XƏBƏRLƏR
-
21.10.2021
"Kibertəhlükəsizlik" təlim layihəsində iştirak etmək üçün müsabiqə elan olunur
ARTİ beynəlxalq ekspertlərin, o cümlədən Böyük Britaniyanın aparıcı universitetlərində (London King's College, Oxford University) tədqiqatla məşğul olan kibertəhlükəsizlik üzrə qabaqcıl təlim mütəxəssislərinin iştirakı ilə "Kibertəhlükəsizlik" təlim layihəsinin növbti fazasına start verir. -
21.10.2021
Azərbaycan dili və ədəbiyyat fənnini tədris edən müəllimlər üçün növbəti "Refleksiv müəllim" seminarı keçirilib
ARTİ-nin Metodik dəstək və peşəkar inkişaf mərkəzi tərəfindən 20 oktyabr tarixində Azərbaycan dili və ədəbiyyat fənnini tədris edən müəllimlər üçün növbəti "Refleksiv müəllim" seminarı keçirilib. Seminarda 43 nəfər fənn müəlliminin iştirakı ilə VI sinif Azərbaycan dili dərsliyində yer alan "Ağdam çörək muzeyi" mətni üzrə dərs icmalı müzakirə olunub. -
20.10.2021
"Səmərəli öyrədici mühitin qurulması" və "Müasir məzmun və formalı dərsdənkənar işin təşkili" adlı təlimlər davam etdirilir
ARTİ-nin Metodik dəstək və peşəkar inkişaf mərkəzi tərəfindən region müəlllimləri və metodik kabinet əməkdaşları üçün "Səmərəli öyrədici mühitin qurulması" və "Müasir məzmun və formalı dərsdənkənar işin təşkili" adlı onlayn təlimlər davam etdirilir. -
20.10.2021
"Şagirdlərə öyrənmə ehtiyaclarına uyğun dəstəyin göstərilməsi və təhsilverənlərin peşəkar inkişafının təmin edilməsi çərçivəsində fərdi məsləhət xidməti (mentorluq)" adlı layihə start götürür
Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə BMT-nin Uşaq Fondu (UNICEF) arasındakı mövcud əməkdaşlıq çərçivəsində ARTİ tərəfindən "Şagirdlərə öyrənmə ehtiyaclarına uyğun dəstəyin göstərilməsi və təhsilverənlərin peşəkar inkişafının təmin edilməsi çərçivəsində fərdi məsləhət xidməti (mentorluq)" adlı layihənin icrasına başlanılıb. -
19.10.2021
"Kobotlar: Elektronika, robotlar və yeni trendlər" adlı vebinar keçiriləcək
ARTİ Sizi, 27 oktyabr 2021-ci il, saat 19:00-da "Kobotlar: Elektronika, robotlar və yeni trendlər" adlı vebinarda iştirak etməyə dəvət edir. Tədbir "İş dünyası və ali təhsildə trendlər" vebinarlar silsiləsi çərçivəsində baş tutacaq. -
19.10.2021
Ali məktəblərdə pedaqoji fəaliyyət göstərmək istəyən şəxslər üçün təlimlərə start verilib
ARTİ ali məktəblərdə pedaqoji fəaliyyət ilə məşğul olmaq istəyən, sənayedə və iş dünyasının müxtəlif sahələrində çalışan şəxslər üçün təlimlərə start verib. Bu sahədə bilik və bacarıqların artırılması məqsədilə təşkil olunan təlimlərin əsas mövzuları pedaqoji fəaliyyətdə ilk addım, tədrisin planlaması və tətbiqi, ali təhsilin normativ-hüquqi tənzimlənməsi, təhsil prosesində müasir rəqəmsal texnologiyaların tətbiqi, elmi rəhbərlik, tədrisin idarə edilməsi, peşə etikasıdır. -
19.10.2021
"Həqiqi ədədlər. Kompleks ədədlər. Nisbət, faiz, tənasüb" mövzusunda vebinar keçiriləcək
Növbəti vebinar 21 oktyabr saat 18:00-da riyaziyyat müəllimləri üçün riyaziyyat fənni üzrə "Həqiqi ədədlər. Kompleks ədədlər. Nisbət, faiz, tənasüb" mövzusunda keçiriləcək. Vebinarda spiker qismində 271 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi Nailə Abbasova çıxış edəcək. -
19.10.2021
"Təbiət" fənninin dərslik komplekti pilot sınağına təqdim edilib
ARTİ tərəfindən 2021/2022-ci tədris ilində ilk dəfə tədris olunacaq V siniflər üçün nəzərdə tutulmuş "Təbiət" fənninin dərslik komplekti hazırlanıb və pilot sınağına təqdim edilib. Qeyd edək ki, bu dərslik komplektinin hazırlanmasına 11 yerli mütəxəssis cəlb olunub. -
18.10.2021
"Kibertəhlükəsizlik" təlim layihəsinin növbəti fazasının bağlanış mərasimi keçirilib
Giriş nitqi ilə çıxış edən ARTİ-nin Peşə və ömürboyu təhsil şöbəsinin müdiri Səbinə Babayeva layihənin məzunlarını təbrik edib və onlara uğurlar arzulayıb. Layihənin tələbələrin kibertəhlükəsizlik sahəsində həm nəzəri, həm də praktik bacarıqlarının inkişaf etdirilməsinə verdiyi töhfələrdən bəhs edən S.Babayeva layihənin növbəti fazalarının planlaşdırıldığını bildirib. -
15.10.2021
ARTİ müəllimlərin sertifikasiyası imtahanlarının qiymətləndirmə çərçivəsini izah edən vebinarlar silsiləsinə start verir
İlk vebinar 19 oktyabr saat 18:00-da ibtidai sinif müəllimləri üçün Azərbaycan dili fənni üzrə "Mətn üzrə işin təşkili: bədii mətnin strukturu və kompozisiyası" mövzusunda keçiriləcək. Vebinarda spiker qismində ARTİ-nin Metodik dəstək və peşəkar inkişaf mərkəzinin Əlavə təhsilin məzmunu şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Könül Aydın Nəhmətova çıxış edəcək. -
13.10.2021
Naqif Nəbiyevin xatirəsinə həsr olunmuş olimpiadanın final turu keçirilib
12 oktyabr 2021-ci il tarixində ARTİ tərəfindən Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyində 8-9-cu sinif şagirdləri arasında fizika fənninə olan marağın artırılması, fizika elmi üzrə akademik bilikləri yüksək şagirdlərin həvəsləndirilməsi məqsədilə görkəmli alim, uzun müddət fizika fənni üzrə beynəlxalq olimpiadalarda Azərbaycan komandalarının rəhbəri olmuş Naqif Nəbiyevin xatirəsinə həsr edilmiş olimpiadanın final mərhələsi təşkil edilib.