XƏBƏRLƏR
-
28.12.2021
"Mühəndislikdə gender balansı və karyera bələdçiliyi" layihəsi uğurla başa çatıb
BP və tərəfdaşlarının Azərbaycanda təhsilin inkişafına dəstək səylərinin bir hissəsi olaraq həyata keçirdikləri "Mühəndislikdə gender balansı və karyera bələdçiliyi" layihəsi uğurla başa çatıb. Layihənin icraçısı Azərbaycan Respublikasının Təhsil İnstitutudur (ARTİ). -
24.12.2021
"Bir könüllü" təşkilatının könüllüləri ARTİ-nin direktoru Rüfət Əzizov tərəfindən mükafatlandırılıb
Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Bir könüllü" təşkilatının könüllüləri aktiv fəaliyyətlərinə və eyni zamanda Azərbaycan Respublikasının Təhsil İnstitutunun (ARTİ) tədbirlərində dəstək üçün ARTİ-nin direktoru Rüfət Əzizov tərəfindən mükafatlandırılıb. -
17.12.2021
Metodist hazırlığı və metodistlərin pedaqoji peşəkarlığının artırılması istiqamətində təlimlər keçirilib
ARTİ-nin Metodik dəstək və peşəkar inkişaf mərkəzi (MDPİM) tərəfindən 6 dekabr tarixində start götürən və 18 dekabr tarixinə qədər davam edəcək metodist hazırlığı və metodistlərin pedaqoji peşəkarlığının artırılması istiqamətində təlimlər keçirilib. Belə ki, Ucar, Kürdəmir, Yevlax, Cəbrayıl, Salyan, Şəki, Tərtər, Astara, Ağstafa, Daşkəsən, Ağdam, Cəlilabad, Şəmkir, Lerik, Tovuz, Göyçay, Biləsuvar, Balakən, Siyəzən, Beyləqan, Quba, Xaçmaz rayonları üzrə ümumilikdə 41 nəfər metodik kabinet əməkdaş -
16.12.2021
"Peşəkar ol" proqramı əsasında təşkil olunmuş təlimlərin sertifikatları təqdim olunub
ARTİ-nin Metodik dəstək və peşəkar inkişaf mərkəzi tərəfindən 13 dekabr tarixində Bakı Slavyan Universitetinin sonuncu kurs bakalavr və magistr tələbələri üçün "Peşəkar ol" proqramı əsasında təşkil olunmuş təlimlərin sertifikatların verilməsi mərhələsi təşkil olunub. -
16.12.2021
"İbtidai sinif səviyyəsində Azərbaycan dili fənninin məzmunu: mətn və yazı üzrə işlərin təşkili" mövzusunda seminar keçirilib
ARTİ-nin Metodik dəstək və peşəkar inkişaf mərkəzinin Əlavə təhsilin məzmunu şöbəsinin müdiri Könül Nəhmətova tərəfindən 14 dekabr tarixində ADPU-nun Sabah qrupunun 4-cü kurs tələbələrinə "İbtidai sinif səviyyəsində Azərbaycan dili fənninin məzmunu: mətn və yazı üzrə işlərin təşkili" mövzusunda seminar keçirilib. -
16.12.2021
İngilis dili fənnini tədris edən müəllimlər üçün distant təlim keçiriləcək
ARTİ ümumi təhsil müəssisələrində ingilis dili fənnini tədris edən müəllimləri distant təlimlərə dəvət edir. Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Britaniya Şurası (British Council) arasında əməkdaşlıq çərçivəsində həyata keçirilən təlim proqramı müəllimlərin tədris ehtiyaclarına uyğun hazırlanıb və onların peşəkar inkişafının artırılması məqsədini daşıyır.