tariyel Əkbərov Masallı rayonu üzrə həyata keçirilən "STEAM Azerbaijan" və "İcma əsaslı məktəbəqədər təhsil" layihəsi çərçivəsində görülən işlərlə, tədris otaqlarında yaradılmış şəraitlə, şagirdlərin və uşaqların layihələr çərçivəsində hazırladıqları əl işləri ilə yaxından tanış olublar.