XƏBƏRLƏR
-
15.12.2021
"Müəllimlər üçün Partlayıcı Sursatların Təhlükəsinə dair Maarifləndirmə (PSTM) üzrə təlim proqramı" adlı layihə çərçivəsində təlimlər başlayıb
Azərbaycan Respublikasının Təhsil Nazirliyi, BMT-nin Uşaq Fondu (UNICEF) və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) arasında imzalanmış "Partlayıcı Sursatların Təhlükəsi barədə Ailə və Uşaqların Maarifləndirilməsinə dair 2021-2022-ci illər üçün Birgə Fəaliyyət Planı"na əsasən Avropa İttifaqının humanitar maliyyə dəstəyi ilə ARTİ tərəfindən həyata keçirilən "Müəllimlər üçün Partlayıcı Sursatların Təhlükəsinə dair Maarifləndirmə (PSTM) üzrə təlim proqramı" ad -
14.12.2021
Məktəblilərimiz VI Meqapolislər olimpiadasında uğur qazanıblar
6-13 dekabr 2021-ci il tarixlərində Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində VI Meqapolislər olimpiadası keçirilib. Dünyanın ən böyük şəhərlərində yaşayan 14-18 yaşlı şagirdlərin qatıldığı Meqapolislər olimpiadasında 32 ölkədən olan 257 iştirakçı öz bilik və bacarıqlarını sınayıb. -
10.12.2021
"Fövqəladə vəziyyət şəraitində uşaqlara və yeniyetmələrə məktəb əsaslı psixososial dəstəyin göstərilməsi" adlı layihənin II mərhələsi başlayıb
ARTİ Azərbaycan Respublikasının Təhsil Nazirliyi və BMT-nin Uşaq Fondu (UNICEF) ilə birgə "Fövqəladə vəziyyət şəraitində uşaqlara və yeniyetmələrə məktəbəsaslı psixososial dəstəyin göstərilməsi" adlı layihənin II mərhələsinin icrasına başlayıb. Sözügedən layihə Norveçin Xarici İşlər Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirilir. -
08.12.2021
ARTİ təhsil proqramlarının təkmilləşdirilməsi istiqamətində fəaliyyətləri davam etdirir
ARTİ ümumtəhsil üçün təhsil proqramlarının (kurikulumların) təkmilləşdirilməsi prosesini davam etdirir. Hazırda yerli mütəxəssislər sinqapurlu konsultantların təklif və tövsiyələri ilə V və VI siniflər üçün təbiət fənninin kurikulumunu hazırlayırlar. Bundan əlavə, eyni əməkdaşlıq çərçivəsində I-IV siniflər üçün "Həyat bilgisi" fənninin, VII-XI siniflər üçün kimya, biologiya və fizika fənlərinin kurikulumları təkmilləşdirilir. -
07.12.2021
ARTİ ilə Bilkent CYBERPARK arasında mümkün əməkdaşlıq müzakirə olunub
Türkiyənin qabaqcıl universitetlərindən biri Bilkent Universiteti və Bilkent Holdinq tərəfindən 2002-ci ildə yaradılan və Türkiyənin ilk universitet texnoparkı (fond) olan Bilkent CYBERPARK-da Azərbaycanın nümayəndə heyəti ilə görüş keçirilib. -
07.12.2021
"Erkən uşaq inkişafı: Yeni yanaşmalar və təcrübələr" adlı beynəlxalq onlayn forum baş tutub
3 dekabr tarixində Azərbaycan Respublikası Təhsil Nazirliyi, ARTİ və "T-Network" təcrübə və kommunikasiya platformasınının dəstəyi ilə "İcma əsaslı məktəbəqədər təhsil" layihəsi çərçivəsində "Erkən uşaq inkişafı: yeni yanaşmalar və təcrübələr" adlı beynəlxalq onlayn forum baş tutub. -
07.12.2021
"Şagirdlərə öyrənmə ehtiyaclarına uyğun dəstəyin göstərilməsi və təhsilverənlərin peşəkar inkişafının təmin edilməsi çərçivəsində fərdi məsləhət xidməti (mentorluq)" layihəsi üzrə mentorlar fəaliyyətə başlayır
ARTİ Azərbaycan Respublikası Təhsil Nazirliyi və BMT-nin Uşaq Fondu (UNICEF) ilə birgə "Şagirdlərə öyrənmə ehtiyaclarına uyğun dəstəyin göstərilməsi və təhsilverənlərin peşəkar inkişafının təmin edilməsi çərçivəsində fərdi məsləhət xidməti (mentorluq)" layihəsini davam etdirir. Həm pandemiya dövründə, həm də pandemiyadan sonra təhsilin təşkilinə təkan vermək məqsədilə mentorlar tərəfindən layihəyə cəlb olunan bölgələrin məktəblərində çalışan təhsilverənlərin peşəkar inkişafına dəstək v -
07.12.2021
"Səmərəli öyrədici mühitin qurulması" və "Müasir məzmun və formalı dərsdənkənar işin təşkili" adlı təlimlər yekunlaşıb
ARTİ-nin Metodik dəstək və peşəkar inkişaf mərkəzi tərəfindən region müəllimləri və metodik kabinet əməkdaşları üçün "Səmərəli öyrədici mühitin qurulması" və "Müasir məzmun və formalı dərsdənkənar işin təşkili" adlı növbəti onlayn təlimlər təşkil olunub.