XƏBƏRLƏR
-
03.11.2021
"İnklüziv sinif təşkil edilən ümumi təhsil müəssisələrinin şəbəkəsinin genişləndirilməsi" layihəsi çərçivəsində mentorluq dəstəyi göstərilir
ARTİ Azərbaycan Respublikasının Təhsil Nazirliyi və BMT-nin Uşaq Fondu (UNICEF) ilə birgə həyata keçirdiyi "İnklüziv sinif təşkil edilən ümumi təhsil müəssisələrinin şəbəkəsinin genişləndirilməsi" layihəsi çərçivəsində tədbirləri davam etdirir. -
03.11.2021
Azərbaycan məktəbliləri Beynəlxalq Elm Olimpiadasında iştirak edəcəklər
Yeniyetmələrin Beynəlxalq Elm Olimpiadası təbiət elmləri (fizika, kimya, biologiya) üzrə yaşı 15-dən çox olmayan şagirdlər arasında həm fərdi, həm də komanda formatında təşkil olunub keçirilən elm yarışıdır. Artıq bir neçə ildir ki, Azərbaycan məktəbliləri bu yarışda ölkəmizi uğurla təmsil edirlər. -
02.11.2021
ARTİ-nin Layihələrin idarə olunması şöbəsi mütəxəssis vəzifəsinə vakansiya elan edir
ARTİ-nin Layihələrin idarə olunması şöbəsi xarici ölkələr, yerli və beynəlxalq qurumlar və donorlarla əməkdaşlıqlar çərçivəsində fəaliyyətlərin təşkilinə məsul olaraq, bu istiqamətdə layihə təkliflərini və təşəbbüsləri idarə edir, layihələrin koordinasiyası, əlaqələndirilməsi və icrasına nəzarəti həyata keçirir. -
02.11.2021
"Yerin Günəş və öz oxu ətrafında hərəkəti və onun coğrafi nəticələri. Yerin Günəş və öz oxu ətrafında hərəkətinə dair məsələlərin izahı" mövzusunda vebinar keçiriləcək
Növbəti vebinar 3 noyabr saat 17:00-da "Yerin Günəş və öz oxu ətrafında hərəkəti və onun coğrafi nəticələri. Yerin Günəş və öz oxu ətrafında hərəkətinə dair məsələlərin izahı" mövzusunda keçiriləcək. Vebinarda spiker qismində Azərbaycan Milli Elmlər Akademiyasının akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun elmi işçisi Elvin Soltanov çıxış edəcək. -
02.11.2021
"Distant təhsildə çağırışlar və nailiyyətlər" konfransı keçiriləcək
"Distant təhsildə çağırışlar və nailiyyətlər" konfransına hazırlıq işləri gedir. ARTİ-nin və T-Network təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı, Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə baş tutacaq konfrans noyabr ayının 29-u 2021-ci il tarixində onlayn formatda keçiriləcək. -
01.11.2021
"Bakteriyalar, göbələklər və bitkilər aləminə aid testlərdə qarşıya çıxan çətinliklər" mövzusunda vebinar keçiriləcək
Növbəti vebinar 2 noyabr saat 17:00-da "Bakteriyalar, göbələklər və bitkilər aləminə aid testlərdə qarşıya çıxan çətinliklər" mövzusunda keçiriləcək. Vebinarda spiker qismində əməkdar müəllim, "İlin ən yaxşı müəllimi" müsabiqəsinin qalibi, dərslik müəllifi, "Tərəqqi" medalına layiq görülmüş Nüşabə Məmmədova çıxış edəcək. -
01.11.2021
"SABAH.lab" Akselerasiya Mərkəzinin Azərbaycan Dövlət İqtisad Universiteti və Bakı Ali Neft Məktəbinin tələbələri üçün təqdimatı keçirilib
Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə ARTİ-nin nəzdində "SABAH.lab" Akselerasiya Mərkəzi fəaliyyətə başlayıb. Mərkəzin fəaliyyəti iqtisadiyyatın müxtəlif sahələrində innovativ şirkətlərin yaradılması və inkişafına yönəlmiş startapların dəstəklənməsini əhatə edir. -
01.11.2021
"Müəllimlər üçün Partlayıcı Sursatların Təhlükəsinə dair Maarifləndirmə (PSTM) üzrə distant təlim proqramı" layihəsi start götürüb
Azərbaycan Respublikasının Təhsil Nazirliyi, BMT-nin Uşaq Fondu (UNICEF) və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) arasında imzalanmış "Partlayıcı Sursatların Təhlükəsi barədə Ailə və Uşaqların Maarifləndirilməsinə dair 2021-2022-ci illər üçün Birgə Fəaliyyət Planı"na əsasən ARTİ tərəfindən "Müəllimlər üçün Partlayıcı Sursatların Təhlükəsinə dair Maarifləndirmə (PSTM) üzrə distant təlim proqramı" layihəsinin icrasına başlanılıb. -
01.11.2021
ARTİ-də doktorant və gənc tədqiqatçılar üçün növbəti elmi seminar keçirilib
29 oktyabr 2021-ci il tarixində ARTİ-də doktorant və gənc tədqiqatçılar üçün növbəti elmi seminar keçirilib. Seminar Elmi-pedaqoji kadr hazırlığı söbəsinin illik fəaliyyət planına uyğun olaraq təşkil olunub. Seminarı giriş sözü ülə ARTİ-nin dierktor müavini, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Ənvər Abbasov açıb. O, belə seminarların keçirilməsinin əhəmiyyətli olduğunu qeyd edərək iştirakçılara uğurlar arzulayıb. -
01.11.2021
"Azərbaycanda təhsilin doktorantura səviyyəsində keyfiyyət təminatı və elmi müəssisələrin akkreditasiya prosesinin gücləndirilməsi" layihəsi çərçivəsində iki günlük təlim keçirilib
27-28 oktyabr 2021-ci il tarixlərində "Park Inn" otelində "Azərbaycanda təhsilin doktorantura səviyyəsində keyfiyyət təminatı və elmi müəssisələrin akkreditasiya prosesinin gücləndirilməsi" layihəsi çərçivəsində iki günlük təlim keçirilib. Təlimdə ARTİ-nin Elmi-pedaqoji kadr hazırlığı şöbəsinin müdiri Hümeyir Əhmədov, Təhsildə strateji tədqiqatlar şöbəsinin müdiri Könül Abaslı və şöbənin baş mütəxəssisi Leyla Sultanlı da iştirak ediblər. Təlimin aparıcısı ali təhsil üzrə beyn -
29.10.2021
"Şagirdlərə öyrənmə ehtiyaclarına uyğun dəstəyin göstərilməsi və təhsilverənlərin peşəkar inkişafının təmin edilməsi çərçivəsində fərdi məsləhət xidməti (mentorluq)" adlı layihə davam edir
Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə BMT-nin Uşaq Fondu (UNICEF) arasındakı mövcud əməkdaşlıq çərçivəsində ARTİ tərəfindən "Şagirdlərə öyrənmə ehtiyaclarına uyğun dəstəyin göstərilməsi və təhsilverənlərin peşəkar inkişafının təmin edilməsi çərçivəsində fərdi məsləhət xidməti (mentorluq)" adlı layihə davam edir. -
29.10.2021
"Təhsil siyasəti və yeniliklər" adlı konfrans keçirilib
"KIX EAP Hub" (https://www.gpekix.org/regional-hubs) 7, 14, 21 və 28 oktyabr 2021-ci il tarixlərində "Təhsil siyasəti və yeniliklər" adlı regional konfrans təşkil edib. Konfransın əsas məqsədi Qafqaz, Şərqi Avropa, Mərkəzi Asiya və digər ölkələrdə olan tədqiqatçılar, siyasətçilər və praktiklər arasında dialoqu inkişaf etdirmək, bilikləri səfərbər etmək və diqqəti milli və regional təcrübələrə cəlb etmək üçün təhsil sektorundan ekspert və qurumları bir araya gətirmək olub.