XƏBƏRLƏR
-
12.11.2021
Region müəllimləri və metodik kabinet əməkdaşları üçün onlayn təlimlər davam edir
ARTİ-nin Metodik dəstək və peşəkar inkişaf mərkəzinin region müəllimləri və metodik kabinet əməkdaşları üçün "Səmərəli öyrədici mühitin qurulması" və "Müasir məzmun və formalı dərsdənkənar işin təşkili" adlı onlayn təlimləri davam edir. -
11.11.2021
ARTİ ilə Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi arasında müxtəlif istiqamətlərdə əməkdaşlıq həyata keçirilir
Bu fəaliyyətlər çərçivəsində ilk olaraq 10 noyabr tarixində ARTİ-nin Metodik dəstək və peşəkar inkişaf mərkəzi tərəfindən region müəllimlərinin və metodik kabinet əməkdaşlarının pedaqoji səriştəliliyini artırmaq məqsədilə "Səmərəli öyrədici mühitin qurulması" və "Müasir məzmun və formalı dərsdənkənar işin təşkili" adlı onlayn təlimlər keçirilib. -
06.11.2021
"Hesablamalar və məsələ həlli" mövzusunda vebinar keçiriləcək
Növbəti vebinar 10 noyabr saat 17:00-da ibtidai sinif müəllimləri üçün riyaziyyat fənni üzrə "Hesablamalar və məsələ həlli" mövzusunda keçiriləcək. Vebinarda spiker qismində 20 nömrəli məktəb-liseyin direktor müavini, Təhsil Nazirliyinin dərsliklərin qiymətləndirilməsi üzrə eksperti, "Dərs vaxtı" layihəsinin iştirakçısı, ARTİ-nin Metodik dəstək və peşəkar inkişaf mərkəzinin təlimçisi, 2018-ci ildə "İlin peşəkar gənci" fəxri adı və döş nişanına layiq görülmüş Gülüsta -
05.11.2021
"İnklüziv sinif təşkil edilən ümumi təhsil müəssisələrinin şəbəkəsinin genişləndirilməsi" adlı layihə çərçivəsində monitorinqlər keçirilir
ARTİ Azərbaycan Respublikasının Təhsil Nazirliyi və BMT-nin Uşaq Fondu (UNICEF) ilə birgə icra olunan "İnklüziv sinif təşkil edilən ümumi təhsil müəssisələrinin şəbəkəsinin genişləndirilməsi" adlı layihə çərçivəsində görülən işlərin qiymətləndirilməsi və lazımi düzəlişlərin vaxtında həyata keçirilməsi məqsədilə inklüziv təhsil təşkil olunan 8 ümumi təhsil müəssisəsində monitorinq aparıb. -
05.11.2021
"Səmərəli öyrədici mühitin qurulması" və "Müasir məzmun və formalı dərsdənkənar işin təşkili" adlı onlayn təlimlər davam edir
ARTİ-nin Metodik dəstək və peşəkar inkişaf mərkəzinin region müəllimləri və metodik kabinet əməkdaşları üçün "Səmərəli öyrədici mühitin qurulması" və "Müasir məzmun və formalı dərsdənkənar işin təşkili" adlı onlayn təlimləri davam edir. -
05.11.2021
Azərbaycan dili və ədəbiyyat fənnini tədris edən müəllimlər üçün növbəti "Refleksiv müəllim" seminarı keçirilib
ARTİ-nin Metodik dəstək və peşəkar inkişaf mərkəzi tərəfindən 3 noyabr tarixində Azərbaycan dili və ədəbiyyat fənnini tədris edən müəllimlər üçün növbəti "Refleksiv müəllim" seminarı keçirilib. Seminarda Səbail rayonu 51 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi İlhamə Muradovanın təqdimatı əsasında X sinif Azərbaycan dili dərsliyində olan "Çinarın şikayəti" şeiri üzrə dərs icmalı müzakirə olunub. -
05.11.2021
"Şagirdlərə öyrənmə ehtiyaclarına uyğun dəstəyin göstərilməsi və təhsilverənlərin peşəkar inkişafının təmin edilməsi çərçivəsində fərdi məsləhət xidməti (mentorluq)" layihəsi istiqamətində məşğələlər başlayıb
ARTİ Təhsil Nazirliyi və UNICEF-lə birgə cari ilin oktyabr ayından başlayaraq Gəncə şəhəri, Qobustan, Ağsu, Hacıqabul, Goranboy, Beyləqan rayonlarında "Şagirdlərə öyrənmə ehtiyaclarına uyğun dəstəyin göstərilməsi və təhsilverənlərin peşəkar inkişafının təmin edilməsi çərçivəsində fərdi məsləhət xidməti (mentorluq)" layihəsi istiqamətində məşğələlərə start verib. -
04.11.2021
ARTİ Sinqapurun Alston Nəşriyyat Evi ilə əməkdaşlığın yeni mərhələsinə start verib
ARTİ 2020-ci ildən etibarən Sinqapurun Alston Nəşriyyat Evi ilə təbiət elmləri üzrə təhsil proqramlarının təkmilləşdirilməsi və dərslik komplektlərinin yenilənməsinə başlayıb. Bu əməkdaşlıq və təcrübə mübadiləsinin ilkin mərhələsi çərçivəsində yerli mütəxəssislərin hazırladığı V sinif "Təbiət" dərslik komplekti artıq respublikanın 132 məktəbində sınaq məqsədilə şagirdlərə tədris olunur. -
03.11.2021
"Müasir təhsilin inkişaf strategiyaları: uğurlar və çağırışlar" mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək
Naxçıvan Müəllimlər İnstitutu, Naxçıvan Dövlət Universiteti, ARTİ-nin tərəfdaşlığı və T-Network təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə "Müasir təhsilin inkişaf strategiyaları: uğurlar və çağırışlar" mövzusunda beynəlxalq elmi konfrans (əyani və videobağlantı formatlarında) 26-27 noyabr 2021-ci il tarixində Naxçıvan şəhərində keçiriləcək. -
03.11.2021
"Mexanika - I hissə və test tapşırıqlarının izahı" mövzusunda vebinar keçiriləcək
Növbəti vebinar 4 noyabr saat 17:00-da "Mexanika - I hissə və test tapşırıqlarının izahı" mövzusunda keçiriləcək. Vebinarda spiker qismində Səttar Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Gimnaziyanın fizika müəllimi Murad Muradov çıxış edəcək. -
03.11.2021
"SABAH.lab" Akselerasiya Mərkəzi Azərbaycan-Fransız Universiteti və Azərbaycan Memarlıq və İnşaat Universitetində təqdim olunub
Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə ARTİ-nin nəzdində yaradılan "SABAH.lab" Akselerasiya Mərkəzinin ali təhsil müəssisələri üçün təqdimatları davam edir. -
03.11.2021
""Happy Campers" dərslik komplekti – İbtidai siniflərdə ingilis dilinin effektiv təlim resursu kimi" mövzusunda vebinar keçiriləcək
ARTİ 5 noyabr tarixində saat 17:00-da ""Happy Campers" dərslik komplekti – İbtidai siniflərdə ingilis dilinin effektiv təlim resursu kimi" mövzusunda vebinar təşkil edəcək.