XƏBƏRLƏR
-
19.01.2022
Respublika Fənn Olimpiadaları. İnformatika fənni üzrə praktiki tur keçirilir
22.01.2022-ci il tarixində Respublika Fənn Olimpidaları təşkil olunacaq. İnformatika fənni üzrə olimpiadalar virtual formada keçiriləcək. Şagirdlərin yarış idarəetmə sistemindən istifadə bacarıqlarının inkişafı məqsədilə praktiki sessiya təşkil olunub. -
19.01.2022
ARTİ-nin nəzdində Təhsil Resursları Mərkəzi fəaliyyətə başlayıb
Tədris resurslarının çeşidliliyinin və onlara təlabatın sürətlə artdığı bir zamanda yeni tədris resursları və onların elektron versiyalarının, təhsil prosesində müəllim və şagirdlər üçün əlavə resursların hazırlanmasını zəruri edir. Məhz bu məqsədlə ARTİ-nin nəzdində Təhsil Resursları Mərkəzi fəaliyyətə başlamışdır. -
14.01.2022
2021-2022-ci tədris ili üçün Respublika Fənn Olimpiadalarının rayon (şəhər) mərhələsi. İnformatika fənninin keçirilməsi haqqında
Cari tədris ilində informatika fənni üzrə RFO rayon (şəhər) mərhələsi onlayn formatda keçiriləcək. İmtahana qoşulmaq üçün hər bir istifadəçiyə davamlı internet əlaqəsi və internetə qoşula bilən kompüter və ya noutbuk lazımdır (telefon və planşet kimi cihazlar əlverişsizdir) Onlayn yarış mühitindən istifadə qaydaları aşağıdakı linkdə verilmişdir: -
14.01.2022
"SABAH.lab" Akselerasiya Mərkəzi təlim düşərgəsində təhsil proqramı namizədlərini müəyyən edib
Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə ARTİ-nin nəzdində fəaliyyətə başlayan və ölkədə startap layihələrin inkişafına töhfə vermək üçün çalışan "SABAH.lab" Akselerasiya Mərkəzi yanvarın 15-də start götürəcək akselerasiya proqramına qoşulmaq üçün yekun namizədləri müəyyən edib. -
14.01.2022
ARTİ-nin rəhbərliyi ilə Metodik dəstək və peşəkar inkişaf mərkəzinin əməkdaşları və bir neçə məktəb rəhbərliyi arasında görüş keçirilib
ARTİ-nin rəhbərliyi ilə Metodik dəstək və peşəkar inkişaf mərkəzinin əməkdaşları və bir neçə məktəb rəhbərliyi arasında 14 yanvar, 2022-ci il tarixində görüş keçirilib. Görüşün keçirilməsində əsas məqsəd Təhsildə Keyfiyyət Təminat Agentliyi tərəfindən qeyd edilən məktəblərdə aparılan inspeksiyanın nəticələrinə uyğun olaraq üzə çıxmış çatışmazlıqların həlli yolunda birgə əməkdaşlıq etməkdir. Məktəblərdə göstəriləcək metodik dəstək fəaliyyəti üzrə Məktəbin İnkişaf Planı (MİP) hazırlanacaq. -
12.01.2022
"Kompüter elmləri və texnologiyaları" ixtisaslaşması üzrə müəllimləri əməkdaşlığa dəvət edirik
Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) "SABAH Magistratura" proqramı çərçivəsində 2021/2022-ci tədris ilinin yaz semestrində Bakı Dövlət Universitetinin "Kompüter elmləri və texnologiyaları" ixtisaslaşması üzrə müəllimləri əməkdaşlığa dəvət edir -
09.01.2022
Fənn olimpiadaları üçün qeydiyyatdan keçən şagirdlərin nəzərinə!
Respublika fənn olimpiadalarının rayon (şəhər) mərhələsi 22 yanvar 2022-ci il tarixində keçiriləcək. Yanvar ayının 10-dan etibarən Respublika fənn olimpiadalarında iştirak üçün qeydiyyatdan keçmiş şagirdlər https://portal.edu.az/ platforması üzərindən buraxılış vərəqlərini yükləyə və çap edə biləcəklər. Proses 15 yanvar saat 18:00-a qədər davam edəcək. -
07.01.2022
"SABAH Magistratura" proqramı çərçivəsində 2021/2022-ci tədris ilinin yaz semestrində Azərbaycan Texniki Universitetinin (AzTU) "Logistika və nəqliyyat" ixtisaslaşması üzrə müəllimlərin işə qəbulu prosesinin vaxtı uzadılıb.
"Logistika və nəqliyyat" ixtisaslaşması çərçivəsində aşağıdakı fənləri tədris edəcək namizədlərin müraciətləri dəyərləndiriləcəkdir: 1. Logistika sistemlərində riyazi modelləşdirmə (Xətti proqramlaşdırma məsələlərinin logistika sistemlərində tətbiqi, Tranzitli nəqliyyat məsələsi (Transshipment problem), Nəqliyyat məsələsi (Transportation problem), Səyyar satıcı məsələsi (SSM - Traveling Salesman Problem), Marşrut seçmə məsələsi (VRP - Vehicle Routing Problem) və digərləri); -
07.01.2022
İngilis dili fənni üzrə "Inversion" mövzusunda vebinar keçiriləcək
Vebinarda spiker qismində Masazır kənd 4 saylı tam orta məktəbin direktor əvəzi və ingilis dili müəllimi Elşən Qurbanov Mirzağa oğlu çıxış edəcək. E. Qurbanov bakalavr təhsilini Qafqaz Universitetində "İngilis dili və ədəbiyyatı müəllimi" ixtisası, magistr təhsilini isə "Xarici ölkələr ədəbiyyatı" ixtisası üzrə alıb -
29.12.2021
ARTİ-nin direktoru Rüfət Əzizov və kollektivi Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla və universitet heyəti ilə görüşüb
ARTİ-nin direktoru Rüfət Əzizov və kollektivi 28 dekabr 2021-ci il tarixində Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla və universitet heyəti ilə görüşüb. Rüfət Əzizov görüşdə ARTİ-nin ali təhsil və ümumi orta təhsil, peşə təhsilinin müxtəlif pillə və səviyyələrində icra etdiyi layihələr haqqında danışıb. -
29.12.2021
Azərbaycan dili və ədəbiyyat fənnini tədris edən müəllimlər üçün növbəti "Refleksiv müəllim" seminarı keçirilib
ARTİ-nin Metodik dəstək və peşəkar inkişaf mərkəzi tərəfindən 28 dekabr 2021-ci il tarixində Azərbaycan dili və ədəbiyyat fənnini tədris edən müəllimlər üçün növbəti "Refleksiv müəllim" seminarı keçirilib. Seminarda Beyləqan rayonu G. Əsədov adına I Şahsevən kənd 1 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Elnurə Kazımovanın təqdimatı əsasında V sinif Azərbaycan dili dərsliyində yer alan "Bilirdim ki, gələcəksən" mətni üzrə dərs icmalı müzakirə olunub.