XƏBƏRLƏR
-
13.09.2021
"İbtidai siniflərin I və II sinifləri üçün yeni "nəsil" Riyaziyyat dərslik komplekti: innovativ quruluş, məzmun və təlim metodikası" adlı vebinar keçiriləcək
ARTİ 15 sentyabr saat 12:00-da "İbtidai siniflərin I və II sinifləri üçün yeni "nəsil" Riyaziyyat dərslik komplekti: innovativ quruluş, məzmun və təlim metodikası" adlı vebinar təşkil edəcək. -
13.09.2021
Təhsildə Yeni Çağırışlar II Beynəlxalq Forumunun növbəti spikeri Maykl Fullandır
1 oktyabr 2021-ci il tarixində keçiriləcək Təhsildə Yeni Çağırışlar II Beynəlxalq Forumunun növbəti spikeri Maykl Fullanı təqdim edirik. Maykl Fullan Toronto Universitetinin fəxri professoru, "Dərin öyrənmə" nəzəriyyəsinin yaradıcısı, beynəlxalq səviyyədə tanınan yazıçı və təhsil tədqiqatçısıdır. O, təhsildə islahat və liderlik üzrə ən tanınmış mütəxəssislərdən biri hesab edilir. 40-dan çox liderlik və dərin öyrənmə üzrə kitabların müəllifidir. -
13.09.2021
Masallıda "İcma əsaslı məktəbəqədər təhsil" layihəsi çərçivəsində yerli icma nümayəndələri ilə görüş keçirilib
Sentyabrın 10-da "İcma əsaslı məktəbəqədər təhsil" layihəsi çərçivəsində yerli icma nümayəndələri ilə görüş məqsədilə Masallı rayonuna səfər təşkil olunub. Səfər çərçivəsində ARTİ-nin direktoru Rüfət Əzizov, layihənin rəhbəri İlahə Rəsulova və Masallı Rayon Təhsil Şöbəsinin müdiri Tariyel Əkbərov ilk öncə ümummilli lider Heydər Əliyevin Masallı şəhərində yerləşən abidəsini ziyarət ediblər. -
10.09.2021
"Peşəkar ol" proqramı əsasında təlimlərə start verilir
ARTİ-nin Təhsil işçilərinin peşəkar inkişafı mərkəzi 2017-ci ildən etibarən start verilən "Peşəkar ol" layihəsini davam etdirir. Cari il üçün daxil olan müraciətlər əsasında ilk təlimlərin Bakı Slavyan Universitetinin (BSU) tələbələri üçün keçirilməsi planlaşdırılır. Belə ki, BSU-nun pedaqoji fakültələrində təhsil alan sonuncu kurs bakalavr və magistr tələbələri üçün "Peşəkar ol" proqramı əsasında təlimlərə start veriləcək. -
10.09.2021
"Refleksiv müəllim" seminarı keçirilib
10 sentyabr saat 11:00-da ARTİ-nin Təhsil işçilərinin peşəkar inkişafı mərkəzi tərəfindən Azərbaycan dili və ədəbiyyat fənnini tədris edən müəllimlər üçün "Refleksiv müəllim" seminarı keçirilib. 90 dəqiqəni əhatə edən seminarda VI sinif Azərbaycan dili dərsliyində olan "Məktub" mətni üzrə dərs icmalı müzakirə olunub. -
09.09.2021
"Məktəbdə sağlam sosial-emosional mühitin formalaşdırılması" mövzusunda ixtisasartırma təlimləri keçirilib
ARTİ-nin Təhsil işçilərinin peşəkar inkişafı mərkəzi tərəfindən "Pedoqoji kadrların ixtisasartırma təlimini həyata keçirən kadrların təkmilləşdirilməsi proqramı" çərçivəsində "Məktəbdə sağlam sosial-emosional mühitin formalaşdırılması" mövzusunda ixtisasartırma təlimləri həyata keçirilib. -
09.09.2021
İnklüziya mədəniyyətinin formalaşdırılması məqsədilə məktəblərin pedaqoji heyəti ilə görüşlər keçirilib
ARTİ Azərbaycan Respublikası Təhsil Nazirliyi və BMT-nin Uşaq Fondu (UNICEF) ilə birgə həyata keçirdiyi "İnklüziv sinif təşkil edilən ümumi təhsil müəssisələrinin şəbəkəsinin genişləndirilməsi" layihəsi çərçivəsində keçirilən tədbirləri davam etdirir. -
08.09.2021
"Gələcək üçün bacarıqlar" layihəsi çərçivəsində "Mentorun 48 saatı" adlı "Bootcamp" keçirilib
7 sentyabr 2021-ci il tarixində Şamaxı şəhərində "Mentorun 48 saatı" adlı "Bootcamp" tədbirinə start verilib. Tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "İnnovasiyalar Mərkəzi" tərəfindən həyata keçirilən "Gələcək üçün bacarıqlar" layihəsinin növbəti komponenti olan "Mentorluq üzrə ixtisaslaşma proqramı"na keçid məqsədilə reallaşdırılıb. -
07.09.2021
"Məktəb psixoloquna dəstək" layihəsi çərçivəsində seminar təşkil olunub
Sentyabrın 6-da ARTİ-nin Təhsil işçilərinin peşəkar inkişafı mərkəzi tərəfindən "Məktəb psixoloquna dəstək" layihəsi çərçivəsində seminar təşkil olunub. "Şəxsi və peşəkar inkişaf" mövzusunda təşkil olunan seminarda 25 nəfərdən artıq məktəb psixoloqu iştirak edib. Onlayn formatda təşkil olunan seminarın moderatoru beynəlxalq dərəcəli təlimçi Orxan Həsənov olub. -
06.09.2021
"STEAM Azerbaijan" layihəsinin fəaliyyəti çərçivəsində beynəlxalq əməkdaşlıqlar davam etdirilir
Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən başladılan və ARTİ tərəfindən icra olunan "STEAM Azerbaijan" layihəsinin fəaliyyəti çərçivəsində beynəlxalq əməkdaşlıqlar davam etdirilir. "ORT İsrail" məktəblər şəbəkəsi və Tükiyənin Bahçeşehir kollecinin STEAM mütəxəssisləri ilə müəllimlərin bu istiqamətdə təlimləndirilməsi prosesi həyata keçirilir. Təlim proqramları STEAM modullarına uyğun olaraq tərtib olunub. -
06.09.2021
Azərbaycan dili və ədəbiyyat fənnini tədris edən müəllimlər üçün "Refleksiv müəllim" seminarı keçiriləcək
ARTİ-nin Təhsil işçilərinin peşəkar inkişafı mərkəzi 10 sentyabr saat 11:00-da Azərbaycan dili və ədəbiyyat fənnini tədris edən müəllimləri "Refleksiv müəllim" seminarına dəvət edir. Seminar onlayn formatda MS Teams platforması üzərindən həyata keçiriləcək. Seminarda VI sinif Azərbaycan dili dərsliyində olan "Məktub" mətni üzrə dərs icmalı müzakirə olunacaq. -
03.09.2021
Metodik Dəstək Mərkəzinin (MDM) əməkdaşları bölgələrə səfərlərini davam etdirir
ARTİ-nin Metodik Dəstək Mərkəzinin (MDM) əməkdaşları regionlarda metodik xidmətin mövcud vəziyyətinin öyrənilməsi, metodik kabinet müdirləri və metodistlərlə tanışlıq məqsədilə bölgələrə səfərlərini davam etdirir. Növbəti görüşlər 30 avqust - 03 sentyabr 2021-ci il tarixlərində həyata keçirilib. Görüşlər Ağdaş, Yevlax, Mingəçevir, Goranboy və Xocalı rayonları üzrə metodik kabinetlərin əməkdaşları ilə təşkil olunub.